Azərbaycanda kişi qayınanasına təcavüz etdi

Azərbaycanda kişi qayınanasına təcavüz etdiQuba rayonunda qadına təcavüzdə ittiham olunan 1984-cü il təvəllüdlü Emin Mirzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az xəbər verir ki, Emin Mirzəliyev 3 iyul 2019-cu il tarixdə saat 15 radələrində işlədiyi Quba rayonu Rustov kəndində yerləşən "Qızılağac" kafesində pivə içib.

O, sərxoş vəziyyətə düşdükdən sonra əvvəllər də olduğu kimi evinə su aparmaq məqsədi ilə atasına məxsus "VAZ 2107" markalı avtomobillə qayınanası Səidə Babayevanın (ad və soyad şərti verilib – red.) yaşadığı Rustov kəndindəki evinə gedib. Emin Mirzəliyev Səidə Babayevanı evin mətbəxində gördükdə, onunla cinsi əlaqədə olmaq həvəsinə düşüb.

Lakin qayınanasının onunla könüllü cinsi əlaqədə olmayacağını bilib. Qayınanasına zor tətbiq etməklə cinsi əlaqədə olmaq niyyətilə ona yaxınlaşıb, onu arxadan qucaqlayıb.

Səidə Babayeva Emin Mirzəliyevin niyyətini başa düşdükdən sonra müdafiə olunmaq məqsədilə evin mətbəxindən qaçaraq digər otağa keçib, özünü otaqdakı pəncərədən həyətə atmaq istəyib.

Emin Mirzəliyev qayınanasının sağ qolundan tutub və zorakılıq göstərməklə onunla cinsi əlaqədə olub.

"Həyat yoldaşımı döymüşəm"

İstintaq orqanı tərəfindən Emin Mirzəliyevin barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin Mirzəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, ailəsi ilə Qubanın Rustov kəndində yaşayır: "Rəsmi olaraq heç bir yerdə işləməsəm də, həmin kənddə "Qızıl-ağac" adlı kafeni icarəyə götürüb işlətmişəm. 2006-cı ildə həmkədlim Səbinə ilə ailə qurmuşam, birgə nikahdan üç uşağımız var. Ailəmlə münasibətim həmişə yaxşı olsa da, tez-tez məişət zəminində mübahisələrimiz olub. Mübahisə zamanı həyat yoldaşımı döymüşəm".

Kreditlə adına telefon almağa razılaşmadı

Emin Mirzəliyevin sözlərinə görə, həyat yoldaşı heç vaxt onun barəsində şikayət etməyib, qısa zamanda barışıblar: "Həyat yoldaşımın valideynləri ilə münasibətim yaxşı olub. Həyat yoldaşımın anası Səidə qızının tərəfini saxladığına görə onunla da tez-tez mübahisə etmişəm. Heç vaxt küsülü qalmamışıq, qaynanam da məndən heç vaxt şikayətçi olmayıb".

Emin Mirzəliyev qeyd edib ki, iyulun 3-də özünün icarə ilə işlətdiyi kafedə olub: "Təxminən saat 14.20-də həyat yoldaşımın işlədiyi Rustov kənd tibbi məntəqəsindən götürüb evə apardım. Evə getdikdən sonra yoldaşım anasına zəng edərək onun adına kreditlə telefon almasını xahiş etdi. Lakin qayınanam adına kreditlə telefon almağa razı olmadı. Həyat yoldaşımdan telefonu aldım, onunla özüm danışdım. Qayınanam yenə də adına kreditlə telefon almağa razılaşmadı".

"Qayınanamla cinsi əlaqədə olmaq istədim"

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra yenidən işlədiyi kafeyə qayıdıb, 400 qramlıq 2 bakal pivə içdikdən sonra saat 15 radələrində atasına məxsus "Vaz 2107" markalı avtomobilə su çəlləklərini qoyaraq su gətirmək məqsədi ilə qayınanası Səidə Babayevanın Rustov kəndində yaşadığı evinə gedib:

"Qapının ağzında qayınanamı səslədim. Evdən cavab verərək içəri gəlməyimi istədi. Qayınanam mətbəxdə idi. Onu görən kimi qəflətən ehtirasım oyandığından qayınanamla cinsi əlaqədə olmaq istədim. Onun mənimlə cinsi əlaqədə olmayacağını bildiyimdən, bu barədə ona heç bir söz demədim. Evə daxil olaraq mətbəxdə onu qucaqladım.

Bu zaman qayınanam mənim əlimdən çıxaraq mətbəxdən sol tərəfdəki otağa qaçdı. Pəncərəni açmaq istəyəndə hər iki əlimlə sağ qolundan tutdum, dartaraq çarpayının üzərinə yıxdım".

Üstünə atıldı

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, qayınanası ucadan qışqıraraq ayağı ilə onun ayaqlarından, qarnından təpiklə vurub: "Lakin zorla qayınanamın donunun altından əlimi salaraq alt paltarını çıxardım. Qayınanam bir daha ayağı ilə mənə təpik vurdu və qışqırdı. Qayınanamın alt paltarını çıxardıqdan sonra əynimdəki şalvarı dizimə qədər çəkərək onun üzərinə atıldım.

Qayınanamın qollarından tutdum, sonra özümə sıxdım və zorla cinsi əlaqədə olmağa başladım. Qayınanam yerində çırpındı, qışqıraraq onu buraxmağımı istədi. Qolları əlimdən çıxdı və əli ilə mənim sifətimdən, belimdən vurmağa başladı. Təxminən 3 dəqiqə qayınanamla cinsi əlaqədə oldum".

Emin Mirzəliyev qeyd edib ki, qayınanası ilə cinsi əlaqədə olandan sonra işlətdiyi kafeyə gedib.

O, ifadəsinin sonunda əməlindən peşman olduğunu söyləyib.

"Qızımın ailəsinin dağılmasını istəməmişəm"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Babayeva bildirib ki, 1984-cü ildə həmkəndlisi Böyükkişi ilə ailə həyatı qurub, birgə nikahlarından iki övladları var: "Qızım Səbinə 2006-cı ildə həmkəndlimiz Emin Mirzəliyev ilə ailə qurub, birgə nikahdan üç uşaqları olub. Emin dəfələrlə qızımla mübahisə edib, mübahisə zamanı onları ayırmaq istəyəndə, mənə də əl qaldırıb.

Ərim Böyükkişi ilə birlikdə Eminə irad birdirsək də, o bizi də təhqir edib, iradlarımıza məhəl qoymayıb. Daim qızımla mübahisə etsə də, uşaqlarına görə ailənin dağılmasını istəməmişəm".

"Gözünü qan aldığını gördüm"

Zərərçəkmişin sözlərinə görə, 2 ildən çox kürəkəni Eminlə küsülü olub, məlum hadisədən 1 ay əvvəl barışıblar: "İyulun 3-də saat 15 radələrində qızım Səbinə zəng edərək adıma kreditə özünə telefon almaq istədiyini dedi. Bundan imtina etdikdə telefonu kürəkənim Emin götürdü. Mənə özü üçün deyil, qızıma telefon alacağını bildirdi. Eminə də adıma kreditlə telefon götürülməsindən imtina etdim.

Bundan 15-20 dəqiqə sonra Emin bizə gəldi. Həmin vaxt mətbəxdə idim. Onun uşaqları ilə gəldiyini düşündüm.

Emin mətbəxə girərək məni oğlumun yatdığı otağa tərəf itələdi və qapının ağzında məni qucaqladı. Məni qucaqlayanda niyyətinin pis oluğunu başa düşdüm. Əlindən çıxdım, özümü bağa atmaq üçün otaqdakı pəncərəyə tərəf qaçdım.

Özümü pəncərədən çölə atan zaman Emin arxamca gələrək məni tutdu, çarpayının üzərinə yıxdı. Eminin gözünü qan aldığını gördüm, qışqırmağa başladım. Əl ataraq alt paltarımı əynimdən çıxarmaq istədikdə, ayaqlarım ilə onun qarnına, ayaqlarına təpik atdım".

"Oğlunun məni zorladığını dedim"

Səidə Babayeva bildirib ki, qışqıraraq kürəkənindən ondan əl çəkməsini istəyib: "Ancaq gücüm çatmadığından Emin alt paltarımı əynimdən çıxardı, sonra əynindəki şalvarını aşağı çəkərək üstümə uzandı, qollarımı əli ilə tutdu və zorla mənimlə cinsi əlaqədə olmağa başladı. Qışqıraraq əlim ilə onun sifətinə, kürəyinə vurdum.

Lakin Emin məni buraxmayaraq təxminən 3-4 dəqiqə ərzində mənimlə cinsi əlaqədə oldu. Cinsi əlaqədə olandan sonra ayağa qalxaraq evdən qaçdı. Mən də ayağa qalxaraq ayaqlarımı yudum. Eminin atası Əliağaya zəng edərək, oğlunun məni zorladığını dedim. Əliağa mənə inanmadı".

Səidə Babayeva qeyd edib ki, iyulu 5-də hadisə barədə qızı Səbinəyə danışıb: "Qızım Eminə zəng edərək evə çağırdı və hadisədən xəbərdar olduğunu dedi. Emin yaxşı elədiyini söyləyib qızımı döydü. Bundan sonra qızım bizə gəldi. Daxili İşlər Nazirliyinin 102 məlumat mərkəzinə və Quba rayon polis şöbəsinə məlumat verdik. Kürəkənimin məni zorlaması barədə rayon prokurorluğuna ərizə yazdım".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Mirzəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilib, həbs qətimkan tədbiri seçilib.

Emin Mirzəliyev məhkəmə zalından həbs olunub. /Teleqraf.com


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 5518   Tarix: 22 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu

Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind

12 avqust
.

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Tanınmış iş adamı, "Mayak Cargo Transportation" şirkətinin rəhbəri Saleh Ağayevə cinayət işi açılıb. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, biznesmenə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittiham irəli sürülüb. Məlumata görə, Saleh Ağayev Masallıda baş verən davanın iştirakçıs

14 sentyabr
.

Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi

Ərini öldürməkdə ittiham olunan Elmira Əliyevanın məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası qənaətə gəlib ki, xanım müttəhimə verilmiş ittiham təsdiqin

11 sentyabr
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

İş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi

Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla

13 avqust
.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr