Azərbaycanın iki rayonunda balıq bahalaşdı - SƏBƏB

Azərbaycanın iki rayonunda balıq bahalaşdı - SƏBƏBBiləsuvar və Cəlilabad rayonlarında balıq bahalaşıb.

"Report" un Muğan bürosunun əməkdaşı balıq satışının həyata keçirildiyi ərazilərdə olub, qiymətlərlə maraqlanıb.

Müşahidələr zamanı məlum olub ki, balığın qiymətində 20-30 faizə yaxın artım var. Alıcılar da qiymətlərin baha olmasından şikayətləniblər.

Onların sözlərinə görə, əvvəllər çay balığının kiloqramı 8-10 manata satılırdı. Amma indi bu, alıcılara 11-12 manata təklif olunur. Sakinlər deyirlər ki, həmişə bayram süfrəsində çəki balığına da üstünlük verilib, amma hazırda bu balıq növünü tapmaq əsl müşkülə çevrilib:

"Bu balığa tələbat çox olduğu üçün qiyməti də bahadır. Bununla yanaşı, bazarlarda satışa çıxarılan dəniz məhsulları arasında çəki balığına əvvəlki kimi çox rast gəlinmir".

Bundan əlavə, müşahidələr zamanı məlum olub ki, süni göllərdə yetişdirilən balıqların qiyməti də bahalaşıb. Belə ki, bu balıqların satış qiyməti növündən asılı olaraq 6-8 manat arasında dəyişir.

Satıcılar isə söyləyiblər ki, hazırda bazarda müşahidə olunan qiymət artımı çay balıqlarının tutulmasının çətin olması ilə əlaqədardır. Onlar həmçinin dəniz məhsullarının qiymətindəki artıma qarşıdan gələn Yeni il bayramının da təsir etdiyini bildiriblər.

Satıcılar düşünürlər ki, qiymətlər bayramqabağı bir qədər də qalxa bilər:

"Balığın sayı az olduğu üçün qiymətlər də təbii olaraq artır. Bununla yanaşı, göl balıqlarına verilən yemin də qiyməti qalxıb və bu da balıqların qiymətində artıma gətirib çıxarıb".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1294   Tarix: 23 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sosial şəbəkələr İqtisadi itkilər və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski

Rolan Məmmədlinski. Reklam mütəxəssisi. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələr yalnız ünsiyyət və məlumat mübadiləsi vasitəsi deyil, həm də ölkələrin iqtisadiyyatına, informasiya təhlükəsizliyinə və milli suverenliyinə təsir göstərən güclü alətə çevrilib. Bu platformaları

14 oktyabr
.

Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video

Dünən paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin yandırılması faktı araşdırılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimo

13 oktyabr
.

Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi

Azərbaycan Silahlı Qüvvələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Məhəddin Cavadov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar. Bildirilib ki, bir neçə gün əvvəl bədbəxt hadisə ilə üzləşən və xəstəxanaya yerləşdirilən M.Cavadov tibbi müdaxiləy

14 oktyabr
.

Aprelin 1-dən kartdan karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi

Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. "Qafqazinfo"nun məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaiti

14 oktyabr
.

Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə polkovnik Eyvazov Soltan Sərxoş oğlu vəzifəsində

13 oktyabr
.

"Mən bunu problem olaraq da görmürəm" - Şeyxülislam

"Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa. Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həl

13 oktyabr
.

Azərbaycanda ilk kəlağayı hansı rəngdə olub? - Milli irsimizin əsrlərə söykənən tarixi

Azərbaycan qadınının zərifliyini, milli kimliyini və mədəni yaddaşını özündə yaşadan kəlağayı əsrlərdir xalqımızın həyatında xüsusi yer tutur. Təbii ipəkdən hazırlanan, rəngarəng naxışları və özünəməxsus gözəlliyi ilə seçilən bu baş örtüyü yalnız geyim elementi deyil, həm də nəsildən-nəslə ötürülən sənə

14 oktyabr
.

İtkin hərbçiləri axtararkən şəhid olan İlkinin anası vəfat etdi

Vətən müharibəsindən sonra itkin düşmüş hərbçilərimizin axtarışı zamanı minaya düşərək şəhid olan İlkin Bayramovun anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhid anası yaşadığı Ağstafa rayonunda dünyasını dəyişib. O, ötən gün doğma kəndində dəfn edilib. Qeyd edək ki, İlkin Bayramov Vətə

13 oktyabr
.

Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır

"Azərbaycan cəmiyyətində dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulması ölkəmizdə formalaşan tolerantlıq mühiti vətəndaşların fərdi inanclarını sərbəst şəkildə ifadə etməsinə imkan yaradır. Bu kontekstdə vətəndaşların inancları ilə baölı geyim tərzi və baş örtüyü məsələsinə yanaşarkən

13 oktyabr