Vasif Talıbovun oğlu 15 yaşında BDU-ya necə qəbul olunub? - RƏSMİ AÇIQLAMA
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu, 1988-ci il təvəllüdlü Seymur Talıbovun 2003-cü ildə, yəni 15 yaşında Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olması haqda yayılmış məlumatlar birmənalı qarşılanmayıb. Talıbovun bu yaşda universitetə qeyri-qanuni yolla, imtahan vermədən qəbul olduğunu iddia edilir. Bildirilir ki, həmin vaxt buna keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şərait yaradıb. Eyni zamanda bu məsələ müğənni Röya Ayxanın da eyni fakültəyə 2004-cü ildə qəbul olmasını gündəmə gətirib. Bu barədə də eyni iddia səsləndirilir.
BAKU.WS xəbər verir ki, pravda.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, qəbul qaydalarına əsasən, tam (11 illik) orta təhsili başa vurmaq haqqında dövlət nümunəli sənəd, yəni attestat almış şəxslər ali təhsil müəssisələrinə qəbul olmaq hüququna malikdirlər:
"Attestat alan və 15 yaşı olan şəxslərin qəbul imtahanlarında iştirakı qaydalara zidd deyil. Hər il qəbul kampaniyasında belə abituriyentlərə rast gəlmək mümkündür. Talıbov Seymur Vasif oğlu da müvafiq qaydalara uyğun olaraq, 2003-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında iştirak edərək ödənişli əsaslarla Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub. Həmin il keçid balı 419 bal olub".
DİM rəsmisi Röya Ayxan ilə bağlı iddialara isə belə cavab verib:
"İddia doğru deyil. Röya ilə bağlı məsələni ali məktəbin özündən dəqiqləşdirə bilərsiniz. Çünki kimsə universitetə köçürmə yolu ilə də qəbul ola bilər..."
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1459 Tarix: 26 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səkkiz şagird 300 bal topladı - 7-si qızdır
Xəbər verdiyimiz kimi, aprelin 5-də keçirilən 9-cu sinif şagirdlərinin buraxılış imtahanının nəticələri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, imtahanda 8 nəfər şagird maksimum (300 bal) toplayıb. Qeyd edək ki, onlardan 7-si qız, 1-i isə oğlandır. Maksimum nəticə göstərən şagirdlərin siyahısın
1 maySabah 26° isti olacaq
Mayın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimal
1 mayİş yerində mobbinq insanın psixologiyasına necə təsir edir? - AÇIQLAMA
Müasir dövrdə insanların həyatının böyük hissəsi iş mühitində keçir. Bu səbəbdən iş yerindəki münasibətlər insanın həm psixoloji vəziyyətinə, həm də ümumi həyat keyfiyyətinə ciddi təsir göstərir. Son illərdə daha çox rast gəlinən problemlərdən biri də mobbinqdir. Yəni iş yerində əməkdaşa qarşı davaml
30 aprelMumiyanın qarnından çıxanlar hər kəsi şoka saldı - Görün nələr TAPILDI
Barselona Universitetinin alimləri Qahirə yaxınlığında tapılan Qədim Roma dövrünə aid mumyanın qarnından Homerin "İliada" əsərinin "Gəmi kataloqu" hissəsindən parçalar çıxdığını bildiriblər. xəbər verir ki, bu tarixdə bir ilkdir: Mumiyanın qarnından dini mətnlər əvəzinə, ədəbi əsərdə
1 mayMetro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır? - Video
İctimai nəqliyyatda telefonla ödənişdə kartlardan əlavə vəsaitin çıxılması ilə bağlı iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İTV-yə sərnişinlər bildiriblər. Onların sözlərinə görə, ödəniş zamanı vəsait çıxsa da, bir neçə saat sonra təkrar gedişhaqqı çıxılır. Bəzən isə gedişhaqq
1 mayToy karvanları quranlara XƏBƏRDARLIQ
"Toy karvanları"nda iştirak edən bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq küçə və prospektlərdə süni sıxlıq və qəza şəraiti yaradırlar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, ötən gün paytaxtın Nizami rayonu
1 mayKəlbəcər dağlarında qonur ayı görüntüləndi (VİDEO)
Kəlbəcər rayonunun Zülfüqarlı kəndi ərazisində qonur ayı görüntülənib. Qaynarinfo-nun məlumatına görə, bu barədə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, qonur ayı Kəlbəcər dağlıq ərazilərində geniş yayılan və tez-tez rast gəlinən vəhş
1 may2026-cı ildə uşaqlara daha çox hansı adlar verilib?
2026-cı ilin ilk 4 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub. Trend-in əldə etdiyi məlumata görə, 2026-cı ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Belə ki, 105 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 82, Raul 76, Əli 64, Miran 58, Yusif isə 5
1 may