Bakıdan daha bir ÖNƏMLİ GEDİŞ - Azərbaycan və Türkiyə üçün BÖYÜK HƏMLƏ

Bakıdan daha bir ÖNƏMLİ GEDİŞ - Azərbaycan və Türkiyə üçün BÖYÜK HƏMLƏDünən axşam saatlarında təyyarəsi Bakıda enən Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Sisinin səfər proqramı Hindistana səfərlə başladı, turne zamanı Sisinin Azərbaycana, buradan da Ermənistanı gedəcəyini nəzərə alsaq, yaxın gələcəkdə bizi bir çox maraqlı məqamların gözlədiyini deyə bilərik.

Bu detallar nöqteyi nəzərdən Misir Prezidentinin Bakı səfəri olduqca əhəmiyyətlidir. Son zamanlar xüsusilə özünə yeni dostlar, tərəfdaşlar, müttəfqilər qazanan Azərbaycan bu yolda daha bir dövləti siyahısına əlavə etmək üçün əla imkan yaxalayıb.

Bakı Sisi səfərindən nə əldə edəcək?

️ 44 günlük müharibədən sonra Bakını bir qədər fərqli missiyanın da öhdəsindən çox yaxşı gəldiyinin şahidi olmaqdayıq. Bu, Azərbaycanın ən yaxın müttəfiqi, Şuşa Bəyannaməsi ilə münasibətlərinin pik dönəminə qədəm qoyan Türkiyənin uzun illər soyuq münasibətdə olduğu, aralarındakı buzlar heç cürə ərimək bilməyən dövlətlərlə münasibətləri tənzimləyib, əlaqələri yenidən qaydasına salmaq istiqamətində apardığı fəaliyyətdir. Necə ki, bunu rəsmi Bakı İsrail-Türkiyə əlaqələrinin bərpa edilməsi fonunda bacardığını nümayiş etdirdi.

Bilirik ki, ötən il noyabrın sonlarına doğru R.T.Ərdoğanın Sisiylə görüşməsi Türkiyənin "Ərəb Baharı" mövzusunu tamamilə bağlaması istiqamətində atılan mühüm addım oldu. Misirlə münasibətlərdə yeni səhifə açmaq istəyini açıq şəkildə dilə gətirən Türkiyə lideri bu məsələdə böyük ehtimalla İlham Əliyevin də imkanlarından yararlanmaq niyyətindədir.

Türkiyə 2013-cü ildən "Ərəb baharı" dalğasında hakimiyyətə gəlmiş Məhəmməd Mursi hökumətinin devrilməsindən sonra Misirlə arasında münasibətlər arzulounmaz məcraya daxil olduğu hər kəsə bəllidir. Yeni iqtidarın Türkiyə tərəfindən həmin dövrdə hərbi xunta kimi qəbul edilməsi, Liviyadakı vətəndaş müharibəsi iştirakçılarına fərqli münasibət, Aralıq dənizinin qaz ehtiyatları uğrunda mübarizədə fərqli maraqlar ikitərəfli əlaqələrin xarakterinə təsir edirdi.

️ Nəzər salsaq görərik ki, Bakı ilə Ankara bu gün eyni xarici siyasət sitemindən istifadə etməkdədirlər. Hər iki müttəfiq onlar üçün istər regionda, istərsə də dünyada təhdid olan qüvvələrə, dövlətlərə qarşı çox düşünülmüş siyasi gedişlərlə diqqət mərkəzinə düşür. Belə ki, həm Əliyev, həm də Ərdoğan Türk Dünyasına qarşı olan dövlətlərin ətrafındakı yaxın müttəfiqlərinə daha səmimi, daha sadiq iqtisadi, siyasi, hərbi və humanitar təkliflərdən çıxış edərək kənar ünsürlərin Bakı və Ankaraya qarşı olan təzyiq və təhdidlərini qismən azaltmağa nail olmaqla yanaşı, eyni zamanda bir vaxtlar beynəlxalq təşkilatlarda potensial səsləri hesab edilən həmin dövlətlərin həndəvərindəki ölkələri öz tərəfinə çəkməklə beyin savaşında əlini daha da gücləndirərək, bir zamanlar əksinə işləyən həmin "səs"ləri bu gün xeyirinə dəyişməyi bacarmaqdadırlar.

Necə ki, Sisinin Türkiyə ilə normallaşmadan sonra Yunanıstanla çox isti münasibətlərini arxa plana atmaq ehtimalı çox yüksəkdir. Nəzərə alsaq ki, bu, Türkiyə-İsrail arasında hazırda qurulmaqda olan kombinasiyanın gələcəyindən asılıdır, o zaman ehtimalların özünü doğruldacağı istisna edilmir.

Bu detal Türkiyənin əsas diqqətini Ərəb dünyasından çıxararaq Şərqi Aralıq regionuna cəmləmək niyyətindən xəbər verir. Ankara başa düşür ki, bu gün Fransa amilini, ondan gələcək siyasi və hərbi təhlükələri zamanlamaq adına bu yanaşma olduqca önəmli məsələdir. Keçmişdən fərqli olaraq Ankara indi anlayır ki, Türkiyə öz maraqlarını hakim ərəb elitaları ilə təmin etməyə çalışmalıdır. Necə ki, bu yanaşma Qətərdə öz bəhrəsini verdi. Elə Səudiyyə, BƏƏ, Misirlə münasibətlərdə də Ərdoğan bu tipli oyuna qayıtmaqda maraqlı görünür.

Təbii ki, Azərbaycanın da bu mənada Misirlə bağlı bir çox maraqlı məqamları nəzərdən keçirdiyi istisna edilmir. Xüsusilə də 2-3 il öncəyə nəzər salsaq aydın şəkildə görə bilərik ki, 2020-c il Tovuz hadisələrindən sonra, eləcə də İkinci Qarabağ savaşının gedişində bəzən Misir mediası da dezinformasiyaların tirajlanmasında, Ermənistanın xeyirinə heç bir əsası olmayan məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında fəallığı ilə seçilirdi.

Bu mənada Azərbaycanın bir də belə xoşagəlməz proseslərlə üz-üzə qalmaması üçün özünü sığortalamaq adına Misir prezidentinin Bakı səfəri və geniş müzakirələr olduqca əhəmiyyət kəsb edir. Çünki postkonflikt dövründə informasiya savaşı zamanı bu cür detallar olduqca əhəmiyyətli, həlledici ola bilər. Necə ki, biz buna son olaraq elə Laçın yolu ətrafında ermənipərəst dünya mediasında gedən dezinformasiyaların, ağ yalanların Bakıya təzyiq baxımından necə önəmli detal olduğuna şahidik.

️ İlham Əliyevin ötən ilin sonlarında Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı, ardınca Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri deməyə əsas verir ki, rəsmi Bakı Ərəb dövlətləri ilə münasibətlərinə xüsusi önəm verir. Çox güman ki, Misir lideri də Azərbaycanın bu mövqeyini, səmimi dostluq niyyətini olduğu kimi qəbul edir.

Nəzərə alsaq ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində, sülh müqaviləsinin imzalanması istiqamətində ilk baxışdan ən etibarlı moderator kimi görünən Avropa İttifaqının vasitəçilik missiyası Fransanın məkirli planları və niyyəti ucbatından artıq demək olar ki, tamamilə fiaskoya uğradı, bu boşluğu doldurmaq adına da Misir variantı ən ideal seçim ola bilər.

Sisinin rəhbərliyi altında Misir Bakı ilə İrəvan arasında vasitəçi rolunu da oynaya bilər. Sisinin səfər proqramı da bu ehtimalları bir xeyli artırır. Ümumilikdə Misir-Azərbaycan münasibətləri, çox pozitivdir. Tərəflər daim xoş diplomatik jestlər edir, ikitərəfli münasibətlərdə gərginlik yarada biləcək məqamlar ya olmayıb, ya da sürətli şəkildə çözülərək ucuzluğa gedilməyib.

Amma unutmaq olmaz ki, Sisinin Bakıya səfəri bir dost ölkənin prezidentinin səfəri olsa da, ümumi mənzərə göründüyündən bir qədər fərqlənir. Belə deməyə kifayət qədər əsaslar var. Hər halda Aralıq dənizi yataqları uğurunda mübarizədə Fransa, Liviyada Rusiya ilə əməkdaşlıq edən, Cənubi Qafqaz turnesini Hindistana gedərək başlayan dövlətin yeni vasitəçi qismində nə dərəcədə obyektiv olacağı ən azından indi üçün mübahisəli məsələ ola bilər.

️ Sisinin Bakı səfərinə tək vasitəçi nöqteyi nəzərdən yanaşmaq da yanlışlıq olardı. Çünki keçən ilin aprelində Azərbaycan-Misir əlaqələrinin 30 illiyi əməkdaşlığın yeni mərhələsinin başlanması ilə əlamətdar oldu.

2022-ci ilin fevralın 25-də Bakıda keçirilən Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası isə ikitərəfli əməkdaşlığın möhkəmlənməsində yeni mərhələnin əsasını qoyub. İclasın sonunda Azərbaycan ilə Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasının Protokolu və bir sıra sənədlər imzalanıb.

Bu gün Azərbaycanın qarşısında 30 illik işğala son qoymaq qədər vacib bir missiya - erməni vandalizminin izlərini, dağıdılan, yer üzündən silinən, infrastrukturu bərbad hala salınan ərazilərimizin yenidən bərpası, yenidən qurulması missiyası dayanır. Geridə qalan 3 ilə yaxın müddət ərzində Azərbaycan Qarabağda apardığı bütün quruculuq-bərpa işlərini öz iqtisadi imkanlar hesabına qarşılayır. Lakin bu gün Azərbaycana bu istiqamətdə dəstək olduqca böyük önəmli məsələdir. Ən azından bu keçmiş qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına daha tez köçürülməsi prosesinə təkan ola bilər.

Bu istiqamətdə təbii ki, Misirli iş adamlarının işğaldan azad olunan ərazilərə investisiya yatırması Azərbaycanın ancaq xeyirinə olan bir məsələdir. Bu zamana kimi iki ölkə arasında olan anlaşmalar, bu gün Əliyev ilə Sisinin rəhbərliyi altında iki dövlətin geniş tərkibdə görüşünün baş tutması sadalanan məsələylə bağlı da gözləntilərin çox yüksək olduğundan xəbər verir.

Əs-Sisinin Azərbaycana səfəri Qahirənin bölgəmizlə əlaqələrə marağından irəli gəldiyini nəzərə alsaq, onun Cənubi Qafqaza səfərinin başlanğıcı kimi Bakını seçməsi çox önəmli məsələdir. Afrika qitəsinin və Ərəb Dünyasının aparıcı ölkələrindən biri olan, geosiyasi mövqeyinə görə aparıcı dövlətləri onunla hesablaşmağa məcbur qoyan rəsmi Qahirə ilə Bakının sıx əlaqləri tamamilə Azərbaycanın maraqlarına cavab verir./Milli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1321   Tarix: 28 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub

Azərbaycan "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulub. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. [hh4-unikal]

25 iyun
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca

25 iyun
.

"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT

"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

11 iyun
.

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 2-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen

2 iyul
.

Bu institut ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə

10 iyun
.

Səfir: "Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər"

"Almaniya ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Berlinə rəsmi səfər edəcək". "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib. "Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Bi

15 iyun
.

Prezident Lyayen ilə geniş tərkibdə görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

2 iyul