Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulması münasibətilə tədbir keçirilib
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Londonun məşhur incəsənət mərkəzlərindən biri olan BAFTA-da (Britaniya Film və Televiziya İncəsənəti Akademiyası) tədbir keçirilib.
Azəbaycanın Böyük Britaniyadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbiri Heydər Əliyev Fondu və Azərbaycan səfirliyi təşkil edib.
Tədbir çərçivəsində Heydər Əliyev Fondu, BP şirkəti və Bakı Media Mərkəzinin dəstəyi ilə hazırlanan "Dünya xəzinələri – Azərbaycan" ("Treasures of the World – Azerbaijan") filminin təqdimatı keçirilib.
Tədbirdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, eləcə də Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson, Lordlar Palatasının üzvü Lord David Evans, bir çox ölkələrin Londondakı səfir və diplomatları, Britaniyadakı Azərbaycan icmasının üzvləri və ictimai xadimlər iştirak ediblər.
Səfir Elin Süleymanov tədbirin təşkilatçılığı üçün Heydər Əliyev Fondunun rəhbərliyinə xüsusi təşəkkürünü bildirib.
Azərbaycanla BP şirkəti arasında məhsuldar əməkdaşlığı vurğulayan səfir "yaşıl enerji"yə keçid istiqamətində atılan addımlardan bəhs edib.
E.Süleymanov qeyd edib ki, bugünkü Azərbaycan vəfatından 19 il keçən Ulu öndər Heydər Əliyevin arzuladığı qədər güclüdür və günü-gündən daha da dinamik inkişaf edir: "H.Əliyev fəxr edərdi ki, Azərbaycan regionda nümunəvi dövlətə çevrilib və dünya azərbaycanlılarının dayağıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb