Bərdədə 5 uşaq atası olan çobandan dəhşətli əməl – TƏFƏRRÜAT

Bərdədə 5 uşaq atası olan çobandan dəhşətli əməl – TƏFƏRRÜATBərdə rayonunda 1990-cı il təvəllüdlü Pərvin münaqişə zamanı tanışı Elvara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Hadisə 2 avqust 2021-ci ildə saat 19 radələrində Bərdə rayonu Böyük Göyüşlü kəndində baş verib.

Elvara məxsus xırda buynuzlu heyvanların saxlandığı fermada Pərvinlə Elvarın aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Elvar Pərvinə yüngül xəsarət yetirib.

Pərvin mətbəx bıçağı ilə Elvarın qarınının sol yan nahiyəsindən bir dəfə vuraraq ona ağır dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Pərvinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Göygöl rayonu Çaykənd kəndindəndir, müvəqqəti olaraq işilə əlaqədar Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayır: "2021-ci ilin mayından Cahangirin fermasında çoban işləmişəm. İşə başlayandan sonra həmin fermada Elvar zootexnik qismində işləməyə başladı. O, həmçinin fermanın sahibi Cahangirlə şərik oldu. Mənim Elvarla heç bir düşmənçiliyim və ya ədavətim olmayıb".

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 22-də, günorta saatlarında fermada çoban işləyən dayısı Babəklə nahar edərkən araq içiblər: "Sonra fermada öz işimin başına qayıtdım. Saat 19 radələrində Elvarla qoyunları saydım. Qoyunlara ot verəndə tövləyə qapıdan Elvar mənə ot preslərini necə qoymaq lazım olduğunu bildird. Ona gündəlik işimi mənə öyrətməməyi dedim. Bu zaman Elvar mənə "başını sal aşağı, işini gör" dedi. Mən də Elvarın üstünə gedərək danışığına fikir verməsini dedim. Elvar ünvanma nalayiq ifadələr işlətdi. Ona yaxınlaşanda sağ əlilə sifət nahiyəmdən vurdu".

Pərvin bildirib ki, bundan sonra Elvar onu söyərək baş nahiyəsindən vurub: "Orada olanlar bizi aralamağa başladılar. Elvarın məni söyüb döyməsinə əsəbləşdim. Fermanın anbarından uzun dəmir parçası və bıçaq götürdüm, yenidən tövləyə gəldim. Əvvəlcə dəmir parçası ilə Elvarı vurmaq istədim, amma vura bilmədim.

Elvar əlləri ilə belimdən tutdu və məni dəmir hasara sıxdı. Dəmir parçası əlimdən yerə düşdü. Dalaşmağa başladıq. Orada olan bacanağım Xalid və dayım Vahid bizi aralamağa çalışdılar. Dalaşanda bıçaqla Elvarın qarın nahiyəsindən vurdum. Elvar qarın nahiyəsini tutaraq tövlədən çıxdı. Mən isə tövlədə bıçağı kənara atdım və onun arxası ilə getdim. Elvar mənə nalayiq ifadələr işlətdi".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini, himayəsində 5 azyaşlı uşaq olduğunu deyib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Pərvinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib./Teleqraf


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 5490   Tarix: 25 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

8 sentyabr
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Xırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is

3 avqust