Laçın dəhlizi ilə bağlı MÜHÜM XƏBƏR
"Ermənilər Azərbaycanın Laçın dəhlizini bağladığı, Qarabağdakı erməni əhali üçün "həyati əhəmiyyət" kəsb edən yolun qarşısını kəsdiyi yöndə kampaniya aparır: bununla göstərmək istəyirlər ki, "Qarabağdakı erməni əhali Azərbaycanın tərkibində yaşaya bilməz", "separatçı-terrorçu rejim, eyni zamanda, onların müdafiə edən tərəflər olmasa, erməni əhali çətin vəziyyətdə qalacaq".
Bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
A.Nərimanlı vurğulayıb ki, Azərbaycanın ümumiyyətlə, Laçın dəhlizini bağlamaq planı yoxdur: "Bakının tələbi budur ki, humanitar məqsədlər üçün nəzərdə tutulan yoldan təxribat və hərbi məqsədlər üçün istifadə edilməsin; son olaraq, Sarıbaba yüksəkliyinə basdırılan minaların Laçın dəhlizindən gətirilməsi, o cümlədən, İran vətəndaşlarının Qarabağa qeyri-qanuni olaraq keçidinə icazə verildiyinə dair məlumatlar da bunun zəruriliyini bir daha ortaya çıxardı"
Şərhçi qeyd edib ki, bu gün Xankəndi-Gorus yolunda baş verənlər də Azərbaycanın öz suveren ərazilərində hərəkət etməsidir: "Son məlumatlara görə, azərbaycanlı mütəxəssislər Xankəndiyə yollanıblar. Orada Qarabağ iqtisadi rayonunda regionunda ekoloji monitorinqin təşkili ilə bağlı müzakirələr aparılacaq. Bu o deməkdir ki, Azərbaycan Qarabağ iqtisadi rayonunda ekoloji monitorinqlərə start verir. Eyni zamanda Azərbaycan öz suveren ərazisində istədiyi addımı ata biləcəyini nümayiş etdirir. Bu, həm də Bakının sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə ekoloji monitorinq üzərindən daxil olması deməkdir. Artıq proses başlayıb və şübhəsiz ki, davamlı olacaq"./Pravda
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb