"Möhlət istərdim ki, qızın üçün bir şey edə bilim"

"Möhlət istərdim ki, qızın üçün bir şey edə bilim""Çox heyf, səndən heyf… Amma bu yazılmış yazı idi, buna pozu yox idi. Sən hər dəfə deyəndə ki, mən qızıma görə möhlət istəyirəm. Mən doğrudan da bir uşaq həvəsilə, elə bilirdim ki, nə qədər çox dua edən olsa, Allah bu duaları eşidəcək. Amma təəssüf ki, sənin yazın artıq yazılmışdı. Çox heyfslənirəm".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı ötən gün vəfat edən Əməkdar artist Tünzalə Əliyeva haqda sosial şəbəkədə yazıb. Sənətçi səhhətinə görə vida mərasiminə qatıla bilmədiyini bildirib:

"Biz səninlə bir səhnəni, bir efiri bölüşə bilmədik, amma həmişə sənin sənətinə yüksək qiymət vermişəm. Çox təbii aktrisa idin. Tərəf müqabillərinlə bölüşməyi bacarırdın, xüsusi bir məktəb keçmişdin. Sənə tapşırılan bütün obrazları dolğunlaşdırırdın, hətta ən ağır bir anlarında mən səni efirdə görəndə, Dilarə xanımla zəngləşirdim, soruşurdum ki, necədir? Deyirdi, Afaq xanım, çox pisdir. Ona işləmək olmaz, amma sənətinə bağlılıq, övladının ehtiyacları hər şeydən önəmli idi.

Bu gün sən artıq yoxsan. Allah sənin o dünyanı versin, qızım. Səhhətim imkan vermədi ki, torpağa tapşırılma anında səninlə vidalaşmaq üçün yanında olum. Sənətkarın ən böyük mükafatı alqış sədalarıdır. Sən ən əziz, ən doğma sədalarla bizdən ayrıldın. Həmişə ürəklərdə rəhmətlə yaşayacaqsan. Sənin kimi bir az möhlət istərdim ki, Zəhra üçün nə isə bir şey edə bilim. Bütün incəsənət, mədəniyyət xadimləri inanıram ki, Zəhra balamızın Tünzalənin arzularını doğruldacaq övlad olmasına dəstək olacaq".

Qeyd edək ki, T.Əliyeva ötən gün uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun Zəhra adlı qız övladı var.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2684   Tarix: 23 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Naomi Kempbell Bakıda - Video

Məşhur model Naomi Kempbell Azərbaycana gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə 56 yaşlı model sosial şəbəkə hesabında paylaşım edib. O, Bakıda Formula 1 oyunları münasibətilə təşkil olunan gecədə iştirak edib. Qeyd edək ki, bu, Naominin Bakıya ilk səfəri deyil. Belə ki, o, iki il əvvə

24 sentyabr
.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25 sentyabr
.

Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu

Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə "stop" qoyulduğunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son iki ay ərzində Rusiyaya gedə bilmir:. "Son 2 ay Rusiya Federasiyasına girişim imkansızdır. Artıq vəkillər məşğul olur

23 sentyabr
.

Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey

4 oktyabr
.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis

11 oktyabr
.

"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı

27 sentyabr
.

Rəqsanə İsmayılovaya ağır itki

Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların

24 sentyabr
.

Oğlu buna görə Fatimə ilə yaşamır

Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı

10 oktyabr
.

Cim Kerri üçüncü dəfə gizli evləndi

Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss

1 oktyabr