Qusman: "İran terrorla bağlı hərtərəfli araşdırma aparmalıdır və buna aydınlıq gətirməlidir"
Qusman: İran terrorla bağlı hərtərəfli araşdırma aparmalıdır və buna aydınlıq gətirməlidir
"İran səfirlikdəki terrorla bağlı hərtərəfli araşdırma aparmalıdır və bu barədə Azərbaycana, o cümlədən bütün dünyada aydınlıq gətirməlidir".
Bu fikirləri Naxçıvanda səfərdə olan Rusiyanın tanınmış jurnalisti, tərcüməçi və televiziya aparıcısı, TASS agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi, əməkdar jurnalist Mixail Qusman AzTV-yə və Naxçıvan televiziyasına deyib.
Tehrandakı terroru kəskin pisləyən M.Qusman bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə edilən dünənki hücum bu dünyada terrorun nə qədər dəhşətli olduğunu anlayan hər kəsin qəlbində ağrı yaratdı:
"Bu terror aktı hamını qəzəbləndirdi. Rusiyanın Xarici İşlər naziri, Birləşmiş Millətlər Təşkilatı sərt reaksiya verdi. Azərbaycan rəhbərliyi müxtəlif ölkələrdən terror aktı ilə bağlı teleqramlar aldı. Azərbaycanın İrandakı səfirliyinin mühafizəçisi Orxan Əsgərovun ailəsinə başsağlığı verirəm, o öz canı bahasına dostları ilə birgə daha bir faciənin qarşısını aldı. Hesab edirəm ki, müasir dünyamızda terrora yer olmamalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin də bildirdiyi kimi, müasir dünyada terrorizmə yer yoxdur! İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan terroru qəbul etmir"./Report
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb