"Aytacı kənddə basdırmağa qoymayın" - Dəhşətli qətlin TƏFƏRRÜATI

"Aytacı kənddə basdırmağa qoymayın" - Dəhşətli qətlin TƏFƏRRÜATIBu ilin fevralında Şəmkirin İrmaşlı kəndində 1998-ci il təvəllüdlü əmisi qızı Aytac Famil qızı Piriyevanı qətlə yetirən Piri Piriyevin məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1998-ci il təvəllüdlü Piri Piriyev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisənin hansı səbəbdən baş verməsinə gəlincə, bu, Aytacın vatsap statusu üstündə olub.

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, qardaşı arvadının telefonu ilə vatsap statuslarına baxan zaman Aytacın tanımadığı oğlanla qucaqlaşmış halda fotosunu görüb. Piri bundan sonra, Aytacgilin evinə gedərək oğlanın kimliyi ilə maraqlanıb. Aytac isə oğlanın sinif yoldaşı olduğunu, Türkiyəyə gedəcəyi üçün onunla səmimi şəkildə foto çəkdirdiyini bildirib.

Bundan əsəbiləşən Piri Aytacı şillə ilə vurub. Piri daha sonra Şəmkir şəhərinə gedərək həmin fotodakı oğlanı axtarmağa başlasa da, tapa bilməyib.

O, bütün bunlardan sonra Aytacın hərəkətlərinə son qoymaq məqsədilə onu öldürmək qərarına gəlib. Piri bu məqsədlə əvvəlcədən bazardan aldığı bıçağı maşına qoyub, qərara gəlib ki, Aytacın əl-qolunu bağlayaraq onu qətlə yetirsin. Aytacın maşından düşüb qaçmaması üçün də əvvəlcədən avtomobilin sağ qapısının cəftəsini və şüşə qaldıranını sındırıb.

Planın davamı olaraq Piri, Aytacgilin evinə gələrək onunla sakit bir yerdə söhbət etmək istədiyini bildirib. Bu zaman Aytac azyaşlı oğlunu evdə qoyaraq maşının ön oturacağına əyləşib. Bundan sonra, Piri planına uyğun olaraq, Aytacı İrmaşlı kəndində yerləşən "Sulu dərə" adlanan əraziyə tərəf aparıb.

Yolboyu Piri yenidən Aytacdan həmin oğlanın kimliyini soruşub. Aytac yenə eyni cavabı verərək həmin şəxsin sinif yoldaşı olduğunu bildirib, eyni zamanda qeyd edib ki, onun şəxsi işlərinə qarışmağa ixtiyarı yoxdur.

Bu zaman Piri maşından düşərək avtomobildə saxladığı kəndiri götürüb və qabaq qapını açaraq Aytacdan əllərini irəli uzatmasını istəyib. Aytac isə onun sözlərini ciddiyə almayıb və zarafat etdiyini düşünərək Pirinin dediklərinə heç bir etiraz etmədən əməl edib.

Bundan sonra Piri Aytacın müqaviməti qıraraq onu yerə yıxıb və boğazını kəsib. Bu zaman Piri Aytacın yalvarışlarına heç bir məhəl qoymayıb. O, əmisi qızını öldürdükdən sonra maşınla İrmaşlı kənd istiqamətində hərəkət edib. Kənddə həmkəndlisi ilə görüşüb onun maşına əyləşən zaman törətdiyi əməldən bəhs edib və onu polis bölməsinə aparmağı xahiş edib.

Bölməyə getməzdən əvvəl o, həmkəndlisindən kəndin mərkəzində avtomobilini saxlamasını da xahiş edib. Bu zaman Piri avtomobildən düşüb üzünü çayxanada olan kişilərə tutaraq, – "Mən öz pozğunumu təmizlədim, siz də gedin öz pozğununuzu təmizləyin, Aytacın meyitini kənddə basdırmağa qoymayın, əgər basdırsanız, yas verməyin", – məzmunlu sözlər deyib.

Daha sonra həmkəndlisi avtomobildən düşərək onu avtomobilə əyləşdirib Zəyəm polis bölməsinə aparıb.

Qeyd edək ki, Aytac Piriyeva 2017-ci ildə ailə həyatı qurub, onun bu evlilikdən bir övladı dünyaya gəlib. Aytacın həyat yoldaşı tez-tez işləmək üçün Ukraynaya gedib-gəlib. Onun həyat yoldaşı ilə sonradan münasibəti pozulduğu üçün bir il öncə vəfat edən atasının evinə qayıdıbmış.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4918   Tarix: 20 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

8 sentyabr
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Xırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is

3 avqust