Gecə qadını qamışlığa apardı: "Yalvardım, məhəl qoymadı..." - Şok təfərrüat

Gecə qadını qamışlığa apardı: "Yalvardım, məhəl qoymadı..." - Şok təfərrüatBakıda 1990-cı il təvəllüdlü Sərxan Naziləyə (adlar şərti verilib - red.) təcavüz edib.

Sonxeber.az Teleqraf.com-a istinadən bildirir ki, Sərxan "Nizami" metrostansiyasının yaxınlığında yerləşən avtobus dayanacaqlarının birində əvvəllər tanımadığı yüngül həyat tərzi keçirən Naziləyə yaxınlaşıb. 30 manat müqabilində cinsi əlaqədə olmaqla bağlı ona yalan vəd verib və onu öz yaşadığı evə dəvət edib.

Razılıq əldə etdikdən sonra Naziləni özünə məxsus "Opel Astra" markalı avtomobillə Ramana qəsəbəsinə gətirib. Dalanların birindəki kimsəsiz yerdə Nazilənin üzərinə hücum edib. Onun sifət nahiyəsinə yumruq və təpik zərbələri vurub.

Daha sonra Sərxan Naziləni yerə yıxaraq soyundurub. Zorla onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddəsi ilə ittiham elan edilib.

"Məqsədim ziyarət etmək idi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, evlidir, üç övladı var: "Əvvəllər müxtəlif restoranlarda günəmuzd olaraq "fırınçı" (aşpaz) kimi fəaliyyət göstərmişəm.

Nizami küçəsindəki "1 Dönər" kafesində Roman adlı tanışımı əvəz etmək üçün işlədim. Həmin gün təxminən saat 21 radələrində işdən çıxdım. Əvvəllər kirayədə qaldığım "Sovetski" adlanan əraziyə getdim. Məqsədim kirayədə qaldığım ev sahibini ziyarət etmək idi. Ev sahibiylə bir müddət söhbət etdikdən sonra təxminən saat 23 radələrində oradan çıxdım".

"Görüşə biləcəyini dedi"

Sərxanın sözlərinə görə, "Nizami" metrosundan "20 Yanvar" metrosuna gedən istiqamətdə dayanacaqların birində avtomobili saxlayıb: "Yaxınlıqda dükanların birindən "Bizon" enerji içkisi alıb içməyə başladım. Saat təxminən gecə 2 olardı.

Həmin yerdə dayanacaqların birində əvvəllər tanımadığım bir xanımın əyləşdiyini gördüm. Avtomobildən enib dayanacağa yaxınlaşdım, qadınla söhbət etməyə başladım. Bir qədər danışdıqdan sonra pul qarşılığında görüşüb-görüşmədiyini soruşdum. Qadın da görüşə biləcəyini dedi".

Sərxan qeyd edib ki, ondan hansı məbləğdə pul verməli olduğunu soruşub: "Qadın 40 manata cinsi əlaqədə ola biləcəyini dedi. Mən isə 30 manat pul verə biləcəyimi dedim. Sonra razılaşdıq.

İlkin razılaşmaya əsasən qadın mənimlə Ramana qəsəbəsi, Gülçülük massivində əvvəllər tikdirdiyim, lakin ünvanı və yaşayışı olmayan fərdi yaşayış evinə gedəcəyini bildirdi. Cinsi əlaqədə olduqdan sonra gecə orada qalacağını, növbəti gün isə onu götürdüyüm dayanacağa yola salacağımı dedim".

"5 manat verdim"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, avtomobillə birgə yola düşüblər: "Ramana qəsəbəsi istiqamətində hərəkətə başladıq. Zabrat qəsəbəsində "Rahat" marketin qarşısına çatanda adının Nazilə olduğunu sonradan bildiyim qadın məndən 5 manat istədi. Dükandan bir-iki şey alacağını, həmin 5 manatı 30 manatdan çıxa biləcəyimi dedi. Mən də ona 5 manat pul verdim".

Sərxan deyib ki, bundan sonra qadın avtomobildən düşüb və marketə gedib: "Əlində çipsi, çörək və başqa qida məhsullarıyla geri qayıtdı. Biz yenidən Ramana qəsəbəsi istiqamətində hərəkətə davam etdik.

Yolda Nazilə gecəni qala bilməyəcəyini, 1 dəfə cinsi əlaqədə olduqdan sonra evə gedəcəyini bildirdi. Mən də onunla razılaşdım. Ramana qəsəbəsində Gülçülük massivinə bir neçə məhəllə qalmış avtomobili saxladım və yolların pis olduğu üçün piyada getməyi təklif etdim.

Evlə avtomobil arasında məsafə təxmini 500 metr olardı. Piyada gedərkən Nazilə məndən verəcəyim pulu istədi. Mən də üzərimdəki 50 manata xırda olmadığını bildirdim. Nazilə pulu özü xırdalayıb qalığı qaytaracağını söylədi".

"Məni söyməyə başladı"

Sərxan bildirib ki, 50 manatı Naziləyə verib: "Bir müddət piyada getdikdən sonra Nazilədən 25 manatı geri istədim. O da pulu cinsi əlaqədən sonra verəcəyini söylədi. Bir az piyada getdikdən sonra o, çox uzun məsafə getməyimizdən şikayətləndi. Məni söyməyə, nalayiq ifadələr işlətməyə başladı.

Nazilə geri qayıtmaq istədi, mənimlə getmək istəmədiyini dedi. Mən də pulumu geri qaytarmasını, sonra hara istəyirsə gedə biləcəyini söylədim. Nazilə mənə avtomobilə əyləşdiyi dayanacağa aparmağımı, pulu orada qaytaracağını bildirdi".

"Qamışlığa apardım"

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra əsəbiləşib və qamışlıq olan ərazidə onun üz, baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə vurub: "Nazilə zərbənin təsirindən yerə yıxıldı. Onun yerə yıxılmasından istifadə edib üstünə uzandım. Təbii yolla təxminən 10-15 dəqiqə cinsi əlaqədə olduq.

Bundan sonra yerdən qalxdıq. Naziləni həmin ərazidən aparaq məhəllələrin birinə ötürdüm. Onu vurduqda əli-ayağı əsdi. Mən də özümü itirdim.

Avtomobilimi saxladığım yerə gəldim. Maşınla evimə getdim".

"Müalicə almışam"

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nazilənin sözlərinə görə, Xəzər rayonununda nömrəsiz evdə valideynləri ilə yaşayıb: "Müxtəlif vaxtlarda və yerlərdə ofisiant kimi, marketlərdə satıcı kimi işləmişəm. Lakin hazırda işsizəm".

Zərərçəkmiş qeyd edib ki, 2018-ci ildə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də, istintaq zamanı bəraət alıb: "Məndə narkoloji asılılıq olub. Əvvəllər narkotik qəbul etsəm də, hazırda qəbul etmirəm. Vərəm və psixoloji xəstəliklərdən əziyyət çəkdiyim üçün 2021-ci ilin oktyabr-noyabr, 2022-ci ilin mart-aprel aylarında Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə almışam".

Zərərçəkmiş qeyd edib ki, evə buraxıldıqdan təxminən bir həftə sonra söz-söhbət olduğu üçün evdə yaşamaq istəməyib və evdən qaçıb: "Nəsimi rayon ərazisində Kubinka adlanan yerdə gündəlik kirayə otaq tutaraq orada yaşamağa başladım. Maddi çətinliklərim olduğu üçün öz istəyimlə pul müqabilində cinsi əlaqəyə girmişəm".

"Gecəni 40 manata keçirəcəyimə razılıq verdim"

Nazilə deyib ki, gecə saat 00.00-da "Nizami" metrostansiyasının yaxınlığında Qubanov küçəsində avtobus dayanacaqların birində əyləşib: "Təxminən saat 1 radələrində Sərxan adında şəxs mənə yaxınlaşaraq söhbət etməyə başladı. Məndən pulla görüşüb-görüşmədiyimi soruşdu. Həmin gecəni 40 manat müqabilində keçirəcəyimə razılıq verdim. Amma o, üzərində 30 manat olduğunu bildirdi, məni 30 manata razı saldı.

Sərxandan harada qalacağımızı soruşdum. Ramana qəsəbəsində evi olduğunu, oraya gedəcəyimizi söylədi. Razılığlmıza əsasən səhər saat 7 radələrində məni kirayə yaşadığım ünvana geri gaytaracağına vəd verdi".

"Dedi ki, qonşular görməsin"

Nazilə deyib ki, Sərxandan nə ilə gedəcəklərini soruşub: "Dayanacağın yaxınlığında saxladığı və idarə etdiyi avtomobili göstərdi. Avtomobilin ön sərnişin oturacağına əyləşdim və yola düşdük. Yolda gedəndə heç nə danışmadı. Mən də həmin zamandan ondan şübhələnməyə başladım.

Sabunçu-Zabrat yolunda olarkən Sərxandan marketdə saxlamağını və ac olduğumdan atışdırmağa bir şey almaq istədiyimi bildirdim. Üzərimdə pul olmadığı üçün Sərxandan mənə çatası 30 manatdan 5 manat verməsini istədim. 5 manatı alıb marketə girdim. Şirniyyat alaraq geri döndüm. Yolda hər hansı bir mübahisəmiz olmadı.

Ramana qəsəbəsində sonuncu dayanacağı keçdikdən sonra həmin ərazini tanımadığım üçün dəqiq istiqaməti itirdim. Sərxan ara məhəllələrin birində maşını saxladı, bir az piyada getməli olduğumuzu söylədi. Dedi ki, yollar avtomobil üçün əlverişli deyil, həm də qonşular görməsin".

"Yarımtikiliyə baxmağa başladı"

Nazilənin sözlərinə görə, təxminən 10-15 dəqiqə piyada getdikdən sonra yorulub, təngənəfəs olub: "Sərxana bildirdim ki, uşaqlıq illərindən asma xəstəliyindən əziyyət çəkirəm. Sərxan isə məsafənin az qaldığını və qısa müddətə çatacağımızı dedi.

Təxminən 600-700 metr piyada getdikdən sonra Sərxan yarımtikili evlərin birinin yanında dayanaraq evə baxmağa başladı. Ondan nəyə baxdığını soruşdum. Evin adını bildirmədiyi əmisi oğluna məxsus olduğunu, orada yaşayış olmasaydı, mənimlə birlikdə qalacağını, lakin qohumlarının evdə olduğunu söylədi, sonra yola davam etdi.

Sərxan getdiyimiz yerləri tanıtdı, dedi ki, burda əvvəl onun evi olub, sonra bələdiyyə əlindən alıb".

"Bildirdim ki, burada adam öldürsən, heç kəs xəbər tutmaz"

Zərərçəkmiş qeyd edib ki, Sərxanın hərəkətlərindən şübhələnməyə başlayıb: "Təxminən 20 dəqiqə piyada getdik. Amma evə çatmadıq. Sərxan uzaqlıqda bir ev göstərək 200-300 metr məsafə qaldığını söylədi. Bu zaman əsəbləşərək siqaret yandırdım. Sərxandan həmin yerdən kirayə yaşadığım evə taksinin neçəyə aparacağını soruşdum. Sərxan isə təxminən 15 manat pul tutacağını söylədi.

Artıq yorulduğumu gördüm və Sərxana gecəni onunla qala bilməyəcəyimi dedim. Ona mənə verəcəyi pulla geri qayıdacağımı bildirdim.

Sərxan məni qabağa ötürərək arxamca gəldi. Hərəkətlərindən şübhələndiyim üçün mən onun arxasına düşdüm. Bu zaman o, ətrafa boylanaraq kənar şəxslərin olub-olmadığına nəzər saldı. Bildirdim ki, burada adam öldürsən, heç kəs xəbər tutmaz.

