"Bu gün bəzi təşkilatlar qəbul etdikləri qətnamələrlə Azərbaycan-Ermənistan münasibətlərini yenidən gərginləşdirməyə çalışırlar"- Deputat
"44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfər bir çox ölkələrin və təşkilatların əsl simasını açıb göstərdi".
Bunu Sonxeber.az-a danışan deputat Cəbi Quliyev deyib.
Deputat qeyd edib ki, bu gün bəzi dövlətlər və təşkilatlar sülh müqaviləsinin imzalanmaması üçün əllərindən gələni edirlər:
"Bizim günü-gündən artan nüfuzumuzu və gücümüzü həzm edə bilməyən bəzi qərəzli qüvvələr "insan hüquqları" pərdəsi arxasında ölkəmizə qarşı təzyiq göstərməyə çalışırlar. 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə dəfələrlə bizə qarşı ikili münasibətin şahidi olmuşuq.
Yanvarın 19-da Avropa Parlamentinin qəbul olunmuş, həqiqətdən uzaq, böhtan xarakterli məsələlərin yer aldığı qətnamə bizə qarşı oynanılan oyunların davamıdır. Belə ki, Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması post-müharibə dövründə regionda vəziyyəti gərginləşdirməyə hesablanmış növbəti addımdır. Məqsəd ikitərəfli əsasda həyata keçirilməli olan sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirməkdir. Bu gün demokratiyadan dəm vuran bəzi təşkilatlar 30 il ərzində Azərbaycan torpaqlarını zəbt edən, insanlarımızı vəhşicəsinə qətlə yetirən, müxtəlif soyqırımlar törədən Ermənistana qarşı niyə bir dəfə də olsa bu cür qətnamələr qəbul etmədi. Budurmu onların demokratiya anlayışı?!"
Deputat vurğulayıb ki, Ermənistan və onun havadarlarının bugünkü məqsədi Qarabağdakı ekoloji terrorunu və oradakı silahlı birləşmələrin təxribatlarını davam etdirməkdir:
"Onlar bu yolla göstərməyə çalışırlar ki, guya Qarabağ münaqişəsi davam edir. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə həm Qarabağ münaqişəsinə, həm də işğala öz gücü ilə son qoydu. Tezliklə də Ermənistan sülh müqaviləsini imzalayacaq. Əks təqdirdə, Ermənistan növbəti dəfə Azərbaycanın "dəmir yumruğ"unu öz başında hiss edəcək".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 955 Tarix: 25 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabr