Müəllimlərin maaşları nə zaman artacaq?
"Mövzudan asılı olmayaraq, ən çox verilən sual məhz müəllimlərin əməkhaqlarının nə zaman artması ilə bağlıdır. Sosial şəbəkədə birbaşa yazıb sual ünvanlayanların böyük əksəriyyəti məhz bu məsələni öyrənmək istəyir".
BAKU.WS xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələrin maaşları Vahid Tarif Cədvəli (VTC) ilə tənzimləndiyi üçün onların əməkhaqları yanvarın 1-dən etibarən artırılıb:
"Bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar da qəbul olundu. Bu aydan etibarən VTC dərəcələrində orta hesabla 15 faiz artım həmin işçilərin maaşlarına əlavə olunacaq. Bütövlükdə, səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əməkhaqları son artımlara aid olundu".
Deputatın sözlərinə görə, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in hər birinin ayrıca əməkhaqqı sxemi var:
"Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlarda təşkil edilən qiymətləndirmələr də məhz bununla bağlıdır: yüksək məhsuldarlığa daha çox ödəniş.
Bu sektorlar üzrə çalışan və əməkhaqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırılıb. Çünki heç bir sektorda minimum əməkhaqqı məbləğindən az maaş verilə bilməz. Yəni, əgər kimsə təhsil və səhiyyə sektorunda çalışırsa və əməkhaqqısı 300 manat idisə, o vətəndaşlarımızın maaşları artıq artırılıb.
Hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqları müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkün hesab olunur. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir. Çünki bu sektorlar üzrə uyğunlaşdırma üçün 1 ay zaman ayrılmışdı".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sabahın havası: Yağış, şimşək, duman...
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı