"İstər sülhməramlı, istər separatçılar qanunsuz əmələ görə cavab verməlidirlər" - Deputat
"Rusiya sülhməramlılarının öz peşə vəzifəsini yerinə yetirən jurnalistlərin fəaliyyətinə maneçilik törətmələri qanunsuzdur və onların mandatları ilə uzlaşmır".
Bunu Sonxeberə.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, normal məntiqlə, çəkiliş üçün şərait yaradılmalı, jurnalistləri maraqlandıran sualları cavablandırmalı idilər:
"Deməli, nəyisə gizlədirlər. Qeyri-qanuni fəaliyyətlərinin Azərbaycan ictimaiyyətinin bilməsində maraqlı deyillər. Bu, təbii ki, özbaşınalıqdır və onların rəhbərliyinin nəzərinə çatdırılmalıdır".
Deputat vurğulayıb ki, son günlər, sülhməramlıların yaratdığı şəraitdən istifadə edən separatçılar yenidən təşkilatlanır, əraziyə İran əsilli diversantlar cəlb olunur, təbii sərvətlərin talançılığı ilə məşğul olurlar:
"Cəzasızlıq mühiti müddətsiz davam edə bilməz. İstər sülhməramlı, istər separatçılar, kimliyindən asılı olmayaraq, törətdikləri qanunsuz əmələ görə cavab verməlidirlər. Azərbaycan əvvəlki dövlət deyil, öz hüquqlarını, milli və dövlət maraqlarını müdafiə etmək iqtidarındadır".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1529 Tarix: 08 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabr