Azərbaycanda vəzifəli şəxsi öldürənlərlə bağlı YENİ XƏBƏR - İkisi tutulub, biri isə... - VİDEO
Yevlaxda həkimi qətlə yetirməkdə şübhəli bilinən 3 nəfərdən ikisi saxlanılıb.
BAKU.WS xəbər verir ki, digəri isə qaçaraq gizlənib.
Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri, 65 yaşlı Bəyaz Cabbarov yanvarın 10-u axşam saatlarında yaşadığı evdə qətlə yetirilib. Onun üzərində 20-dən artıq bıçaq xəsarətləri olub.
Həkimi öldürən şəxslər qonşulardan birinin müşahidə kamerasına düşüblər. Görüntülərdə 3 nəfər qeydə alınıb. Həmin şəxslərin üzündə maska, birinin əlində isə bıçaq olub.
Onlar qətli törətdikdən sonra əyinlərindəki qanlı paltarları və ayaq geyimlərini ərazidən keçən dəmiryolu xəttinin kənarına atıblar.
***08:00
Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovu öldürməkdə şübhəli bilinən şəxslərin videogörüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, həmin şəxslər tululublar.
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin isti izlərlə açılması təmin edilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib ki, yanvarın 10-da saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 928 Tarix: 13 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həccə qeydiyyat başa çatır - Kvotada boş qalan yerlər
Həcc ziyarəti üzrə kvotanın 83 faizdən çoxu tamamlanıb. Sonxeber.azTrend-ə istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. O bildirib ki, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq
2 martMartın 3-də ilin ilk Ay tutulması olacaq
Martın 3-də ilin ilk Ay tutulması baş verəcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından "Report"a verilən məlumata görə, bu, tam Ay tutulması olacaq. Qeyd olunub ki, Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq. Bu hadis
1 martBDU tələbələrinin nalayiq formada paylaşılması davam edir - Foto
Ötən həftə sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrinin fotolarının montaj və süni intellektlə dəyişdirilərək nalayiq formada paylaşılması ilə bağlı bir nəfər tutulsa da, bu əməllər davam edir. "Qafqazinfo" xəbər verir ki, bu dəfə naməlum şəxs və ya şəxslə
2 martŞahbuza yarım metrdən çox qar yağdı
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə qar yağır. Qarın hündürlüyü Şahbuzda 37, Kişçayda (Şəki) 33, Əlibəydə (Zaqatala) 25, Xınalıq, Qrızda 24, Daşkəsəndə 22
2 martNaxçıvanda maşınla vurulan gənc qız öldü
Naxçıvanda ağır yol qəzasında xəsarət alan gənc qız vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, bir neçə gün əvvəl baş verən qəzada xəsarətlər alan Ordubad rayon sakini Gülsüm Quliyeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Faktl
2 martXaricdə yaşayan azərbaycanlıların DİQQƏTİNƏ
"Diasporla İş üzrə Dövlət Komitəsi bölgədə yaranmış mövcud vəziyyətlə əlaqədar ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri ilə sıx və koordinasiyalı əməkdaşlıq çərçivəsində hərəkət edərək lazım olan addımları atır və bu istiqamətdə fəaliyyətini gücləndirib". xəbər verir ki, bu barədə Komit
1 mart