Alimlər çıxılmaz vəziyyətdə: Başımızın üstündə nüvə bombası partlatmaq istəyinə düşdülər - FOTO
"Bəzi asteroidləri məhv etmək mümkün deyil. Bu isə planetimizi mümkün toqquşmalardan xilas etmək cəhdlərini heçə endirir".
Bu barədə Kertin Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra məlumat veriblər.
Elm adamları Yaponiyanın "Hayabusa-1" zondu tərəfindən 500 metrlik qədim "İtokava" (25143) asteroidinin səthindən gətirilmiş toz hissəciklərini tədqiq ediblər. Bu obyekt Yerdən iki milyon kilometr məsafədə yerləşir.
Xatırladaq ki, ötən il DART zərbə zondu ilə "Dimorf" asteroidinin vurulması nəticəsində səma cismi orbitini nəzərəçarpacaq dərəcədə dəyişmişdi. Bu, Yerin mümkün asteroid təhlükəsindən qorunması konsepsiyasının ilk sınağı idi və zərbənin göy cismini təhlükəli trayektoriyadan yayındırmağa imkan verəcəyini təsdiqlədi.
Yeni tədqiqatlar isə göstərdi ki, bu yanaşma həmişə işə yaramaya bilər - araşdırmanın nəticələrinə görə, "İtokava" asteroidi zərbələrə davamlıdır.
Monolit asteroidlərdən fərqli olaraq, "İtokava" bütöv qaya parçası deyil; O, ağırlıq qüvvəsinin təsiri ilə bir-birinə yapışmış daş ovxantıları və qaya yığınlarından ibarət çınqıllı asteroidlər ailəsinə aiddir.
Alimlərin sözlərinə görə, monolit asteroidi parçalayaraq "İtokava"nı əmələ gətirən böyük zərbə ən azı 4,2 milyard il əvvəl baş verib. "İtokava" ölçüsündə asteroidin bu qədər inanılmaz uzun müddətdə mövcud olması materialın yüksək amortizasiya xassəsi ilə əlaqədardır. Belə ki, "İtokava" nəhəng kosmik yastığa bənzəyir və onu məhv etmək çox çətindir.
"Biz çınqıl yığınından ibarət olan asteroidlərin zərbəyə davamlı olub-olmadığını cavablandırmaq üçün yola çıxdıq və onların Günəş sistemində, demək olar ki, bütün tarixi boyu yaşaya biləcəyini kəşf etdik. Bu səbəbdən böyük bir asteroidin Yerə doğru gəlmə ehtimalı varsa, bunun qaya yığıntısı olması şansı daha çoxdur. Yaxşı xəbər odur ki, biz bu məlumatdan öz xeyrimizə istifadə edə bilərik: əgər asteroid kinetik təkan üçün çox gec aşkar edilərsə, biz potensial olaraq asteroidi məhv etmədən, məsələn, yaxınlığında nüvə partlayışının zərbə dalğaları kimi daha aqressiv yoldan istifadə edərək "çınqıl dəstəsini" trayektoriyadan kənarlaşdıra və ya onu dağıda bilərik", - deyə tədqiqatda bildirilir.
Tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunub./Oxu.az

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2290 Tarix: 26 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 13-də güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Qobustan, Neftçala, Hacıqabul, Xaçmaz
12 oktyabrAzərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA
"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard
12 oktyabrBakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd
13 oktyabrScroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri
Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü
12 oktyabrMəktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12 oktyabrDTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla
12 oktyabrBöyük qələbələrə aparan 23 il
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. 22 il öncə - 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızı
12 oktyabr