"Avropa İttifaqı Şurasının bu qərarı Azərbaycan-Ermənistan münasibətlərini yenidən gərginləşdirə bilər"- DEPUTAT

"Avropa İttifaqı Şurasının bu qərarı Azərbaycan-Ermənistan münasibətlərini yenidən gərginləşdirə bilər"- DEPUTAT"Avropa İttifaqı (Aİ) Şurasının qərarını Azərbaycana qarşı növbəti təxribat kimi də dəyərləndirmək olar ".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, 30 ərzində Azərbaycana qarşı ikili münasibət olub:

"44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizi həzm etməyən bəzi dövlətlər və təşkilatlar qərəzli mövqe sərgiləməklə regionda gərginlik yaratmaq istəyirlər. Onlar müxtəlif qərar və qətnamələrlə Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar.

Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması işğalçını dəstəkləyən növbəti addımdır. Avropa İttifaqı (Aİ) Şurasının bu qərarı ikitərəfli əsasda həyata keçirilməli olan sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədi daşıyır".

Deputat vurğulayıb ki, 30 il ərzində işğala göz yuman və bir dəfə də olsa Ermənistana qarşı hər hansı təzyiq göstərməyən təşkilatlar bu gün hansı beynəlxalq hüquqdan danışırlar:

"İkinci vacib məsələ Avropa İttifaqı (Aİ) Şurası bu qərarı ilə Qarabağdakı terrorçuları qorumağa çalışmasıdır. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyannaməyə görə erməni silahlı birləşmələri Qarabağdan çıxarılmalı idi. İki ildən çox vaxt keçsə də imzalanan üçtərəfli bəyannamənin şərtləri Ermənistan tərəfindən tam icra olunmayıb. Belə bir zamanda Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması Qarabağda hələ də gizlənən terrorçulara təxribatlar üçün yeni imkanlar yarada bilər. Nəticədə də bu Azərbaycan-Ermənistan münasibətlərinin yenidən gərginləşməsinə gətirib çıxaracaq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1879   Tarix: 24 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın

12 oktyabr
.

Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin təmin olunmasına necə təsir edir?

Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlər arasında sosial fərqlərin azaldılması və bərabər mühitin yaradılması baxımından əhəmiyyətlidir. Çünki geyim bəzən uşaqlar arasında ailələrin maddi imkanlarından irəli gələn fərqlərin nəzərə çarpmasına, hətta müəyyən hallarda ayrı-seçkiliyə səbəb ol

13 oktyabr
.

DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi

Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla

12 oktyabr
.

Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini

12 oktyabr
.

Vahid məktəbli forması ümumi təhsil mühitinin formalaşmasına necə təsir edir?

Məktəblərdə vahid geyim formasının tətbiqi ümumi təhsil mühitinin formalaşması, intizamın qorunması və şagirdlər arasında bərabərliyin təmin olunması baxımından əhəmiyyətlidir. Eyni geyim forması şagirdlərin xarici görünüşü ilə bağlı fərqləri azaltmaqla diqqətin təhsilə, bilik və bacarıqların inkişafın

13 oktyabr
.

Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq

Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind

12 oktyabr
.

Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?

Məktəblərdə vahid geyim formasının tətbiqi, təhsil müəssisələrinin şüşələrinin sındırılması, direktorların avtomobillərinin yandırılması və məktəb binalarına od vurmaq cəhdləri cəmiyyətin diqqət mərkəzində dayanmalı olan ciddi məsələlərdir. Söhbət təkcə təhsil müəssisələrinin daxili intizamından və y

12 oktyabr
.

Vahid məktəbli forması, milli kimlik və İranın ideoloji təsirləri: Azərbaycanın təhsil təhlükəsizliyinə analitik baxış

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən strateji sahə olmaqla yanaşı, milli kimliyin qorunması, ictimai şüurun formalaşdırılması və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən məktəb mühitində tətbiq olunan qaydalar, o cümlədən vahi

12 oktyabr
.

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin

12 oktyabr