Zimbabvedə zənginlər üçün yeni paytaxt tikiləcək
Zimbabve hakimiyyəti ölkənin yeni paytaxtı olacaq futuristik "Cyber City" şəhərinin tikintisinə sərmayə qoymağa hazır olan investorları axtarır.
Planlaşdırıldığı kimi, şəhər indiki paytaxt Hararedən 18 kilometr aralıda salınacaq. Burada milli parlamentin, prezident sarayının və ölkənin mərkəzi bankının yeni binaları, o cümlədən Ali Məhkəmənin binası, birja və digər obyektlər tikiləcək. Layihəyə göydələnlər, ticarət mərkəzləri və yalnız imkanlı vətəndaşların ala biləcəyi 250-yə yaxın dəbdəbəli villalar daxildir.
Zimbabvedə hər gün 19 saat elektrik enerjisi kəsildiyi üçün şəhərin öz günəş elektrik stansiyasının tikintisi də planlaşdırılır.
Layihəyə 500 milyon dollar sərmayə qoyan milyarder investor Şədci ül Mülkün sözlərinə görə, artıq üç villa satılıb. Yeni paytaxt Dubaya bənzəyəcək və bütövlükdə futuristik şəhərin tikintisi 60 milyard dollara başa gələcək.
Qeyd edək ki, Hararendə praktiki olaraq yüksək keyfiyyətli yollar yoxdur, zibillər nadir hallarda təmizlənir, şəhərətrafı ərazilərdə su təchizatı yoxdur və elektrik enerjisi demək olar ki, daim kəsilir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1243 Tarix: 27 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-İran danışıqları dalana dirənir: Hörmüz boğazında gərginlik artır
ABŞ ilə İran arasında müharibənin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət, gəmiçilik təhlükəsizliyi və İran limanlarına qarşı tətbiq edilən dəniz blokadası regiondakı gərginliyi daha da artırır
12 oktyabrİsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
11 oktyabrAtilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların
11 oktyabrSEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən
11 oktyabrİsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabr