Gənc oğlan atasına cavab qaytaran arvadını çubuqla döydü - TƏFƏRRÜAT
Balakən rayonunda 1991-ci il təvəllüdlü Səlim ailə münaqişəsi zəminində həyat yoldaşı Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib.
Sonxeber.az demokrat.az-a istinadən xəbər verir ki, hadisə 28 aprel 2022-ci ildə, saat 21 radələrində baş verib.
Səlimin fərdi yaşayış evində onunla birlikdə yaşayan Baharla aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı arvadını qəsdən şillə, yumruq və çubuqla vuraraq ona xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2019-cu ildə Bahar ilə ailə qurub:
"Həmin evlilikdən bizim iki azyaşlı uşağımız var. Mən Bahar ilə valideynlərimin yaşadığı evdə ayrı otaqda yaşayıram".
Səlim qeyd edib ki, hadisə günü, saat 21 radələrində evdə olduğu zaman atası Əli ilə arvadı Bahar arasında mübahisə yaranıb:
"Mübahisə zamanı arvadım atama söz qaytardı. Buna görə də şillə və yumruqla Baharın sifətinə vurdum. Sonra isə uşaq beşiyinin altında istifadə edilən 1 metr uzunluqda çubuğu götürərək Baharın bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdim. Həmin zaman evdə atamdan başqa şəxs olmayıb".
O, əlavə edib ki, əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmaq istəyib.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Baharın sözlərinə görə, hadisə günü yaşadığı evdə qayınatası ilə aralarında mübahisələri yaranıb:
"Qayınatam mənim valideynlərimin ünvanına nalayiq sözlər işlətdi. Bu zaman ərim başıma, sifətimə yumruqla, uşaq beşiyinin yanından asılmış çubuq ilə isə qoluma, ayağıma vuraraq xəsarət yetirdi. Döyüləndən sonra həyətə, oradan isə qonşuya qaçdım. Qonşulardan kimsənin çıxmadığını görərək geri qayıtdım. Həyətdə ərim məni yerə yıxaraq yumruqla başıma vurdu və sonra yola çıxararaq qapının arxasını bağladı".
Zərərçəkmiş qeyd edib ki, əri onun başına, qoluna, ayaqlarına, sifətinə yumruq-şillə və çubuqla vuraraq döydüyü zaman qayınatası kənarda dayanaraq onlara tamaşa edib.
Bu cinayət işinə Balakən Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Səlim aylıq qazancının 15 faizi məbləğində dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzаsınа məhkum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1739 Tarix: 26 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 13-də güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Qobustan, Neftçala, Hacıqabul, Xaçmaz
12 oktyabrAzərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA
"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard
12 oktyabrBakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd
13 oktyabrScroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri
Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü
12 oktyabrMəktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12 oktyabrDTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla
12 oktyabrBöyük qələbələrə aparan 23 il
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. 22 il öncə - 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızı
12 oktyabr