DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, daha sonra cinayət hadisəsi ilə DTX-nin Şirvan şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Qədirov və qətli icra edən Hacıqabul sakini Xankərəm Kərimov da həbs edilib.

İttihama görə, Kapitan Rövşən Ağayev üzərindən 77,4 qram preqabalin həbi aşkar edilərək saxlanılan Xəyal Abdullayevi azadlığa buraxmaq üçün onun anası Sarayxanım Abdullayevadan rüşvət alıb. R.Ağayev X.Abdullayevin saxlanıldığı əməliyyatda qrup üzvü olub. Tanışı Mətləb Əmirov isə həmin işdə hal şahidi kimi iştirak edib. Rövşən Mətləb vasitəsilə Xəyalın anası Sarayxanımla görüşüb. Rövşən Ağayev qadına bildirib ki, oğlunun psixi xəstəliyə görə həbsdən buraxılması üçün müvafiq tibbi sənədlərin qısa zamanda hazırlanıb istintaqa təqdim edilməsinə köməklik göstərəcək. Bu məqsədlə ondan 2 min manat alıb, daha sonra bununla bağlı rəis Cavanşir Qədirova məlumat verərək S.Abdullayevadan daha 23 min manat almağın mümkün olduğunu deyib. Bundan sonra Xəyal Abdullayev Səbail rayon məhkəməsinin qərarı ilə həbs edilib.

Rəisin göstərişi ilə Rövşən Ağayev S.Abdullayevanın evində onunla görüşərək 25 min manat alıb, pulun 23 min manatını Cavanşir Qədirova, 500 manatını isə Mətləb Əmirova verib, qalan məbləği özünə götürüb.

Həmin ilin may ayına kimi gözləyən S.Abdullayeva oğlunun həbsdən buraxılmadığına görə M.Əmirov vasitəsilə Rövşənə ismarıc göndərib ki, pulu verərkən bütün danışıqları səsyazısı ilə qeyd edib. Oğlunun azadlığa çıxmayacağı təqdirdə həmin səsyazısını DTX-nin rəhbərliyinə təqdim edəcəyini bildirib.

Kapitan Ağayev bu barədə rəisi Cavanşir Qədirova məruzə edib. Rəis 23 min manatı işçisinə verərək qadına qaytarmasını tapşırıb. Lakin Sarayxanım Abdullayeva pulu geri qəbul etməyib və inadla oğlunun həbsdən buraxılmasını tələb edib.

İttihama görə, bundan sonra rəis Cavanşir Qədirov kapitan Rövşən Ağayevə qadının onlara ciddi problem yaradacağını deyərək onun aradan götürülməsi, yəni öldürülməsi üçün adam tapmağı tapşırıb.

Rövşən Ağayev bu məqsədlə tanışı, Ələt qəsəbəsində yaşayan Xankərəm Kərimova zəng edərək onunla görüşüb və 7 min manat müqabilində Sarayxanım Abdullayevanı öldürməyi sifariş edib. R.Ağayev əvvəlcə qadını evinin qarşısında bıçaqlayaraq öldürmək təklif edib və bu məqsədlə S.Abdullayevanın yaşadığı binanı X.Kərimova göstərib. Daha sonra isə qətlin Şirvan şəhərindən kənarda törədilməsinə qərar verilib. Özü ilə gətirdiyi saxta qeydiyyat nişanlı 10-**-217 maşın nömrəsini Xankərəmə verib və maşına taxmasını tapşırıb. Pulu isə qətlin icrasından sonra verəcəyini deyib və ona deyəcəyi tarixdə Şirvana gəlməsini tapşırıb.

Kapitan Ağayev daha sonra guya qızını hazırlığa qoymaq adı ilə S.Abdullayevanın müəllim işlədiyi 21 saylı məktəbə gedərək onunla görüşüb. R.Ağayev qadına deyib ki, Xəyal məhkəməyə aparılmaq üçün etap olunanda Çılpaqlı qəsəbəsində onu oğlu ilə görüşdürəcək. Hətta vəd edib ki, onu aparmaq üçün özü maşın göndərəcək. Daha sonra Xankərəm Kərimova kirayə maşın götürməyi üçün 100 manat göndərib və növbəti gün məktəbin qarşısına gəlməsini tapşırıb. X.Kərimov Bakıda fəaliyyət göstərən şirkətdən 60 manata "Kia Rio" maşınını kirayəyə götürüb. Qırmızı adyal və boş karton qutuları yük yerinə qoyaraq Şirvana gəlib, orada R.Ağayevin verdiyi saxta nömrəni maşına taxıb. Məktəbin qarşısındakı dayanacaqdan Sarayxanım Abdullayevanı maşına götürərək özünü nazirlikdə işləyən yüksək rütbəli şəxs kimi təqdim edib və onu oğlu ilə görüşdürəcəyini bildirib. O, əvvəlcədən razılaşdıqları kimi evlərdən və obyektlərdən kənara, təhlükəsizlik kameralarının olmadığı, Salyan rayonunun Pambıqkənd kəndi ərazisindəki çöllük sahədə maşını saxlayıb. Xankərəm oturacağını tam arxaya çəkərək salonun arxa oturacağında əyləşmiş Sarayxanım Abdullayevanın boğazından sağ əli ilə tutub boğmaqla öldürüb. Rövşən Ağayev həmin gün saat 23 radələrində Şirvan şəhəri, "Salyan dairəsi" adlandırılan ərazidə Xankərəm Kərimovla görüşərək sifarişin icrası müqabilində vəd etdiyi 7 000 manatı ona verib.

Kapitan Rövşən Ağayev daha sonra qətlin izlərinin ört-basdır edilməsi üçün meyiti həmin avtomaşının arxa oturacağına uzadıb üzərini adyal və karton qutularla örtüb. Daha sonra maşını Şamaxı rayonu ərazisinə sürərək oradan meyitin başına sellofan torba bağlayıb Göylər-Padar çöl yolunda dağlıq ərazidə yüksəklikdən dərəyə atıb. S.Abdullayevanın çantasını, adyalı, karton qutuları və qətli törədərkən Xankərəmin əynində olan paltarları yandırıb məhv ediblər. Saxta maşın nömrəsini isə "Şirvan" kanalına atıblar.

İttihamda qeyd edilib ki, rəis Cavanşir Qədirovla birlikdə törədilən qətl Dövlət Təhlükəsizliyi Xidməti Şirvan şəhər şöbəsinin şəxsində Azərbaycan Respublikasının nüfuzuna və vətəndaşların dövlətə olan etimadına xələl gətirib, xüsusi xidmət orqanları üzrə qərarlaşmış mövcud obyektivlik, qərəzsizlik, ictimai və dövlət mənafeyinin üstün qorunması funksiyalarının ciddi zədələnməsinə səbəb olub.

Həmçinin, Rövşən Ağayev istintaqa məlum olmayan mənbədən satış məqsədilə 12.652 qram metallik civə alaraq saxlaması üçün Xankərəm Kərimova verib. X.Kərimovun evində axtarış zamanı vermiş, sonuncu onu yaşadığı evin zirzəmidə divarda olan dəmir seyfdən bir ədəd şüşə flakonun içərisində aşkar olunaraq götürülüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rövşən Ağayev 19 il, Xankərəm Kərimov 17 il, Mətləb Əmirov 3 il müddətinə azadlıqdan məhrum edilib. R.Ağayev və X.Kərimov cəzasının 2 ilini həbsxanada keçirəcək.

Hökmlə DTX-nin Şirvan şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Qədirova qətlin törədilməsinə rəhbərlik etmək və ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma maddələri ilə bəraət verilib. C.Qədirov vəzifəli şəxsin qərarına qanunsuz təsir etmə, vəzifə səlahiyyətlərimi aşma - bir qrup şəxs tərəfindən törədildikdə maddələri ilə təqsirli bilinib. Yekun olaraq polkovnik-leytenant 3 il müddətinə azadlıqdan məhrum edilib.

Baş Prokurorluq rəis Cavanşir Qədirovun hökmündən narazı qalaraq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv edib, C.Quliyevin qətlin sifarişçisi olduğu qənaətinə gəlib. Cavanşir Quliyev digər maddələrlə birlikdə, Sarayxanım Abdullayevanın qətlini sifariş edərək cinayətə rəhbərlik etməkdə ittiham edilərək 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2959   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl

22 avqust
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib

Gəncədə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb. Məlumata görə, bir neçə nəfər arasında yaranan mübahisə dah

6 avqust
.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust