Deputatlarımızın əsl ixtisasları: əczaçı, mühəndis, riyaziyyatçı...

Deputatlarımızın əsl ixtisasları: əczaçı, mühəndis, riyaziyyatçı...Redaktor.az Milli Məclisin deputatlarının ixtisasca hansı peşənin sahibi olması barədə araşdırma aparıb.

Qeyd edək ki, Milli Məclisdə Konstitusiyaya əsasən 125 deputat fəaliyyət göstərməli olsa da, hal-hazırda onların sayı 118-dir. Buna səbəb bəzi deputatların vəfat etməsi, həbs olunması və ya başqa dövlət vəzifəsinə təyin olunmasıdır.

Hazırda Milli Məclisin 21 qadın deputatı, 97 kişi deputatı fəaliyyət göstərir ki, onların hamısı ali təhsillidir.

Araşdırmamız zamanı millət vəkillərinin hansı peşəyə sahib olması ilə bağlı maraqlı məlumatlar əldə etdik.

Belə ki, deputatlarımızın böyük əksəriyyəti, konkret olaraq 22 nəfəri ixtisasca hüquqşünasdır. Onlar aşağıdakılardır:

Əminə Ağazadə, Elnur Allahverdiyev, Nigar Arpadarai, Kamran Bayramov, Kamal Cəfərov, Jalə Əhmədova, Ziyafət Əsgərov, Tural Gəncəliyev, Sabir Hacıyev, Əli Hüseynli, Nurlan Həsənov, Qüdrət Həsənquliyev, Vüqar İskəndərov, Tahir Kərimli, Erkin Qədirli, Elşən Musayev, Fazil Mustafa, Nəsib Məhəməliyev (Dəmir yolu nəqliyyatında daşıma proseslərinin idarə edilməsi), Ramin Məmmədov, Siyavuş Novruzov, Əliabbas Salahzadə, Nizami Səfərov.

İkinci yerdə isə üstünlük iqtisadiyyat sahəsi üzrədir. Xalqın etimad göstərdiyi millət vəkillərinin 18 nəfəri ixtisasca iqtisadçıdır: Mahir Abbaszadə, Azər Badamov, Vüqar Bayramov, Müşfiq Cəfərov, Emin Hacıyev, Aydın Hüseynov, Malik Həsənov, Eldar İbrahimov, Kamaləddin Qafarov, Eldar Quliyev, Rüfət Quliyev, Tahir Mirkişili, Səttar Möhbalıyev, Madər Musayev, İqbal Məmmədov, Məşhur Məmmədov, Əli Məsimli, Ziyad Səmədzadə.

Deputatlardan 14-ü istisasca tarixçidir. Başda Milli Məclisin sədr müavini, tarix elmləri doktoru Fəzail İbrahimli olmaqla, bu siyahıya Tamam Cəfərova, Hicran Hüseynova, Sevinc Hüseynova, Naqif Həmzəyev, Ramil Həsən, Afət Həsənova, Anar İsgəndərov, Pərvin Kərimzadə, Fəzail Ağamalı, Musa Qasımlı, Azay Quliyev, Elman Nəsirov, Vasif Talıbov daxildir.

Milli Məclisdə ixtisasca həkim olanlarda az deyil. Belə ki, 10 nəfər deputat ixtisasca həkimdir. Onlardan başda Tibb Universitetinin kecmiş rektoru, onkoloq, akademik Əhliman Əmiraslanov olmaqla, Məlahət İbrahimqızı, Musa Quliyev, Rəşad Mahmudov, Asim Mollazadə, Müşfiq Məmmədli, İlham Məmmədov, Qənirə Paşayeva (hüquq), Anatoliy Rafailov, Sədaqət Vəliyevanın adlarını sadalaya bilərik.

Parlamentdə təmsil olunan deputatların arasında 9 nəfəri ixtisasaca filoloqdur. Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəli, xalq şairi Sabir Rüstəmxanlı, tanınmış yazıçı Aqil Abbas, filologiya elmləri doktoru Nizami Cəfərov, Ülviyyə Ağayeva, Əziz Ələkbərov, Sahibə Qafarova, Aqiyə Naxçıvanlı, Tahir Rzayev bu sahədə tanınmış isimlərdəndir.

Bundan başqa jurnalist həmkarımızın arasından da 4 nəfər deputat vəsiqəsi daşıyır. Onlardan Sahib Alıyev, İmamverdi İsmayılov, Bəhruz Məhərrəmov (hüquqşünas) və Bəxtiyar Sadıqov bu sahədə uzun illərdir çalışırlar.

Mühəndis ixtisası üzrə də depuatatlarımız var ki, Vahid Əhmədov, Rauf Əliyev, Oqtay Əsədov, Azər Kərimli, Aydın Mirzəzadə, Ağalar Vəliyev, Mixail Zabelin bu siyahıya daxildir.

Bundan başqa millət vəkillərimizdən Novruzəli Aslanov texnologiya, Məzahir Əfəndiyev, Cavid Osmanov idarəetmə, Adil Əliyev keçmiş polis, Bəxtiyar Əliyev, Səməd Seyidov psixoloq, Etibar Əliyev, Fatma Yıldırım fizik, Kamilə Əliyeva bioloq, Jalə Əliyeva, Rafael Hüseynov, Ceyhun Məmmədov şərqşünas, Cavanşir Feyziyev, Sevinc Fətəliyeva tərcüməçi, Ülviyyə Həmzəyeva rəssam, Səbinə Xasayeva, Şahin İsmayılov regionşünaslıq, Cəbi Quliyev, Könül Nurullayeva beynəlxalq münasibətlər, Ülvi Quliyev əczaçılıq, Sadiq Qurbanov, Elman Məmmədov riyaziyyatçı, Elşad Mirbəşiroğlu, Aydın Mirzəzadə politologiya, Sevil Mikayılova ingilis dili, Rasim Musabəyov, Zahid Oruc, İltizam Yusifov avtomatika və telemexanika, Anar Məmmədov (hüquqşünas) yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı, Aqil Məmmədov pedaqoji fakültə (Dövlət və bələdiyyə idarəetməsi), Hikmət Babaoğlu politologiya, Soltan Məmmədov istehsalat proseslərinin avtomatlaşdırılması, Arzu Nağıyev tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili, Razi Nurullayev ingilis-fransız dilləri (hüquq), Cavanşir Paşazadə Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili ixtisası üzrə vaxtilə ali təhsil alıblar.

Sonda onu da qeyd edək ki, millət vəkilərinin böyük əksəriyyətinin iki ali təhsili var.

Maraqlıdır, deputatlarımız ikinci ali təhsil kimi niyə məhz hüquqşünas peşəsini seçiblər?...


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1824   Tarix: 11 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr