Olimpiya Kompleksində hamının gözü qarşısında öldürülən 16 yaşlı Turan - VİDEO
Ötən gün baş verən daha bir hadisə ölkə gündəminin əsas müzakirəsinə çevrildi. Bu dəfə də törədilən cinayət hamını məyus etdi.
BAKU.WS xəbər verir ki, söhbət Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovun qətlə yetirilməsindən gedir. Qətli Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirərək törətməkdə şübhəli bilinir.
Qətlin detalları açıqlanmasa da hadisənin baş verməsi acı mənzərə ortaya qoyub. Əvvəlcə ondan başlayaq ki, qətlə yetirilən Turan Rüstəmovun 16 yaşı var. İdmanla məşğul olan və gələcək həyatı parlaq görünən T.Rüstəmov əfsusları olsun ki, bu gün məzara qoyulub. Bəlkə də bu hadisə baş verməsəydi o, gələcəyin olimpiya çempionu və istedadlı idmançılarından biri olacaqdı.
Onu qətlə yetirməkdə şübhəli bilinən Ruslan Səfixanov isə mərhumdan cəmi 4 yaş böyükdür. Bu hadisədən sonra o da öz gələcəyini qaranlıq dünyaya və dəmir barmaqlıqlara qurban verdi. Mübahisənin hansı səbəbdən başlamasından asılı olmayaraq iki gəncin öz həyatını puç etməsi böyük təəssüf doğurur.
Əfsuslar olsun ki, gənclər aralarındakı mübahisəni ağıl, təmkin və səbrlə həll etməyə deyil, güc nümayiş etdirməyə üstünlük verdilər. Səbəbi nə olursa-olsun 16 yaşlı bir yeniyetmənin öldürülməsi bir cəmiyyət üçün fəlakətdir. Bu qətli mərhumdan 4 yaş böyük bir gəncin etməsi isə fəlakəti sunamiyə çevirir.
Heç bir mübahisə ölməyə, öldürməyə və kiminsə həyatını məhv etməyə rəvac vermir. Yaranmış mübahisələrə ağıl və səbrlə yanaşılan zaman bu kimi halların baş verməsi sıfıra bərabər olur.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 8468 Tarix: 28 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir
Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar
24 avqustYatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:
26 avqustDTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla
31 avqustİş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi
Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla
13 avqustŞəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsus
22 sentyabrBakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl
22 avqustXırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is
3 avqustHavvaxanım Rüstəmovaya hökm oxundu
"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd
16 sentyabr