"Duşla seyfi sulayırdım ki, içindəki pullar yanmasın" - Bakıda film kimi hadisə

"Duşla seyfi sulayırdım ki, içindəki pullar yanmasın" - Bakıda film kimi hadisəBakıda evdən külli miqdarda pul və qızıl oğurlamış şəxslərin məhkəməsi başa çatıb.

Sonxeber.az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, Yasamal rayonu, İ.Dadaşov küçəsində yerləşən evə daxil olaraq oradakı seyfdən 4 min dollar və 440 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamış 2 nəfərə hökm oxunub.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən şəxslərdən 1978-ci il təvəllüdlü Babək Həsənov 2020-ci ildə A.Nadirovanın evində təmir işləri görüb.

O, həmin vaxt evdəki dəmir seyfin içində xeyli pul olduğunu ehtimal edib. Babək 2022-ci ilin yayında dostu, 1992-ci il təvəllüdlü Tacir Seyidovla görüşərək oğurluq planı haqqında ona bildirib. Onlar ev sahibinin ailəsi ilə birgə Novxanıda bağda olduğu vaxt xüsusi aparatlarla mənzilə daxil olaraq seyfi kəsiblər.

Məhkəmədə ifadə verən Tacir hadisə barədə bunları deyib:

"20 iyun 2022-ci il tarixdə, saat 22 radələrində Nərimanov parkındakı çayxanaların birində Babəklə söhbət edərkən bankdakı borclarımı ödəyə bilmədiyimi dedim.

Babək mənə tanıdığı imkanlı şəxsə məxsus evdən oğurluq edə biləcəyimizi, əvvəllər həmin evdə usta işlədiyini və həmin vaxt evə seyf yerləşdirildiyini bildirdi.

Razılaşdıqdan sonra növbəti gündən etibarən birlikdə bir neçə dəfə Yasamal rayonu ərazisində yerləşən həmin evə gedib kənardan müşahidə apardıq, evdə heç kimin olmadığını dəqiqləşdirdik. Babək seyfi avtogen qurğusu ilə kəsəcəyimizi, həmin alət üçün oksigen və propan balonu, boru və rezaq kimi qurğuların lazım olduğunu dedi.

Ayın 29-u gecə Babəklə NZS-də görüşüb oradan Yasamala getdik. Təxminən 2 saatdan çox gözlədikdən sonra 02 radələrində evə girdik.

Lakin Babək seyfi əvvəllər gördüyü otaqda aşkar edə bilmədi. Belə olan halda dəyərli bir şey tapmaq üçün bir-bir otaqlara baxmağa başladıq. Yataq otaqlarının birində axtarış apararkən şkafın içərisindəki seyfi gördük.

Babəklə köməkli şəkildə həmin seyfi üzbəüz yerləşən hamam otağına daşıdıq. Orada Babək avtogen qurğusu ilə seyfi kəsməyə başladı, mən də duşla sulayırdım ki, içərisindəki pullar yanmasın. Bundan sonra içərisinə əl atıb oradan kiçik ölçülü qızıl qutularını çıxardıq.

Qutulardan müxtəlif çeşidli qızıl-zinət əşyalarını götürüb bir ədəd sellofan paketə yığdıq. Qızıl-zinət əşyalarının çəkisi təxminən 1,5 kiloqram olardı.

Seyfdə qızıllardan başqa 3.800 ABŞ dolları var idi. Piyada yola çıxıb taksi ilə yaşadığım Sabunçu rayonu, Saratov küçəsinə gəldim. Qızılları evə aparıb plastmas qutuya yığıb saxlaması üçün anama verdim. Dedim ki, qızılları Rusiyaya gedən dostum əmanət kimi verib".

Oğurlanan qızıllar arasında 12 288 manat dəyərində bir ədəd "Gp:Girard-p-Perregaux" qızıl qol saatı, 11 240 manat dəyərində bir ədəd içərisində "Cartier" qızıl qol saatı, 19040 manat dəyərində bir ədəd "Girard-Perregaux" qızıl qol saatı, 9800 manat dəyərində yeddi ədəd "15"lik, 3880 manat dəyərində dörd ədəd "10"luq, 7500 manat dəyərində on beş ədəd "5"lik, 2760 manat dəyərində üç ədəd qluplu "10"luq, 2400 manat dəyərində bir ədəd üzərində "Georgia 25 X11 % 02 Gold 9999" yazısı həkk olunmuş "25"lik qızıl sikkə, 9000 manat dəyərində bir ədəd ağ şəffaf brilyant qaş, 3605 manat dəyərində bir ədəd ağ şəffaf brilyant qaş, 4777 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl kolye, 52300 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl kolye, 11261 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl bilərzik, 8355 manat dəyərində bir ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan qızıl bilərzik və sair olub.

Qiymətləndirmə zamanı 750 əyarlı qızılın 1 qramı 105, 585 əyarlı qızılın 1 qramı 80, 950 əyarlı platinin 1 qramının isə dəyəri 80 manatdan hesablanıb.

Məhkəmədə təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəməsi bildirilib, zərərçəkən tərəf onlardan şikayətçi olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar tarixli hökmü ilə Babək və Tacirin hər birinə 5 il həbs cəzası verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3040   Tarix: 25 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vahid məktəbli forması ətrafında informasiya mübarizəsi: Təhsil islahatına qarşı kampaniya, yoxsa ictimai müzakirə?

Azərbaycanda vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələrə yalnız geyim qaydaları prizmasından yanaşmaq məsələnin ictimai və siyasi əhəmiyyətini tam əhatə etmir. Təhsil cəmiyyətin gələcəyini müəyyənləşdirən strateji sahədir. Məktəblərdə formalaşan düşüncə tərzi, milli-mənəvi dəyərlər

13 oktyabr
.

Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto

"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviy

12 oktyabr
.

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans

11 oktyabr
.

İran Azərbaycan uşaqlarını necə "zəhərləyir"? - Məktəbli forması üzərindən ideoloji təbliğat

Azərbaycan məktəblərində vahid geyim qaydaları müəyyən edilib və həmin qaydalara hər kəs əməl etməlidir. Məktəb özbaşına davranışın deyil, nizam-intizamın, məsuliyyətin və qanunlara hörmətin formalaşdığı məkandır. Lakin Azərbaycanda məktəbli forması və hicabla bağlı məsələlərin İran mediasında qabardılmas

13 oktyabr
.

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, İ.Əliyevin qardaşı, uzun müddət müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışmış Fikrət Əliyev dünyasın

12 oktyabr
.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

12 oktyabr
.

Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?

Məktəblərdə vahid geyim formasının tətbiqi, təhsil müəssisələrinin şüşələrinin sındırılması, direktorların avtomobillərinin yandırılması və məktəb binalarına od vurmaq cəhdləri cəmiyyətin diqqət mərkəzində dayanmalı olan ciddi məsələlərdir. Söhbət təkcə təhsil müəssisələrinin daxili intizamından və y

12 oktyabr
.

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin

12 oktyabr
.

Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA

"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard

12 oktyabr