"Azərbaycan və Türkiyənin birgə keçirdiyi hərbi təlimlər regionda sülhün davamlı olunmasına yönəlib" - Deputat
"Azərbaycan və Türkiyənin keçirdiyi bütün hərbi təlimlər regionda təhlükəsizliyin təmin olunmasına hesablanıb".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat vurğulayıb ki, Azərbaycan-Türkiyə iki qardaş ölkə olaraq hər zaman yaxşı və pis gündə bir-birinin yanında olub:
"Tarix boyu davam edən dostluq və qardaşlıq münasibətləri, hər sahədə qurulan əməkdaşlıq və əlaqələr günü-gündən möhkəmlənir. Xüsusilə Azərbaycan-Türkiyə münasibətlərində hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir. İki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq, silahlı qüvvələr arasında təcrübə mübadiləsi təkcə ordunun güclənməsinə və bölgədə sülhün davamlı olunmasına yönəlib".
Deputat vurğulayıb ki, hazırda keçirilən və Bakı şəhərinin, Astara, İmişli, Cəbrayıl rayonlarının ərazilərini əhatə edən hərbi təlimlər, Azərbaycan və Türkiyə Respublikaları arasında "Hərbi sahədə əməkdaşlıq haqqında" müqaviləyə əsasən həyata keçirilir. Təlimlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, xüsusi təyinatlı mühəndis-istehkam texnikası iştirak edir. Türkiyə hərbçiləri ilə birlikdə Quru Qoşunlarımızın, Xüsusi Təyinatlı Qüvvələrin, Hərbi Hava Qüvvələrinin, Mühəndis-istehkam qüvvələrinin qarşılıqlı fəaliyyətinin təmin olunması, hər iki ordunun döyüş qabiliyyətinin artmasına xidmət edir. Ssenariyə uyğun olaraq, Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim-döyüş tapşırıqlarını yerinə yetirirlər. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir".
Deputat söyləyib ki, Azərbaycan-Türkiyə arasında keçirilən bu təlimlərin hər biri ordumuzun döyüş peşəkarlığının artırılması ilə yanaşı, həm də ermənipərəst qüvvələrə bir cavabdır:
"Ermənistan və havadarları unutmasınlar ki, düşmənin başını əzməyə daim hazır olan "Dəmir yumruq" yerindədir. Ölkəmizə qarşı törədilən təxribatın cavabı ordumuz tərəfindən verilib, bundan sonra da veriləcək".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb