Vətən müharibəsindəki taktikanın tarixdəki oxşarları: General-leytenant AÇIQLADI
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tətbiq etdiyi hərbi taktika da öz unikallığına görə hərbi ekspert və tədqiqatçıların diqqətini cəlb etmişdir. Azərbaycan Ordusunun hücumu təfsilatlı kəşfiyyat, atəşlə zərərvurma və PUA zərbələrinə əsaslanırdı. Bu taktika Türkiyə Silahlı Qüvvələrinin 2018-ci ildə Suriyanın Afrin şəhərində və İdlib vilayətində tətbiq etdiyi taktikaya bənzəsə də, miqyasına, aparıldığı relyef formasına və düşmənin hərbi potensialına görə çox fərqlənirdi. Çünki Qarabağda müharibə təxminən 200 kilometrlik bir cəbhədə aparılırdı, relyef forması həddindən artıq mürəkkəb idi".
Bu sözləri Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev "Azərbaycan Ordusu" qəzetində dərc olunan məqaləsində qeyd edib.
O bildirib ki, müharibənin fundamental şərti hesab olunan ərazinin tutulmasında və orada möhkəmlənmədə quru qoşunları vacib rol oynayır - əsgər ayağı dəyməyən yer tutulmuş hesab olunmur:
"İkinci Qarabağ müharibəsi göstərdi ki, PUA-lara artan tələbatın fonunda digər silahlar (texnikalar) və yüksək hazırlıqlı quru qoşunları müasir müharibələrdə düşmənin məhv edilməsində müstəsna rol oynayır".
General-leytenant qeyd edib ki, İkinci Qarabağ müharibəsi hərbi ekspertlərin təxmin etdiyindən 2 həftə çox davam etdi:
"Çünki oktyabrın əvvəllərində güman edilirdi ki, Azərbaycanla müharibə aparmaq üçün Ermənistanın sursat və yanacaq da daxil olmaqla resursları yalnız növbəti 2-3 həftəyə yetəcək, sonra xarici hərbi dəstək olmasa İrəvanın döyüşmək üçün heç nəyi qalmayacaq. Lakin xarici havadarlarının Ermənistanı silah və texnika ilə gizli şəkildə dəstəkləməsi müharibənin nisbətən uzun çəkməsinə səbəb oldu.
Bu məqamda Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın sayının təhlili də önəmlidir. İkinci Qarabağ müharibəsində məhv edilən düşmən texnikasının sayı sübut etdi ki, Ermənistan Respublikası xarici havadarlarının dəstəyi ilə beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozmuş və regionda ciddi təhlükəsizlik təhdidinə çevrilmişdi. Əslində düşmən tərəfindən qurulmuş istehkam maneələri yarıldıqdan sonra hərbi vəzifəlilər vəziyyətin bu şəkildə cərəyan edəcəyini bilirdilər. Müdafiə naziri başda olmaqla, Ermənistan ordusunun hərbi elitası Paşinyanı aldatmışdı. Müdafiə naziri David Tonoyanın vəzifədən istefa verməsi faktı da bunu sübut edir. Paşinyan bir neçə onilliklər ərzində xarici havadarlarının köməyi, dəstəyi ilə qurulmuş istehkam qurğularının onları Azərbaycan Ordusunun hücumundan qoruyacağını düşünürdü. Lakin onun ümidləri alt-üst oldu".
O əlavə edib ki, Ermənistan ordusunun hücumunu qabaqcadan təxmin edən Azərbaycan siyasi-hərbi rəhbərliyi əslində 1944-cü ildə müttəfiq qüvvələrin Almaniyaya qarşı həyata keçirdiyi "Bodiqard" əməliyyatına oxşar aldatma fəaliyyətini reallaşdırmışdı:
"Belə ki, 2020-ci il Tovuz hadisələrindən (iyul ayı) sonra erməni rəhbərliyində belə bir fikir formalaşdırıldı ki, Ermənistan ordusu hücum etdiyi təqdirdə Azərbaycan Silahlı Qüvvələri Ağdam istiqamətindən əks-hücuma keçəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi