"Rent a Car"dan icarəyə maşın götürdü, fındıq oğurladı - Həbsxanaya getdi
"Rent a Car" şirkətindən icarəyə götürdüyü "Chevrolet Cruze" markalı avtomobillə xalasının qonşusunun evindən fındıq oğurlayan şəxslə bağlı məhkəmə qərar verib.
Qaynarinfo-nun məlumatına görə, 2000-ci ildə Balakən rayonu, Qazma kəndində anadan olan Zabil (şərti) həyat yoldaşı və uşaqları ilə birlikdə 2018-ci ildən Bakıda yaşayıb və burada çalışıb. O, "Rent a Car" şirkətindən "Chevrolet Cruze" markalı avtomobil icarəyə götürərək, həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə doğulduğu Qazma kəndində yaşayan nənəsini və əmisi ziyarətə gedib.
O, rayonda xalası Rənaya da baş çəkmək istəyib və hər şey bundan sonra başlayıb. Belə ki, xalasıgilə gəldikdən sonra qonşu həyətin qapısında qıfıl olduğunu görüb, həmin evdə heç kimin olmadığını başa düşüb və oradan oğurluq etmək qərarına gəlib. Evin mətbəxinin pəncərəsindən içəri daxil olarkən yerə sərilmiş vəziyyətdə fındıq olduğunu görüb. O, fındığı 3 sintetik kisəyə doldurub, mətbəxdə gördüyü "Samsung S4" markalı telefonu və üzərində dollar şəkli olan kassanı (içərisində 20 manatdan çox qəpiklər olub) götürüb.
Zabil oğurladığı fındığı icarəyə götürdüyü avtomobilə yükləyib və Balakən şəhər bazarına yollanıb. Bazarda 150 kq olan fındığı satıb. Daha sonra ərazidəki yanacaqdoldurma məntəqəsində evdən oğurladığı qəpiklərlə maşına benzin vurub. "Samsung S4" markalı telefonu isə Bakı şəhərinə çatdıqdan iki gün sonra "Neftçilər" metrostansiyasının yanındakı telefon mağazalarının birinə 25 manat pula satıb.
Məhkəmə onunla bağlı yanvarın 11-də qərar verib. Qərara əsasən, təqsirləndirilən şəxs 1 il 5 ay 26 gün müddətin azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1729 Tarix: 21 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqustAta qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu
18 sentyabrŞəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib
Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə
20 avqust4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu
Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind
12 avqustAzərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs
14 sentyabrƏrini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
Ərini öldürməkdə ittiham olunan Elmira Əliyevanın məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası qənaətə gəlib ki, xanım müttəhimə verilmiş ittiham təsdiqin
11 sentyabrToydan gələrkən qəzaya düşdü - Fotolar
Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl
4 sentyabrİş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi
Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla
13 avqustQohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml
12 sentyabr