Bu sözümdən sonra təxminən bir neçə metr addımladıq. Sərxan qəflətən arxaya tərəf dönərək sağ əli ilə sifətimin sol nahiyəsinə birinci, ardınca sol ayağı ilə sifətimin sağ nahiyəsinə ikinci zərbəni vurdu".

"Yalvarmağa başladım ki..."

Nazilənin ifadəsinə görə, bundan sonra müvazinətini itirərək yerə yıxılıb: "Qalxmağa cəhd etsəm də, Sərxan sağ ayağı ilə sinə nahiyəmə zərbə endirdi, məni söyməyə başladı. Ona niyə məni vurduğunu, pula görə belə bir hərəkət etməməyi, ciyərlərimi zədələdiyini söylədim. Yalvararaq əl saxlamağı xahiş etdim. Lakin Sərxan sözlərimə əhəmiyyət vermədi. Arxa-arxaya sürünərək uzaqlaşmaq istədim. Amma qabırğalarımda ağrılar olduğu üçün gedə bilmədim.

Sərxana yenidən yalvarmağa başladım ki, məni vurmasın. Yerdə olan zaman məni döndərdi və əynimdəki şalvarı dartaraq çıxartmağa cəhd etdi. Lakin şalvarın ipi bağlı olduğu üçün çıxara bilmədi. Məni yenidən öz tərəfinə fırlatdı ki, şalvarımı aça bilsin. Sərxanın boynundan yapışaraq sarıldım və yalvarmağa başladım.

Sərxan məni özündən itələyərək yerə uzatdı. Sağ əli ilə isə şalvarımın ipini açmağa çalışdı. Cəhdləri uğursuz alındığı üçün hirsləndi. Sağ əli ilə saçlarımdan tutaraq sol əli ilə baş nahiyəmə zərbələr endirdi. Şalvarımı çıxartmağımı əmr etdi".

Nazilə qeyd edib ki, Sərxanın əl çəkməyəcəyini görüb: "Yenidən qalxmağa cəhd etsəm də, məni itələdi. Minet etməyimi istədi. Buna etiraz elədim, məni öldürsə də, minet etməyəcəyimi söylədim. Bu sözlərimdən sonra sakitləşdi. Mənə qeyri-təbii yolla cinsi əlaqəyə girmək istədiyini bildirsə də, imtina elədim. Ona "Hepatit" və digər xəstəliklərdən əziyyət çəkdiyimi bildirdim, qoruyucu ilə olmasını istədim. Lakin sözlərimə məhəl qoymadı".

"Məni görmədiyini, tanımadığını söylədi"

Zərərçəkmiş qeyd edib ki, cinsi akt bitdikdən sonra qalxaraq geyinib: "Sərxana həmin yerdən məni aparmağını xahiş etdim. O, yenidən üzərimə gələrək məni itələdi, şillə ilə üz nahiyəmə vurdu. Taqətim kəsildi, yerə yıxıldım. Sərxan məni görmədiyini, tanımadığını söyləyərək hadisə yerindən qaçdı.

Birtəhər özümdə güc topladım, ayağa qalxaraq əsas yola çıxmaq üçün yol axtarmağa başladım. Təxminən 200-300 metr getdikdən sonra tanımadığım evlərin birinin qarşısında dayandım, kömək üçün qışqırmağa başladım. Evlərdən birindən adını bilmədiyim və hazırda xatırlamadığım 30-35 yaşlarında özünü Xəyalə kimi təqdim edən qadın çıxdı.

Halımı gördü, məni evə dəvət etdi. Mənə ilkin tibbi yardım göstərdi. Həmin qadına hadisəni qısaca danışdıqdan sonra mənim üçün taksi çağırdı. Xəyalə vəziyyətimin ağır olduğunu gördü, taksidə mənimlə birlikdə kirayə qaldığım evə gəldi".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Sərxan 7 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4619   Tarix: 15 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil

27 mart
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel
.

Qətldə şübhəli bilinən şəxs tutuldu

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun qətlə yetirilməsi ilə bağlı açılmış cinayət işi ilə bağlı 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılıb. O, istintaqa təhvil verilib. Qey

11 mart
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel