Həftələrdir niyə sağalmırıq?

Həftələrdir niyə sağalmırıq?Son zamanlar Azərbaycanda əhali arasında sürətlə yayılan və həftələrlə davam edən qrip simptomlu xəstəlik sosial şəbəkələrdə yenidən gündəm yaradıb.

"Qafqazinfo" xəbər verir ki, bu virusa yoluxanların sayı hər gün artır. Virusu xüsusilə uşaqlar daha şiddətli keçirir. Elə bir neçə gün əvvəl Şəki Mərkəzi Xəstəxanasına qızdırmalı daxil olan 5 yaşlı Zəhra Eyvazlının bir neçə saat sonra ölməsi cəmiyyəti silkələyib.

Yoluxanlar bu xəstəliyin koronavirusdan daha ağır olduğunu bildirirlər. Qrip simptomlu xəstəlik adətən hərarət, baş ağrıları, ümimi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və ya tutulması kimi əlamətlərlə müşayət olunur. Bu simptomlardan əziyyət çəkən xəstələrin əsas işlətdiyi fikirlər isə "bu xəstəlik bitmir", "bir neçə gün sonra qızdırma yenə qalxır", "öskürək davamlıdır" tipli cümlələrdir.

Müxtəlif ölkələrdə, o cümlədən qonşu ölkələrdə qripin H1N1variantı (donuz qripi) yayılması, Rusiyada "Omicron"un digər alt variantı olan "Kraken" ştamına və "BQ.1.1" və yaxud "Cerberus" ştamına ilk yoluxmaların qeydə alınması əhali arasındakı təşvişi daha da artırdı. Lakin Səhiyyə Nazirliyi bir müddət əvvəl kəskin respirator virus infeksiyası ilə bağlı əhaliyə etdiyi xəbərdarlıqda bildirdi ki, ölkədə epidemioloji vəziyyət diqqətlə izlənir və bu mövsümdə indiyənədək ölkə ərazisində donuz qripi virusu aşkarlanmayıb. Əlavə olaraq bildirildi ki, qeyd olunan şikayətlər digər kəskin respirator virus infeksiyalarının əlamətləridir.

Eyni zamanda, sürətlə yayılan qriplə bağlı TƏBİB də məlumat yaymışdı. Qurumdan bildirilmişdi ki, el arasında qrip olaraq tanınan bu xəstəlik influenzadır. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla biruzə verir və adətən simptomatik müalicə olunur. Məlumatda o da qeyd olunmuşdu ki, influenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür.

Məsələ ilə bağlı pediatr Aytən İsmayılzadə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hələ ki, koronavirusdan daha ağır bir virus yoxdur:
Həftələrdir niyə sağalmırıq?"Həm koronavirus, həm də qrip ağırlaşa bilər. Hər iki virus hazırda var. Lakin koronavirus bir həftə içində can ala bilir. Düzdü, qripdən də ölüm halları müşahidə olunub. Amma daha çox koronavirusdan ehtiyat etmək vacibdir. Bunun üçün də özündə halsızlıq, baş ağrıları, iştahsızlıq hiss edən şəxslər mütləq şəkildə qan analizi versinlər. Həkimə müraciət etsinlər və vaxtında lazımi müalicəni alsınlar. İstər uşaqda, istərsə də böyükdə ilk üç gündə istiliyin olması özünü göstərir. Əgər vəziyyət ağırlaşmağa doğru gedirsə, evdə müalicələri uzatmaq lazım deyil. Özbaşına antibiotik və sistemlərə başlamasınlar. Hər bir halda həkimə müraciət vacibdir".

Həkimin sözlərinə görə, azyaşlı pasientlərin də yoluxduğu virusun hansı olduğunu müəyyən etmək üçün əvvəlcə "COVID-19" testindən keçirilirlər: "Daha çox 14-15 yaş uşaqlar test yoxlamasından keçirilir. Sonra vəziyyətinə görə dəyərləndirilir. İstənilən virusda biz ağırlaşmanı müalicə edirik, virusun özünü yox".

Qeyd edək ki, Avropada da qrip sürətlə yayılmağa davam edir. Belə ki, Avropa ölkələrində qrip hallarının koronavirusa yoluxan şəxslərin sayına çatdığı bildirilir. Qripə yoluxma artdığından Belçikada rəsmi olaraq qrip epidemiyası elan olunub. Belçikadan əvvəl isə Almaniya və Slovakiyada da qrip epidemiyası elan edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1923   Tarix: 25 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli forması ətrafında informasiya mübarizəsi: Təhsil islahatına qarşı kampaniya, yoxsa ictimai müzakirə?

Azərbaycanda vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələrə yalnız geyim qaydaları prizmasından yanaşmaq məsələnin ictimai və siyasi əhəmiyyətini tam əhatə etmir. Təhsil cəmiyyətin gələcəyini müəyyənləşdirən strateji sahədir. Məktəblərdə formalaşan düşüncə tərzi, milli-mənəvi dəyərlər

13 oktyabr
.

Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto

"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviy

12 oktyabr
.

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans

11 oktyabr
.

İran Azərbaycan uşaqlarını necə "zəhərləyir"? - Məktəbli forması üzərindən ideoloji təbliğat

Azərbaycan məktəblərində vahid geyim qaydaları müəyyən edilib və həmin qaydalara hər kəs əməl etməlidir. Məktəb özbaşına davranışın deyil, nizam-intizamın, məsuliyyətin və qanunlara hörmətin formalaşdığı məkandır. Lakin Azərbaycanda məktəbli forması və hicabla bağlı məsələlərin İran mediasında qabardılmas

13 oktyabr
.

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, İ.Əliyevin qardaşı, uzun müddət müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışmış Fikrət Əliyev dünyasın

12 oktyabr
.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

12 oktyabr
.

Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?

Məktəblərdə vahid geyim formasının tətbiqi, təhsil müəssisələrinin şüşələrinin sındırılması, direktorların avtomobillərinin yandırılması və məktəb binalarına od vurmaq cəhdləri cəmiyyətin diqqət mərkəzində dayanmalı olan ciddi məsələlərdir. Söhbət təkcə təhsil müəssisələrinin daxili intizamından və y

12 oktyabr
.

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin

12 oktyabr
.

Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA

"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard

12 oktyabr