Azərbaycanda pensiyaçılara artıq ödənilmiş vəsait geri alınacaq?

Azərbaycanda pensiyaçılara artıq ödənilmiş vəsait geri alınacaq?Azərbaycanda pensiyaçılara 2020-ci ildən əvvəl verilən artıq ödənişlər geri istənilməyəcək.

Sonxeber.az "report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Əmək pensiyaları haqqında" qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklər əmək pensiyasına (əmək pensiyasına əlavəyə) görə artıq ödənilmiş məbləğin tutulması müddətinin məhdudlaşdırılması, bununla da son üç ildən əvvəlki dövrlə bağlı ödənişə amnistiyanın (güzəştin) tətbiq edilməsi məqsədi daşıyır.

Yəni artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur.

Yəni əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa, yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək.

Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur.

Qaydalara əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısından əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında yalnız aşağıdakı hallarda tutulur:

- rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;

- qəsdən təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;

- inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

Bundan başqa, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği həmin vəzifəli şəxsdən onun razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulur.

Eyni zamanda geri ödəniləcək vəsait hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz.

Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2646   Tarix: 23 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən var - ADLAR

Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib. -ın -a istinadən məlumatına görə, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb. O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib. Hadisə yerinə hüquq-mühafiz

30 aprel
.

Xəstəxanadakı partlayışda ağır yaralanan həkimin FOTOsu

Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzində bu gün partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib. xəbər verir ki, rentgen MRT zonasında mərkəzin həkim-radioloqu Asif Nəsirli ağır bədən xəsarətləri alıb. Müayinədə olan xəstə isə yerində vəfat edib. O, təcili olaraq xəstəxanaya hospitalizasiy

30 aprel
.

Müdirlər həmin işçilərə eyni maaşı verməli olacaq

Azərbaycanda maaşın ödənilməsi ilə bağlı yeni qayda müəyyən edilir. xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirə

1 may
.

Bu ərazidə qazlar kəsiləcək

Sumqayıt şəhərində 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. "Azəriqaz" İB Sumqayıt QİS-dən -a verilən məlumata görə, Sumqayıt şəhəri, "Beton zavod" ərazisində diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq

30 aprel
.

Metro və avtobuslarda əlavə gedişhaqqı çıxılması ilə bağlı - Rəsmi açıqlama

NFC ödənişlərində əlavə gedişhaqqı tutulması ilə bağlı "K Group" MMC (BakıKart), "Bakı Metropoliteni" QSC və "BakuBus" MMC birgə açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada qeyd olunub ki, NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarında

1 may
.

Hit.az 6 yaşında!

Bu gün Azərbaycan media məkanında özünəməxsus yeri olan saytının yarandığı gündür. 6 yaşını qeyd edən sayt 1 may 2020-ci il tarixindən etibarən Azərbaycanın media məkanında fəaliyyətə başlamış müstəqil informasiya platformasıdır. Yarandığı qısa müddət ərzində onlayn media sahəsində özünəxas yer tuta

1 may
.

Azərbaycan Avropa Parlamenti ilə əlaqələri dayandırdı

Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələrin dayandırılması ilə bağlı qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyəti ilə bağlı yaradılan Komissiyanın hazırladığı qəra

1 may
.

Keçmiş məhkəmə sədrindən Şok DƏLƏDUZLUQ: Vəzifəsindən istifadə edib sənədləri saxtalaşdıraraq restoranını icarəyə verib

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin keçmiş sədri, hazırda Vəkillər Kollegiyasının üzvü Məhəmməd Əkbərov vəzifəsindən sui-istifadə edərək Nizami Rayon Məhkəməsinə məxsus olan torpaqda restoran tikib, daha sonra isə sənədləri saxtalaşdıraraq icarəyə verib. Bunu -a müraciət edən zərərçəkmiş sahibkar məluma

1 may
.

İş yerində mobbinq insanın psixologiyasına necə təsir edir? - AÇIQLAMA

Müasir dövrdə insanların həyatının böyük hissəsi iş mühitində keçir. Bu səbəbdən iş yerindəki münasibətlər insanın həm psixoloji vəziyyətinə, həm də ümumi həyat keyfiyyətinə ciddi təsir göstərir. Son illərdə daha çox rast gəlinən problemlərdən biri də mobbinqdir. Yəni iş yerində əməkdaşa qarşı davaml

30 aprel