Hibrid avtomobillərin ƏDV-dən azad edilməsi nəticə verəcəkmi?
İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən (2.5 litr) çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il ƏDV-dən azad edilib. Yəni 2026-cı il, yanvarın 1-nə qədər belə avtomobillər üçün ƏDV ödənilməyəcək.
Bununla bağlı ilk qərar 2020-ci ildə qəbul edilmişdi. Yeni dəyişikliklə bu müddət 3 il daha uzadılıb. Mütəxəssislərin fikrincə, Vergi Məcəlləsinə edilən bu dəyişiklik ölkədə avtomobil parkının yenilənməsi ilə yanaşı ekoloji təmiz avtomobillərin satışına motivasiyanı artırmağa hesablanıb.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bizimyol.info xəbər portalına açqlamasında bildrib ki, ölkədə, xüsusilə Bakı şəhərində istismar müddəti bitmək üzərə olan kifayət qədər avtomobil var. "Başlıca problem budur ki, istismar müddəti bitmək üzrə olan avtomobillər ekologiyaya zərər vurur. Yanacağı çox istifadə edir, mühərrikin iş əmsalı azalır, ehtiyat hissələrinin keyfiyyəti aşağı olur. Avtomobillərin yenilənməsi üçün hibrid avtomobilərin ƏDV-dən azad edilməsi çox vacibdir",- deyən ekspert bildirib ki, indi vətəndaşlar hibrid avtomobilləri daha çox gündəlik istifadə üçün ölkəyə gətirirlər.
Hibrid avtomobillər həm də taksi fəaliyyəti üçün istifadə mqəsədilə də gətirilə bilər. Bəs ümumiyyətlə hibrid avtomobil nədir?
Hibrid avtomobil benzin və elektrik mühərrikinin birləşməsi ilə hərəkət edir. Bu avtomobilin işləməsi mahiyyət etibarı ilə daxili yanma mühərrikini başqa elektriklə işləyən mühərriklə tamamlamaq prinsipinə əsaslanır. Müvafiq olaraq, elektrik mühərriki daxili yanma mühərrikinə paralel və ya ardıcıl olaraq birləşdirilir.
Hibrid mühərrik adətən avtomobil işə salındığı zaman istifadə edilir. Müəyyən bir sürəti aşdıqda, vəzifəsini benzin mühərrikinə köçürür. Bu gün bir çox insan hibrid mühərriklərin doldurulmasının lazım olduğunu düşünür.
Hazırda hibrid avtomobillərin təkrar doldurulan versiyaları olsa da, yeni istifadəyə verilən hibrid modellərin ümumiyyətlə doldurulmasına ehtiyac yoxdur. O, regenerativ əyləc texnologiyası sayəsində batareyalarını əyləc zamanı yaranan enerji ilə doldurur. Nəticədə hibrid texnologiyaya malik avtomobildə akkumulyatorun tükənməsi mümkün deyil.
Yəni nə qədər ki, benzin var, avtomobil hərəkət etməyə davam edir. Çox zaman belə hesab edilir ki, hibrid avtomobillər yanacaq qənaətinə diqqət yetirdiyi üçün onların performansı aşağı olur. Halbuki vəziyyət əslində əksinədir. Hibrid avtomobillər üstün performansını qoruyarkən yanacaq səmərəliliyi təmin edir. Tıxacda, şəhərdə qısa məsafədə sürmə zamanı yüksək sürətə ehtiyac yoxdur və yanacaq sərfiyyatı kifayət qədər yüksək olur. Hibrid avtomobillər belə vəziyyətlərdə maksimum yanacaq səmərəliliyini təmin edir./Bizimyol.info
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə 10 il müddətinə GÜZƏŞT tətbiq ediləcək - AÇIQLAMA
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində müxtəlif iqtisadi təşviq mexanizmləri tətbiq olunur. Sahibkarlara vergi və gömrük güzəştlərinin verilməsi həmin ərazilərdə biznes fəaliyyətinin xərclərinin azalmasına və yeni layihələrin həyata keçirilməsin
29 sentyabrNaxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili
17 sentyabrAzərbaycanın bank sektorunun aktivləri 12 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 62 milyard 475,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 12,2 % çoxdur. Bankların aktivlərinin 30 milyard 841,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlə
25 sentyabrAzərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə
1 oktyabrBrent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabrMegaSec ADEX 2026 sərgisində ilk dəfə iştirak edəcək-VİDEO
MegaSec MMC ilk dəfə ADEX 2026 beynəlxalq müdafiə sərgisində iştirak edəcək. xəbər verir ki, şirkətdən verilən məlumata görə, sərgi 30 sentyabr - 2 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. MegaSec sərginin 4-cü pavilyonunda yerləşən stendində müasir texnologiyalarını nümayi
30 sentyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrNaxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb
İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye
18 sentyabr