Dünyanın ən böyük ayıları təhlükə qarşısında: Xəstə quşları yeyib kor olurlar - FOTO
ABŞ-də qonur ayılarda ("qrizli") ilk dəfə quş qripinə yoluxma halları müəyyən edilib. İlkin məlumatlara görə, artıq 37 yırtıcıda virus aşkar edilib.
Bu barədə "Montana Fish, Wildlife and Parks" mərkəzi xəbər yayıb.
Heyvanların xəstə quşla qidalandıqdan sonra yoluxmuş ola biləcəkləri düşünülür.
Məlumata görə, ayılarda səmtin itirilməsi və qismən korluq yaranıb. Xəstəlik səbəbindən heyvanları məcburən iynə vuraraq öldürüblər.
Qeyd edilir ki, ABŞ-də quş qripi epidemiyası artıq bir ilə yaxındır davam edir. İndiyə qədər xəstəlik tülkü, yenot, çəmənlik canavarı ("koyot") və qara ayılarda qeydə alınmışdı. Bu yırtıcıların da yoluxmuş ördək və qazları yedikləri ehtimal edilir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, epidemiya 47 ştatda 58 milyona yaxın ev quşunun ölümünə səbəb olub. Belə ki, Kolorado səlahiyyətliləri yumurtlayan toyuqların 90%-nin öldüyünü açıqlayıb./Oxu.az

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1125 Tarix: 25 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind
12 oktyabrWSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11 oktyabrTramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
11 oktyabrSEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən
11 oktyabrİndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabrBelçikada kütləvi tətil nəqliyyat və məktəblərin işini pozub
Belçikada dövlət sektoru işçilərinin büdcə xərclərinin planlaşdırılan ixtisarına qarşı ümummilli tətili ictimai nəqliyyatın, dəmiryolu əlaqəsinin, məktəblərin və dövlət teleradio yayımının işində fasilələrə səbəb olub. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Tətil federal büdcəni
12 oktyabr