İlkin Süleymanovun məhkəməsi niyə təxirə salındı?
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə düşüb.
"Report"un məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan məhkəmə iclası hakimlərin işlərinin çox olması səbəbindən təxirə salınıb.
Növbəti məhkəmə iclası dekabrın 28-nə təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1895 Tarix: 21 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
60 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı
Salyan rayonunda bu il yanvarın 31-dən itkin düşən şəxsin meyiti aşkar edilib. "Qafqazinfo"nun məlumatına görə, meyit Salyan-Neftçala yolu yaxınlığında, rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən kollektordan tapılıb. İlkin araşdırma nəticəsində meyitin Salyan şəhər sakini, 85 yaşlı Rafae
1 aprelDəhşətli cinayət: Ana torpağa basdırılmış, oğlu güllələnmiş halda tapıldı
Hatayın İskenderun rayonunda baş verən dəhşətli hadisə nəticəsində ana və oğlu ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, sözügedən ərazidə heyvan otaran çoban torpaq üzərində meyit aşkar edərək vəziyyət barədə jandarmaya məlumat verib. Hadisə yerinə cəlb olunan əməkdaşlar tərəfində
16 aprelAğcabədidə əmioğulları qətlə yetirildi - Foto - Yenilənib
Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib. Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdl
27 aprelHəmin 15 yaşlı məktəbli saxlanıldı
Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfl
21 aprelMasazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib
Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfində
11 aprelGəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI
Gəncədə məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub. Bu barədə -ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, aprelin 29-da Gəncə şəhər 9 nömrəli məktəbin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb:. "Mübahis
30 aprelArmatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı
Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər - T.Bədəlov, P.Qurbanov, S.Xəlilov və K.Fətəliyev saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, bu haqda DİN məlumat yayıb. Araşdırmalarla məlum olub ki, onla
11 mayAnasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI
67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, "Gülçülük sovxozu" ərazisində baş verib
12 may"Namus məsələsidirsə, qızımı öldürəndən sonra kartı niyə götürüb?"
İyunun 1-də paytaxtın Ramana qəsəbəsində 31 yaşlı Gülüzar Məmmədovanın qayınatası Adıgözəl Məmmədov tərəfindən qətlə yetirilməsi geniş müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, mərhumun ailə üzvləri hadisənin təfərrüatlarını danışıb. G.Məmmədovanın atası Tapdıq Şükürov "Dialo
4 iyun