İki maştağalının qanlı davası: "Hamıya deyərik, məni at vurub, qorxma..." - Təfərrüat

İki maştağalının qanlı davası: "Hamıya deyərik, məni at vurub, qorxma..." - TəfərrüatBakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Adəm Quliyev 1975-ci il təvəllüdlü Natiq Nəcəfovu öldürüb.

Hadisə bu il aprelin 2-də rayonun Maştağa qəsəbəsində baş verib.

Qəsəbə sakini Natiq Nəcəfovun xəsarət alması və həmin gün saat 15 radələrində xəstəxanada ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, Natiqi şəxsi münasibətlər zəminində mübahisə zamanı onunla eyni qəsəbədə yaşayan Adəm Quliyev öldürüb.

Adəmin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Adəm elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Natiqə sadəcə xəsarət yetirmək istəyib, onu öldürmək niyyəti olmayıb.

Adəmin sözlərinə görə, Natiqi təxminən 2-3 ildir tanıyıb: "Natiq mənim tərəvəz əkdiyim torpaq sahəsinin yaxınlığında qoyun-quzu otarırdı. Mən şüyüd, turp, keşniş əkib becərir, onu bazarda sataraq ailəmi dolandırırdım. Tərəvəz əkdiyim torpaq sahəsinin yaxınlığında Natiqin də yonca sahəsi vardı.

Təxminən hadisədən 10 gün əvvəl Natiq qoyun sürüsünü tərəvəz əkdiyim torpaq sahəsinə buraxmışdı. Nəticədə 100-200 manat arası ziyana düşdüm".

Adəm qeyd edib ki, səhərisi gün saat 12 radələrində Natiqi görüb: "Ona iradımı bildirdim. Kobud şəkildə dedi ki, qiyməti nədirsə, denən verim. Bildirdim ki, söhbət puldan getmir, gərək qoyun sürüsünü oraya buraxmazdın. Həmin hadisədən sonra Natiqlə münasibətlərimiz pisləşdi.

Hadisədən 1 gün əvvəl Natiq zəng etdi, "sabah bıçaqla gəl çölə söhbətimizi həll edək" dedi. Mən də tərəvəz əkdiyim torpaq sahəsinə getdim. Saat 18 radələri idi. Natiqi orada gördüm. Oraya istifadəmdə olan "QAZ 3129" markalı avtomobilimdə getmişdim. Çatıb avtomobildən endim.

Natiq mənimlə yüksək səslə danışdı. Mən də ona "bu söhbət ayıbdır, bitirək bu məsələni" dedim. Lakin Natiq mübahisəyə davam etdi. Mənim pis tərəvəz satdığımı, onsuz da söyüş yiyəsi olduğumu bildirdi. Bundan sonra avtomobilimə əyləşdim, yaşadığım evə getdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 2-də səhər yuxudan oyanıb və tərəvəz əkdiyi sahəyə gedib: "Evdən bıçaq da götürdüm, gödəkcəmin sağ yan cibinə qoydum. Avtomobildən düşüb tərəvəz biçməyə hazırlaşdım. Bu zaman gördüm ki, Natiq piyada gəzə-gəzə mənim olduğum tərəfə gəlir. Yenə mübahisə yaranacağını bildim. Natiq yenə bildirdi ki, qoyunlarını mənim sahəmdə otaracaq, görüm kim mənə nə edə bilər, oğlan istəyirəm ki, məni vursun.

Natiqə bütün bu mübahisələrin lazım olmadığını dedim, məsələni bağlamağı məsləhət bildim. O isə "lazım gəlsə səni də vuraram" dedi. "Məni vuran oğlan anasından olmayıb" deyə cavab verdim.

Natiq torpağımda qoyun otaracağını və mənim ona heç nə edə bilməyəcəyimi dedi. Bu söhbətlərdən bezdim. Natiqin yaxasından tutaraq itələşməyə başladım. O da gödəkçəmin yaxasından tutdu. Bu zaman gödəkçəmin sağ yan cibində olan bıçağı çıxardım və Natiqin sağ ayağından 1 dəfə vurdum. Aşağı əyiləndə ikinci dəfə onun boğazından xəsarət yetirdim.

Natiqin boğazından xəsarət aldığını gördükdə qorxdum. Dərhal avtomobilimi işə saldım, Natiqi avtomobilinin arxasında əyləşdirdim. Sürətlə sürərək onu xəstəxanaya çatdırmaq istədim. Lakin yolda avtomobilinin sol arxa təkəri boşaldı. Bundan sonra maşını Maştağa qəsəbəsinə, yaşadığım küçəyə sürdüm. Natiq yolda özündə idi, mənə dedi ki, hər kəsə məni at vurduğunu deyərik, sənə də problem yaranmaz, səhhətimdə ciddi bir şey yoxdur. Mən də razılaşdım.

Natiq bildirirdi ki, maşını asta sür, mənə heç nə olmayacaq, bir balaca boğazım kəsilib. Mən isə Natiqə sağalacağını bildirdim. Lakin Natiqin üzü şişmişdi, nəfəsi kəsilmişdu, təngnəfəs olurdu".

Adəmin sözlərinə görə, maşını İlham adlı şəxsin meyvə-tərəvəz satdığı yerin önündə saxlayıb: "Avtomobildən enərək kömək istədim. Natiqin təcili xəstəxanaya getməli olduğunu bildirdim. Natiqin qohumu kimi tanıdığım Talıbın dəmirçi işlədiyi yerə doğru getdim. Natiqi at vurduğunu və təcili xəstəxanaya aparılmalı olduğunu bildirdim.

Avtomobilimin təkəri yararsız hala düşdüyünə görə hərəkət edə bilmədi. Talib və onun yanında işləyən Mustafa adlı şəxs Natiqi xəstəxanaya apardılar. Bundan sonra meyvə-tərəvəz satıcısı İlhamdan mobil telefonunu istədim. Qardaşım Hikmətə və hamının Həcihüseyn adı ilə çağırdığı əmim oğluna zəng etdim. Onlara Natiqin vəziyyətinin pis olduğunu və xəstəxanaya getməli olduqlarını bildirdim. Hadisənin şokunda idim və yaşadığım evə doğru getdim. Bir neçə saat sonra qohumum Həcihüseyn və qardaşım Hikmət yaşadığım evə gəldi. Həcihüseyn Natiqin xəstəxanada öldüyünü dedi".

Adəm bildirib ki, bundan sonra 14-cü polis bölməsinə gedib və təslim olub. O, deyib ki, Natiqə xəsarət yetirdiyi bıçağı da bölməyə təqdim edib.

Adəm 9 il müddətinə azadlıqdan məhrum edilib./Teleqraf


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2071   Tarix: 01 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

60 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Salyan rayonunda bu il yanvarın 31-dən itkin düşən şəxsin meyiti aşkar edilib. "Qafqazinfo"nun məlumatına görə, meyit Salyan-Neftçala yolu yaxınlığında, rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən kollektordan tapılıb. İlkin araşdırma nəticəsində meyitin Salyan şəhər sakini, 85 yaşlı Rafae

1 aprel
.

Dəhşətli cinayət: Ana torpağa basdırılmış, oğlu güllələnmiş halda tapıldı

Hatayın İskenderun rayonunda baş verən dəhşətli hadisə nəticəsində ana və oğlu ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, sözügedən ərazidə heyvan otaran çoban torpaq üzərində meyit aşkar edərək vəziyyət barədə jandarmaya məlumat verib. Hadisə yerinə cəlb olunan əməkdaşlar tərəfində

16 aprel
.

Ağcabədidə əmioğulları qətlə yetirildi - Foto - Yenilənib

Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib. Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdl

27 aprel
.

Həmin 15 yaşlı məktəbli saxlanıldı

Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfl

21 aprel
.

Masazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib

Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfində

11 aprel
.

Gəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI

Gəncədə məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub. Bu barədə -ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, aprelin 29-da Gəncə şəhər 9 nömrəli məktəbin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb:. "Mübahis

30 aprel
.

Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər - T.Bədəlov, P.Qurbanov, S.Xəlilov və K.Fətəliyev saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, bu haqda DİN məlumat yayıb. Araşdırmalarla məlum olub ki, onla

11 may
.

Anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI

67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, "Gülçülük sovxozu" ərazisində baş verib

12 may
.

"Namus məsələsidirsə, qızımı öldürəndən sonra kartı niyə götürüb?"

İyunun 1-də paytaxtın Ramana qəsəbəsində 31 yaşlı Gülüzar Məmmədovanın qayınatası Adıgözəl Məmmədov tərəfindən qətlə yetirilməsi geniş müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, mərhumun ailə üzvləri hadisənin təfərrüatlarını danışıb. G.Məmmədovanın atası Tapdıq Şükürov "Dialo

4 iyun