"Ölkəmizdə bütün dinlərin tarixi, mədəni abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunur" - DEPUTAT

"Ölkəmizdə bütün dinlərin tarixi, mədəni abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunur" - DEPUTAT"Tarix boyu Azərbaycanda bir çox xalqların, etnik qrupların, dinlərin nümayəndələri məskunlaşmış, onlar arasında möhkəm dözümlülük əlaqələri olmuş, öz milli xüsusiyyətlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlamış, milli, irqi və dini zəmində ayrı-seçkilik baş verməmişdir. Eyni zamanda, Azərbaycan tarixin bütün dövrlərində dini dözümsüzlükdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynamış, bura təkcə fərqli dinlərin nümayəndələri deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərə məruz qalan ayrı-ayrı dini cərəyanların nümayəndələri də pənah gətirmişlər. Onlar burada özlərini nəinki yad hiss etməmiş, hətta, yerli əhali ilə qaynayıb qarışmış, qohumluq əlaqələri qurmuş və Azərbaycan xalqı ilə həmrəy olmuşlar".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu gün ölkəmizdə bütün dinlərin tarixi, mədəni abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunur.

"Bu gün Azərbaycanda fəaliyyət göstərən bütün dini icmalar sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir, dövlət qayğısı ilə əhatə olunur. Ulu Öndər lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasəti müasir dövrdə Prezident İlham Əliyev böyük uzaqgörənlik və uğurla davam etdirir. Bu gün ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinə diqqət və qayğının göstərilməsi Azərbaycan hökumətinin din siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Məhz bu siyasət sayəsində dövlət dini icmalara xüsusi diqqət və qayğı ilə yanaşır, hər il dövlət büdcəsindən dini icmalara yardımlar ayrılır, dini bayram və mərasimlər dövlət səviyyəsində qeyd edilir. Azərbaycan məhz bu siyasət nəticəsində bu gün bir sıra dövlətlərə nümunə göstərilir.
Bu gün Prezident İlham Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə, dini abidələrin təmir və bərpasına xüsusi önəm verir, davamlı olaraq dini icma liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində son illər yüzlərlə məscid, tarixi mədəniyyət abidəsi, o cümlədən Təzəpir, Əjdərbəy və Şamaxı məscidləri, Bibiheybət, Gəncə və Bərdə İmamzadə ziyarətgahları yüksək memarlıq üslubunda təmir və bərpa olunmuşdur.
Eyni zamanda, Bakıda öz möhtəşəmliyi və əvəzsiz memarlıq üslubu ilə seçilən Heydər Məscidi inşa olunmuşdur. Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə 2014-cü ilin may ayında Azərbaycanda dini dözümlülük ənənələrinin daha da möhkəmləndirilməsi, milli və dini azlıqlara dövlət qayğısının artırılması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm mərkəzi yaradılmışdır. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə ölkəmizdə dini fəaliyyət sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılmış, qısa müddətdə İnstitutu üçün yeni bina ayrılmışdır. Bu gün İnstitut fəaliyyətini uğurla davam etdirir.
Məlum olduğu kimi, dini etiqad azadlığının təmin olunmasında və dini dözümlülük ənənələrinin möhkəmləndirilməsində mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq xüsusi rol oynayır. Dinlərarası ədavət və münaqişələrin qızışdırılmasının qarşısının alınmasında bütün cəmiyyət, dövlət və qeyri-dövlət qurumlarının üzərinə böyük vəzifələr düşür. Bu reallığı nəzərə alan Azərbaycan dövləti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə bütün dinlərin dəyərlərinə hörmətlə yanaşır, ölkəmizdə tolerantlıq ənənələrini möhkəmləndirir, dini ədavət və düşmənçilik çağırışlarının qarşısını alır, xalqlar, dinlər və sivilizasiyalararası dialoqun və əməkdaşlığın gücləndirilməsinə çalışır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər görülən işlər və həyata keçirilən tədbirlər ölkəmizdə hər kəsin əqidə seçiminə hörmətlə yanaşıldığını, qəbul edilən qanun və normativ aktların beynəlxalq hüquq və normalara uyğunlaşdırıldığını, görülən işlərin bütövlükdə əqidə azadlığını təmin etməyə, bu sahədə yarana biləcək problemləri həll etməyə, dövlətlə dini qurumlar arasında münasibətləri qanun çərçivəsində tənzimləməyə hüquqi əsas verdiyini, ölkəmizdə bütün dinlərə bərabərhüquqlu şəraitin yaradıldığını, tolerantlığın ən yüksək səviyyədə olduğunu, hökumətin bütün xalqların, etnik azlıqların hüquqlarına hörmətlə yanaşdığını, onların tarixi və mədəni irsinin öyrənilməsinə, qorunub saxlanılmasına xüsusi önəm verdiyini göstərir.
Bu gün dünyada ciddi proseslər gedir. Müasir dövrdə qarşıda duran əsas vəzifə bu zəngin irsi daha dərindən öyrənmək, qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Bu, hər bir Azərbaycan vətəndaşının üzərinə düşən tarixi məsuliyyətdir.
Qeyd olunanlara istinad edərək deyə bilərik ki, tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir. Azərbaycan xalqı özünün tolerantlıq ənənələrini bundan sonra da qoruyub saxlayaraq gələcək nəsillərə çatdıracaq və bu ənənənin zəiflədilməsinə yönələn bütün cəhdlərin qarşısını qətiyyətlə alacaqdır.
Sonda qeyd edək ki, bu gün Azərbaycan tarixinin ən şərəfli və qürurlu günlərindən birini yaşayır. Son 200 ildə ilk dəfə olaraq Azərbaycan xalqı itirilmiş torpaqlarını geri qaytardı. Bu zəfərin əsas qəhrəmanı və memarı Prezident İlham Əliyevdir. Onu da qeyd edək ki, düşmən işğal etdiyi bütün ərazilərdə dini ibadət ocaqlarımızı dağıdıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan qısa müddətdə bütün ibadət ocaqlarını təmir və bərpa edəcək, vətəndaşlarımız orada ibadətlərini sərbəst yerinə yetirə biləcəklər. Artıq prosesə başlanılıb".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1879   Tarix: 26 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021