Azərbaycan və Türkiyə QHT-lərinin Forumu keçirilib
Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan-Amerika Gənclər Birliyi tərəfindən "Cənubi Qafqazda sülh və əməkdaşlıq naminə Türkiyə-Qafqaz vətəndaş cəmiyyətlərinin dialoqu" beynəlxalq Forumu keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, forumda Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğunun əməkdaşı Sevinc Süleymanova, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Ədalət Turan, sədr müavini Pərviz Məmmədzadə, İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Ağamirzə, Qadın Elmi Xadimlər Dərnəyi və digər Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edib.
Forum iştirakçıları ilk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək Ulu Öndərə həsr olunmuş filmi izləyiblər.
"Azərbaycan-Amerika Gənclər Birliyi"nin sədri Vüqar Əhmədov 44 günlük vətən müharibəsi nəticəsində Azərbaycan və Türkiyənin Cənubi Qafqazda artan rolundan, iki dövlətin regionda sülh və sabitliyə verdiyi töhfəsindən bəhs edib.
Qeyd olunub ki, forumun əsas məqsədi Türkiyə və Azərbaycan QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsi, ortaq strategiyanın hazırlanması və beynəlxalq aləmdə hər iki ölkənin vətəndaş cəmiyyətlərinin sıx iş birliyində hərəkət etməsinə dəstək verməkdir. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə indi heç zaman olmadığı qədər bir-birinə yaxındır və bu ittifaq regionun inkişafı üçün yeni perspektivlər vəd edir.
Forumun sonunda "Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası"nın sədri Ədalət Turan, sədr müavini Pərviz Məmmədzadə, İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Ağamirzə "Azərbaycan-Amerika Gəncləri" İctimai Birliyi tərəfindən təsis olan "Azərbaycan həqiqətlərinin Türkiyə Cümhuriyyəti və beynəlxalq aləmdə təbliğinə görə" medalı ilə təltif olundular.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb