"Bu terror aktı İran-Azərbaycan münasibətlərinin mənfiyə doğru getməsinə xidmət edir" -Nəsib Məhəməliyev

"Bu terror aktı İran-Azərbaycan münasibətlərinin mənfiyə doğru getməsinə xidmət edir" -Nəsib Məhəməliyev"Bu hadisə İran-Azərbaycan münasibətlərində gərginliyin artırılmasına, həm siyasi, həm iqtisadi, həm mədəni münasibətlərin mənfiyə doğru getməsinə xidmət edir. Hadisəni törədənlərlə yanaşı, istiqamətləndirənlər, təşkil edənlər, ideoloji rəhbərləri araşdırılıb tapılmalıdır".

Bu sözləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı Sonxeber.az-a açıqlamasında deyib.

Deputat həmçinin bildirib ki, terror aktı Azərbaycanın hüquq mühafizə orqanları ilə birgə araşdırılmalıdır. Bizim hüquq mühafizə orqanlarımızın iştirakı təmin olunmalı və cinayətkarlar öz cəzalarını mütləq şəkildə almalıdır:

"Tehran şəhərində Azərbaycanın İrandakı səfirliyinə xəyanətkar hücumu qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, bu hadisə terror aktıdır. Bu hadisə İran-Azərbaycan münasibətlərində gərginliyin artırılmasına və siyasi, iqtisadi, mədəni münasibətlərin mənfiyə doğru getməsinə xidmət edir. Hadisəni törədənlərlə yanaşı, istiqamətləndirənlər, təşkil edənlər, ideoloji rəhbərləri araşdırılıb tapılmalıdır. Terror aktı Azərbaycanın hüquq mühafizə orqanları ilə birgə araşdırılmalıdır. Bizim hüquq mühafizə orqanlarımızın iştirakı təmin olunmalı və cinayətkarlar öz cəzalarını mütləq şəkildə almalıdır. İranın ənənəvi siyasətinə fikir versək, ola ilər müxtəlif qrupların üstünə ata bilərlər. Ancaq fakt ondan ibarətdir ki, Vyana konvensiyasına uyğun şəkildə səfirlik, konsulluq, diplomatik nümayəndəliyin təhlükəsizliyi onların fəaliyyət göstərdiyi ölkələr tərəfindən təmin olunmalıdır.Ona görə də İran dövləti məsuliyyət daşıyır və mütləq şəkildə cinayətkarları tez bir zamanda tapıb cəzalandırılmasını təmin etməlidir.
Ermənistan elə bir gücə malik dövlət deyil ki, İranın daxilində terror törətmək imkanı olsun. Ermənistanın İranla o qədər yaxın münasibətləri var ki, İranda terror törətməsinə ehtiyac yoxdur. Ermənistan terror dövlətidir. Ermənistan erməni xalqının yaratdığı ASALA və digər terror təşkilatlara dəstək verib. İran ərazisində terror törətdiyinə inanmıram. Amma Ermənistanın terror dövləti olmasını nəzərə alsaq bu hadisənin arxasında onların olması istisna deyil".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1344   Tarix: 27 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr