Bakıda qolsuz idmançı satıcını amansızlıqla öldürdü - FOTO - TƏFƏRRÜAT

Bakıda qolsuz idmançı satıcını amansızlıqla öldürdü - FOTO - TƏFƏRRÜAT2019-cu il dekabrın 8-də Bakının Nizami rayonu, Qara Qarayev prospekti 31 ünvanında 1988-ci il təvəllüdlü Ramal Kazımovun döş qəfəsindən bıçaqlanması və aldığı xəsarətdən 3 saylı şəhər Kliniki Xəstəxanasında ölməsi barədə polisə məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşlarının hadisə yerinə baxış keçirməsi nəticəsində məlum olub ki, yağışlı hava şəraiti ilə əlaqədar asfalt üzərindəki qan ləkələrinin çoxu yuyulub. Hadisənin aptekin çölündə quraşdırılmış müşahidə kamerası vasitəsi ilə qeydə alınması məlum olub.

Həmin gecə cinayəti törədən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Namiq Səfərov 25-ci Polis Şöbəsinə gələrək könüllü təslim olub.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Sonxeber.az lent.az-a istinadən qətl hadisəsinin istintaq materiallarını təqdim edir.

İstintaqla müəyyən edilib ki, dekabrın 8-i saat 23:30-da Q.Qarayev prospekti 31 ünvanında, binada yaşayan sakinlərə və küçədən keçən vətəndaşlara məhəl qoymayan Namiq Səfərov aralarında yaranmış münaqişə zamanı tanışı Ramal Kazımovun üzünə yumruqla zərbə vurub. Sonra bıçaqla Kazımovun döş qəfəsinə zərbələr endirib. Bu hərəkəti ilə, Səfərov zərərçəkmişi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Namiq Səfərov bildirib ki, Ramal Kazımov Nizami RPİ-nin inzibati binasının yaxınlığında yerləşən "Şərab evi" ni icarə əsasında işlədib. O, mütəmadi həmin mağazadan spirtli içki və siqaret alıb:

"Aramızda ədavət olmasa da, dəfələrlə üstüörtülü danışıq tərzinə görə Ramala öz iradımı bildirmişəm. 2019-cu il dekabrın 8-də axşam zəngləşib uşaqlıq dostum Tale Bəxtiyarlı ilə 8-ci kilometr bazarının yaxınlığında görüşdüm. Saat 23 radələrində "Qara Qarayev" metrostansiyasının yanında fəaliyyət göstərən dönərxanada əyləşib yemək yedik. Orda 350 qram araq içdim. Gecə yarısı ordan çıxıb, "Şərab evi"nə getdik. Kassa arxasında dayanan Ramaldan siqaret və iki şüşə pivə aldım. Mənimlə sərt şəkildə danışdığı üçün Kazımovdan nə üçün belə tərzdə danışdığını soruşdum. İradımı bildirəndə, Ramal mənə qarşı nalayiq ifadələr işlətdi. Aramızdakı sözlü mübahisə kəskinləşdi, bir-birimizə əl atdıq.

Yumruqla Ramalın üzünə zərbə vurdum. Həmin vaxt içəri bir nəfər müştəri daxil oldu və siqaret alıb getdi. Yenidən əlbəyaxa olarkən, qonşu mağazada işləyən Abbas adlı oğlan içəri girdi. Tale ilə birlikdə bizi sakitləşidirməyə çalışdı. Buna baxmayaraq, Ramal məndən çölə çıxıb mübahisəni həll etməyi tələb etdi. İkimiz də "Şərab evi"ndən çıxıb sol tərəfə, mağazaların arxasına getdik. Kənardan keçən insanlar, həmçinin Tale də yaxınlaşıb, bizi aralamağa çalışdılar.

Gödəkçəmin sağ yan cibindən bıçağı çıxarıb Taleyə kənara çəkilməsini bildirdim. Ramal bıçağı görən kimi "çıxartmısansa, vur" dedi. Söyüş söyüb üzərimə gələndə bir neçə dəfə ona zərbələr endirdim. Aldığı xəsarətlərə baxmaq üçün köməkləşib onun əynindəki qolsuz jileti çıxarıb yerə atdıq. Özüm də yanında əyləşib sürücüyə tez bizi Sabunçu xəstəxanasına çatdırmasını xahiş etdim. O vaxta qədər dostum Tale Bəxtiyarlı Çevik Polis Alayının patrul bölüyündə xidmət edən Səddam İsmayılova zəng edərək dava zamanı Ramal Kazımovu bıçaqlamağım barədə məlumat verdi. Buna görə onlar da xəstəxanaya gəldilər. Ramalın öldüyünü biləndən sonra, cinayət məsuliyyətindən qorxdum. Taksi ilə Quba rayonunda yaşayan dostlarımın yanına yollandım. Yolda, Şabran rayonu ərazisində bıçağı pəncərədən çölə tulladım. 25-ci polis şöbəsinin əməkdaşları zəng edərək mənə qaçmağın mənasının olmadığını söylədilər. Buna görə, geri Bakıya qayıtdım və şöbəyə təslim oldum".

Namiq Səfərov qeyd edib ki, Ramal Kazımovun pullarını ələ keçirmək niyyəti olmayıb. Onun sol qolu olmasa da, uşaqlıqdan idmanla məşğul olduğuna görə fiziki cəhətdən özünü zəif hesab etməyib. Hadisə vaxtı ona heç kim kömək etməyib, əksinə dostu Tale onları yalnız aralamağa çalışıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Kamal Kazımov ifadəsində göstərib ki, mərhum Ramal Kazımov onun oğludur:

"2017-ci il ildən oğlum Ramalla birlikdə "Şərab evi''ni icarəyə götürüb işlədirdik. Namiq Səfərov dükanımızdan daima siqaret və müxtəlif içkilər alırdı. Ramalın tanışı olduğuna görə ona nisyə mal da verirdim. Arada Namiq ərkyana şəkildə mağazaya daxil olub, istədiyi siqareti və içkini götürürdü. Dekabrın 8-də gönorta saat 2-yə gədər özüm, sonra isə oğlum işlədi. Ayın 9-da gecə saat 1 radələrində qonşu dükanda telefon ustası işləyən Abbas Məmmədli zəng edərək dava olduğunu xəbər verdi. Ramalın mobil telefonu mağazada, kassanın qarşısında qaldığına görə, onunla əlaqə saxlaya bilmədim. Abbasla birlikdə xəstəxanaya getdik və həkimlərdən oğlumun öldüyünü öyrəndim".

Kamal Kazımov əlavə edib ki, hadisənin hansı şəraitdə baş verdiyini və oğlunun hansı səbəbə görə öldürüldüyünü bilmir. Hesab edib ki, Ramal bir qrup şəxs tərəfindən qətlə yetirilib.

Zərərçəkmiş Tale Bəxtiyarlı ifadəsində göstərib ki, idman zalında fitness müəllimi işləyib:

"Namiq Səfərovu həmin zalda idmanla məşğul olan vaxtdan tanıyıram. Namiq 1-2 il əvvəl Sabunçu rayonu ərazisində baş vermiş avtomobil qəzasında ciddi xəsarət almışdı. Sol qolu amputasiya edilib və yerinə protez qoyulub. Ramal Kazımovu hadisədən 6 ay əvvəl Namiq Səfərovun vasitəsi ilə tanımışam. 2019-cu il dekabrın 8-də dükanda başlayan mübahisə küçədə davam etdi. Namiq sərxoş olduğundan, onu heç cür sakitləşdirə bilmədim. Dostum cibindən bıçaq çıxaranda, ətrafda olan 5-6 nəfər qorxub kənara çəkildi. Bıçağı görən Ramal, "vurmayan"ın ünvanına söyüş işlədən kimi Namiq ona zərbələr endirdi. Bunun qarşısını almağa cəhd edəndə, dostum kəsici alətlə sağ əlimə xəsarət yetirdi. Ramalın xəstəxanada öldüyünü biləndən sonra, tanışım Səddam Hüseynovla Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə getdik və polis əməkdaşlarına Namiq Səfərovun Nizami rayonu ərazisində adam öldürdüyünü bildirdim".

Məhkəmə iclasında Namiq Səfərov ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Səfərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.
Bakıda qolsuz idmançı satıcını amansızlıqla öldürdü - FOTO - TƏFƏRRÜATBakıda qolsuz idmançı satıcını amansızlıqla öldürdü - FOTO - TƏFƏRRÜATBakıda qolsuz idmançı satıcını amansızlıqla öldürdü - FOTO - TƏFƏRRÜAT


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2788   Tarix: 28 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Evdən tez-tez qaçırdı, 3 aydır xəbərim yoxdur" - 14 yaşlı qızın anası

Xətai rayonunda baş verən faciəvi hadisədə zəhərlənən 2012-ci il təvəllüdlü T.B.-nin anası Kəmalə Ələkbərova açıqlama verib. "Qafqazinfo"nun RTV-yə istinadən məlumatına görə, o, qızından bir müddətdir xəbəri olmadığını bildirib. 10 övladı olduğunu deyən ana qızının tez-tez evdən qaçdığını qey

30 aprel
.

Keçmiş məhkəmə sədrindən Şok DƏLƏDUZLUQ: Vəzifəsindən istifadə edib sənədləri saxtalaşdıraraq restoranını icarəyə verib

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin keçmiş sədri, hazırda Vəkillər Kollegiyasının üzvü Məhəmməd Əkbərov vəzifəsindən sui-istifadə edərək Nizami Rayon Məhkəməsinə məxsus olan torpaqda restoran tikib, daha sonra isə sənədləri saxtalaşdıraraq icarəyə verib. Bunu -a müraciət edən zərərçəkmiş sahibkar məluma

1 may
.

Bir qəpik də ödəmədən 1170 sot torpaq aldı

İsveçrədə 24 yaşlı şəxs qanunvericilikdəki boşluqdan istifadə edərək özünü "kral" elan edib və böyük bir ərazini heç bir ödəniş etmədən öz adına keçirib. -a istinadla xəbər verir ki, Jonas Lauviner adlı şəxs mülkiyyət sistemində "sahibsiz" kimi qeyd olunan torpaqları araşdıraraq ümumilikd

1 may
.

Saleh Məmmədov pul ayırmır - Aylardır maaşsız qalıblar

Azərbaycan həndbol komandaları 3 aydır ki, maaş almır. Bununla bağlı "Qafqazinfo"ya komandaların üzvləri və məşqçiləri müraciət edib. Onların iddiasına görə, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətini

1 may
.

2026-cı ildə uşaqlara daha çox hansı adlar verilib?

2026-cı ilin ilk 4 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub. Trend-in əldə etdiyi məlumata görə, 2026-cı ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Belə ki, 105 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 82, Raul 76, Əli 64, Miran 58, Yusif isə 5

1 may
.

Azərbaycan Avropa Parlamenti ilə əlaqələri dayandırdı

Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələrin dayandırılması ilə bağlı qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyəti ilə bağlı yaradılan Komissiyanın hazırladığı qəra

1 may
.

Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır? - Video

İctimai nəqliyyatda telefonla ödənişdə kartlardan əlavə vəsaitin çıxılması ilə bağlı iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İTV-yə sərnişinlər bildiriblər. Onların sözlərinə görə, ödəniş zamanı vəsait çıxsa da, bir neçə saat sonra təkrar gedişhaqqı çıxılır. Bəzən isə gedişhaqq

1 may
.

Maştağadakı psixiatriya mərkəzindən xəstələr qaçıb? - Rəsmi açıqlama

Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı məlumat yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, məlumat əsassızdır. "Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşə

1 may
.

Azər Əliyev Hacı Əliyevin ad günündə - Fotolar

Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyevin 35 yaşı münasibətilə keçirdiyi məclisə qatılıb. Axşam.az xəbər verir ki, məclisdən fotoları H.Əliyev sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Azər Əliyev Prezident İlham Əliyevin bacısı Sevi

1 may