20 yaşlı qadının ölümü təkrar araşdırılacaq - YENİ QƏRAR
İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın ölümü ilə bağlı iş yenidən araşdırılacaq.
"Qafqazinfo" xəbər verir ki, bu barədə vəkil Samir Zeynalov məlumat yayıb. O bildirib ki, S.Zeynalovanın intihar etməsi ilə bağlı başlanmış cinayət işinə xitam verilməsi ilə bağlı qərar ləğv edilib. Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanılan iş yenidən icraata götürülüb və Sabirabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Məlumatla əlaqədar Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumdan "Qafqazinfo"nun müraciətinə cavab olaraq xəbər təsdiq edilib: "Hazırda Sabirabad Rayon Prokurorluğunda qeyd olunan cinayət işi üzrə istintaq davam etdirilir".
Qeyd edək ki, Səmayə Zeynalovanın ailəsi onun intihar etmədiyini bildirərək öldürüldüyünü iddia edir. Onlar bildiriblər ki, 20 yaşlı Səmayə normal əhval-ruhiyyədə olub, hadisədən bir neçə gün əvvəl övladının doğum gününü təmtəraqlı şəkildə qeyd edib. Həmçinin mərhumun ailəsi onun özünü asdığı bildirilən nar ağacının budağının həddindən artıq kövrək və elastik olmasını, 1 metr 72 sm boylu şəxsi saxlamaq gücündə olmadığını bildiriblər. İddialara görə, Səmayə Zeynalovanı ölüm həddinə həyat yoldaşının ailəsi çatdırıb. Onlar mərhumun qayınatası Əlişirin Zeynalovun Səmayənin ölümündə əsas iştirakçı olduğunu iddia ediblər.
Xatırladaq ki, Səmayə Zeynalova 2021-ci ilin 24 aprel tarixində Sabirabad rayonu Cavad kəndində vəfat edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3190 Tarix: 24 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA
"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard
12 oktyabrMəktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12 oktyabrBakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakıda "28 May" metro stansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib
12 oktyabrSabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın
12 oktyabrBöyük qələbələrə aparan 23 il
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. 22 il öncə - 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızı
12 oktyabr