Azərbaycan səfiri Latviya Seyminin yeni seçilmiş sədri ilə görüşüb
Azərbaycan Respublikasının Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov Latviya Seyminin yeni seçilmiş sədri Edvards Smiltens ilə görüşüb.
Bu barədə Azərbaycanın Latviya Respublikasındakı səfirliyindən məlumat verilib.
Səfir Elnur Sultanov Edvards Smiltensi Latviyanın 14-cü Seyminin sədri seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ildə Latviyaya səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin imzalanmasının əhəmiyyətini qeyd edib və dövlətlər arasında tərəfdaşlığın dərinləşməsində parlamentlərarası əlaqələrin mühüm rolunu vurğulayıb.
E.Sultanov vurğulayıb ki, cari il ərzində iki ölkənin hökumət nümayəndələrinin qarşılıqlı səfərləri əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib və gələcək əməkdaşlıq üçün geniş perspektivlər açıb.
Diplomat, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın latviyalı həmkarı Edvards Smiltensə təbrik məktubunu təqdim edib.
Edvards Smiltens öz növbəsində təbrikə görə təşəkkür edib və ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq Latviya üçün böyük əhəmiyyət kəsb edir.
O, həmçinin iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Latviya Seyminin yeni seçilmiş sədri ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edərək, Azərbaycan ilə iqtisadi, ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.
Azərbaycanın Avropa İttifaqının mühüm enerji tərəfdaşlarından biri olduğunu vurğulayan Edvards Smiltens ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolunu yüksək qiymətləndirib.
Daha sonra tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb