"Fransa Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən qüvvələrin önündə gedir" - Kamilə Əliyeva

"Fransa Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən qüvvələrin önündə gedir" - Kamilə Əliyeva"Bu gün Fransa Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasını istəməyən qüvvələrin önündə gedir. Fransa hakimiyyəti başda Prezident Makron olmaqla ölkə daxilində nüfuzunu itirməkdədir. Azərbaycanı işğalçı dövlət adlandıran Fransa hakimiyyəti, Senatı və Milli Assambleyası qərar qəbul edərkən öz dövlətlərinin yaxın tarixdə törətdiklərini yəqin unudublar. Lakin dünya ictimaiyyəti bu dəhşətləri heç vaxt unutmayacaq".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

O həmçinin bildirib ki, Fransa dövləti Azərbaycana minnətdar olmalıdır ki, onun da imzası olan BMT TŞ-nın 4 qətnaməsinin icrasını Azərbaycan təkbaşına yerinə yetirdi:

"Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayanda, şəhər və kəndlərimizi viran qoyanda, azərbaycanlılara qarşı XX əsrin dəhşətli cinayəti olan Xocalı soyqırımını törədəndə susan Fransa Senatı, Milli Assambleyası bu gün nədənsə danışmağa başladı. Fransa Senatından sonra Milli Assambleyanın da Azərbaycan əleyhinə çıxartdıqları qərar riyakarlığın, ikiüzlülüyün ən bariz nümunəsidir. Özünü dünyada demokratiyanın, insan hüquqlarının müdafiəçisi hesab edən Fransa əslində dünyada işğalçılıq siyasəti, xalqlara qarşı soyqırım törətmiş bir dövlətdir. Əlcəzairi və bir sıra Afrika dövlətərini əsarət altında saxlayan, insanlarını kütləvi qətlə yetirən Fransanın eyni siyasət həyata keçirən Ermənistanı müdafiə etməsi bu dövlətin əsl simasının göstəricisidir. Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycana qarşı qəbul etdiyi qərar bir daha bu ölkənin beynəlxalq hüququn norma və prinsiplərini pozmasına dəlalət edir. Bu gün Fransa Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasını istəməyən qüvvələrin önündə gedir. Fransa hakimiyyəti başda Prezident Makron olmaqla ölkə daxilində nüfuzunu itirməkdədir. Azərbaycanı işğalçı dövlət adlandıran Fransa hakimiyyəti, Senatı və Milli Assambleyası qərar qəbul edərkən öz dövlətlərinin yaxın tarixdə törətdiklərini yəqin unudublar. Lakin dünya ictimaiyyəti bu dəhşətləri heç vaxt unutmayacaq. Fransadan fərqli olaraq Azərbaycan beynəlxalq hüququn bütün prinsiplərinə hörmətlə yanaşır. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, öz suverenliyi və ərazi bütövlüyü ilə yanaşı beynəlxalq hüququ da bərpa etdi. Fransa dövləti Azərbaycana minnətdar olmalıdır ki, onun da imzası olan BMT TŞ nın 4 qətnaməsinin icrasını Azərbaycan təkbaşına yerinə yetirdi. Fransanın Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək planı baş tutmayacaq. Bu regionda Azərbaycan kimi güclü və qüdrətli dövlət mövcuddur və ölkənin İlham Əliyev kimi lideri var. Azərbaycan bundan sonra da öz müstəqil siyasətini davam etdirəcək və dövlətimiz istənilən təxribat və təcavüzə qətiyyətlə cavab verəcək".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1202   Tarix: 03 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021