Alimlərin uzunömürlü olmasının sirri nədir?

Alimlərin uzunömürlü olmasının sirri nədir?İntellektual (elmi və yaradıcılıq) sahə üzrə fəaliyyətlə uzunömürlülük arasında əlaqə araşdırılıb.

Sonxeber.az xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

Son zamanlar dünya və Azərbaycan alimləri uzunömürlülüklə insanın fəaliyyət sahəsi arasında əlaqə aşkar ediblər. Müəyyən edilib ki, intellektual fəaliyyətlə məşğul olan insanların da əksəriyyətini uzunömürlü hesab etmək olar. İntellektual fəaliyyətlə məşğul olanlar sırasına alimlər, yaradıcı insanlar (şairlər, yazıçılar, musiqiçilər, rəssamlar, aktyorlar və s.) daxildirlər.

Müasir təsəvvürlərə görə, bu qəbil insanların uzun ömür sürmələrinin psixoloji, fizioloji və genetik səviyyələrdə tənzimlənən bir sıra səbəbləri var. İstedadlı və dahi adamlarda olan bəzi kənaraçıxmalar nəzərə alınmasa, bu şəxslərin hamısı psixoloji baxımdan çox davamlı və stabil olmaqla, eyni zamanda ruh yüksəkliyinə malik olur və peşə məşğuliyyətlərindən zövq və həzz alırlar. Bu, ilk növbədə orqanizmdə dofamin və serotonin sistemi komponentlərinin və onların fəaliyyətini birbaşa və dolayısı yolla tənzimləyən genlərin ekspressiyasının çox yüksək olması ilə əlaqələndirilir. Bundan başqa, beyində neyronların bərpası və fəaliyyəti də adi insanlarla müqayisədə kifayət qədər yüksək olur. Bunu neyronların bərpasında və funksiyasında mühüm rol oynayan bir sıra genlərlə, xüsusən neyrequlin 1 geninin fəallığı ilə əlaqələndirirlər. Çoxsaylı genlərin bütöv kaskadının cəlb olunduğu intellektual iş qabiliyyəti "uğurlu intellektual fəaliyyəti və uğurlu qocalmanı" təmin edir.

Digər tərəfdən, hesab edilir ki, intellektual fəaliyyətlə məşğul olan insanların beyni yüksək dərəcədə fəallığa malik olduğundan, beynin qanla və oksigenlə təchizatı da yüksək olur. İnkişaf etmiş, fəal və işlək beynin orqanizmin digər orqanlarının, xüsusən ürəyin, qan-damar sisteminin, həzm və ifrazat orqanlarının fəaliyyətinə nəzarəti də daha güclü və səhvsiz olur. Meditasiya ilə məşğul olan insanlar (şamanlar, kahinlər və s.) da uzunömürlü olurlar. Məsələn, Tibetdə, Sibirdə yaşayan şaman və kahinlər digər bədbəxt hadisələr baş vermədikdə orta hesabla 90 ildən çox yaşayırlar. Uzun müddət bir elmi problemin və yaradıcı ideyanın üzərində fokuslaşma da mediatativ xarakter daşıyır ki, bu da orqanizmin mənfi enerjidən azad olmasına səbəb olur.

Qeyd edək ki, istər intellektual sahədə fəaliyyət göstərən insanlar arasında, istərsə də ümumiyyətlə götürdükdə uzunömürlü qadınların sayı kişilərdən daha çoxdur. Bu qadınlarda digər amillərlə (məs. təbiətən daha dözümlü olmaları ilə) yanaşı, immun sistemin daha güclü və hormonal statusun daha stabil olması ilə izah olunur. Bunu qadınların genomunda ikinci X xromosomunun olması ilə də əlaqələndirirlər. Bundan başqa, qadınlar kişilərə nisbətən sosial və psixoloji streslərə qarşı da yüksək dayanıqlığa malikdirlər (bəzi psixoloqlar bunu belə izah edirlər ki, qadınlar ağlaya bildikləri üçün bu yolla psixoloji stresdən və orqanizmdə toplanan bir sıra toksinlərdən azad olurlar).

Uzunömürlülüklə intellektual fəaliyyət arasında əlaqəni izah etməyə cəhd edən bəzi alimlər yüksək və çevik koqnitiv qabiliyyətlərə malik insanlarda özünüifadənin – özünüreallaşdırmanın da güclü olmasını göstərirlər. Elm və yaradıcılıqla məşğul olan insanlar "stressorları" problem yox, aradan qaldırılması mümkün olan və ya olmayan "maneələr" kimi qəbul edərək adaptiv fəaliyyət strategiyalarını seçə bilməsi ilə digər intellektual insanlardan fərqlənirlər. Məhz bununla onlar hətta yaşlandıqda belə öz neyron şəbəkələrinin tamlığını qoruya bilirlər. Belə ki, daim yeni imkanların axtarışında olan beynin müəyyən hissələri daha çox neyron rabitələri yaradaraq beynin müxtəlif sahələri arasında qarşılıqlı əlaqənin yaranmasında və mərkəzi sinir sisteminin fəaliyyətində mühüm rol oynayan "ağ maddənin" də artıq miqdarda yaranmasına səbəb olur.

Tədqiqatçılar belə hesab edirlər ki, hər bir insanda özünün "unikal istedadı və ya vergisi" olur. Adi insanlardan fərqli olaraq intellektual və yaradıcı fəal insanlar bu vergi və istedaddan istifadə edə bilirlər, başqa sözlə, obrazlı desək, onlar "özlərinin daxillərinə baş vura, digərlərinin görə bilmədiyini görə və orijinal həll yolları tapa" bilirlər (novatorlar). Bəzi alimlər belə hesab edirlər ki, yaradıcı "şəxs, proses, məhsul və mühit" kimi kreativlik üçün vacib elementlər olduqda bioloji xüsusiyyətlərsiz də intellektin/beynin inkişafı mümkündür. Lakin intellektual fəaliyyət özlüyündə mərhələli proses olduğundan intellektin/yaradıcılığın aşağı səviyyələrindən yuxarı qalxdıqca – təkmilləşdikcə insanın "yaradıcılıq potensialı" ilə yanaşı, bioloji və fizioloji göstəricilərinin rolu artır. Yaradıcılıq potensialının əsas elementləri isə yaradıcılıqla məşğul olan insanın "səlisliyi, çevikliyi və orijinallığı" olub, generasiya olunan ideyaların kəmiyyətini, keyfiyyətini və unikallığını əks etdirir. Təbii ki, yaradıcılıqla və digər koqnitiv fəaliyyətlə məşğul olan insanların mental xüsusiyyətləri də uzunömürlülüyə ciddi təsir edə bilər.

Orqanizmin sağlamlığını təmin edən faktorlardan biri bədənin müxtəlif orqanlarını təşkil edən toxumaların daim yenilənə bilmək qabiliyyətidir. Bu yenilənmə toxumanı təşkil edən hüceyrələrin proliferasiya və bölünmə qabiliyyətinin yüksək olması ilə şərtlənir. Bu proseslər isə öz növbəsində qocalmış hüceyrələrin vaxtında apoptozu, həmçinin bölünən hüceyrələrin xromosomlarında telomerlərinin uzunluğu və telomeraza fermentinin fəallığı ilə sıx əlaqəlidir. Təbii ki, bərpa prosesində iştirak edən çoxsaylı gen ailələrinin ekspressiyasının yüksək dəqiqliklə tənzimlənməsi də mühüm rol oynayır. Qeyd edək ki, daima biogen və abiogen xarakterli xarici faktorların təsiri altında olan orqanizmin genom DNT-də zədələr və mutasiyalar, bunun nəticəsində isə bütöv orqanizmdə genetik/metabolik pozuntular yaranır. Bu zədələr DNT-nin reparasiya sistemləri tərəfindən aradan qaldırılır ki, bu prosesdə də çoxsaylı genlərin ekspressiyasının və sintez olunan zülalların/fermentlərin yüksək fəallığı vacib şərtlərdən biridir.

Ümumiyyətlə, uzun ömür sürmək, "sağlam" (uğurlu) qocalmaq əsasən daxili genetik amillərdən – genetik potensialdan (sağlam genomdan və onun etibarlı tənzimlənməsindən), ekoloji amillərdən asılı olsa da, burada şəxsin özünün də rolu böyükdür. Belə ki, yüksək intellektə malik şəxslər düzgün=optimal həyat tərzi seçməklə, istər ətraf təbii mühitin, istərsə də cəmiyyətin stressorlarına qarşı dayanma strategiyaları hazırlamaqla, psixoloji gərginliyi şüurlu şəkildə azaltmaqla, qidalanma və istirahət norma və rejimlərini müəyyən etməklə ömürlərini uzatma şansına malikdirlər. Bunlar isə uzunömürlülük faktoruna ciddi təsir göstərən əsas amillərdir.

Bir sözlə, uzunömürlülük – herontologiya dünya elminin əsas prioritet istiqamətlərindən biridir. Elm və bədii yaradıcılıq sahəsində intellektual fəaliyyətlə məşğul olanların uzunömürlülük problemi də dünya elmini məşğul edən ən aktual elmi məsələlər sırasında dayanır.

Xatırladaq ki, bir müddət öncə AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyli alimlərin uzunömürlü olmalarının səbəbləri ilə bağlı elmi araşdırma aparması barədə tapşırıq verib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1406   Tarix: 25 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Seyid Abbas Əraqçı arasında telefon danışığı baş tutub. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı İranda hərbi əməliyyarlar və bölgədə hərbi eskalasiya nəticəsind

1 mart
.

Qərbi Azərbaycan Xronikası: Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb. Buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Xıdır Nəbi mərasiminin, Novruzun gəlişini xəbər verə

1 mart
.

Yeni metro Bakının bu ərazilərində tikiləcək

Bakıda yeni tikiləcək metro stansiyalarının yerləri müəyyən edilib. xəbər verir ki, bu barədə -a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib. O bildirib ki, artıq həmin stansiyaların yerləşəcəy

2 mart
.

Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu il fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,84 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,36 bənd, ötən il fevralın 1-nə nisbətən isə 0,42 bənd azdır. AMB-nin statistikasına əsasən, manatın dövretm

1 mart
.

Sabah ilin ilk Ay tutulması olacaq

Martın 3-də 2026-cı ilin ilk Ay tutulması olacaq. xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, Ay tutulması saat 12:44-də başlayıb saat 18:23-də bitəcək. Tutulmanın makisumumu isə saat 11:33-də olacaq. Bu tutulma Tam Ay tutulmasıdır və Asiya, Avstraliya

2 mart
.

Onları işdən çıxarmaq qanunla qadağandır

Bəzi kateqoriyadan olan işçilərin işdən çıxarılması qadağandır. -ın məlumatına görə, bu, Əmək Məcəlləsinin 79-cu maddəsində əksini tapıb. Belə ki, hamilə və 3 yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin ləğvinə yol verilmir. 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər də bu kateqoriyaya daxildir

1 mart
.

Azərbaycanda əhali sayına görə ən az həkimi olan rayonlar AÇIQLANDI

"Azərbaycanda regionlar üzrə həkimlərin sayının əhalinin sayına uyğun olmaması səhiyyə xidmətlərinə eyni səviyyədə əlçatanlığın təmin edilməsində əsas çətinliklərdən biridir". xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Azərbaycan Respublikasını

1 mart
.

İranda neçə vətəndaşımız xəsarət alıb? - XİN AÇIQLADI

"İndiyə qədər yalnız bir nəfər vətəndaşımız xəsarət alıb". APA-ya istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı sorğuya cavabda bildirib. Qeyd edilib ki

1 mart
.

Tatu görmə pozğunluğuna səbəb ola bilər

Son araşdırmalar göstərir ki, bəzi hallarda tatu (döymə) sağlamlıq üçün gözlənilməz risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə keyfiyyətsiz boya və gigiyenik qaydalara əməl olunmaması müxtəlif fəsadlara yol aça bilər. Həkimlərin sözlərinə görə, tatu zamanı istifadə oluna

2 mart