İnsan ildə neçə dəfə MRT və KT oluna bilər? - Nazirlik ekspertindən AÇIQLAMA

İnsan ildə neçə dəfə MRT və KT oluna bilər? - Nazirlik ekspertindən AÇIQLAMASəhiyyə Nazirliyinin mütəxəssis-eksperti Ağakişi Yəhyayev nazirliyin sosial şəbəkələrdəki hesablarına radioloji müayinələrlə bağlı gələn sualları cavablandırıb.

Maqnit rezonans tomoqrafiya (MRT) ilə kompüter tomoqrafiyası (KT) arasındakı fərqdən danışan radioloq insanın ildə neçə dəfə bu müayinələrdən keçə biləcəyini də deyib.

"Maqnit rezonans tomoqrafiyası bir neçə üstünlüyə malikdir. Onlardan ən önəmlisi insan orqanlarını toxuma səviyyəsində dəyərləndirmə imkanıdır. Təbii ki, bütün orqanları bura aid etmək olmaz, ancaq ümumilikdə orqanizmin əksər orqanları maqnit rezonans tomoqrafiyası ilə dəqiqliklə müayinə oluna bilər. Bundan əlavə, MRT müayinəsi rentgen şüası kimi zərərli deyil. Bu səbəbdən rahatlıqla kiçik yaşlı uşaqlara və hamilə qadınlara bu müayinə təyin oluna bilər. MRT müayinəsində KT-dən fərqli olaraq zərərli şüalar yoxdur və ağciyər və mədə bağırsaq xaric daha dəqiq müayinə oluna bilər.

MRT-nin mənfi tərəfləri isə uzun vaxt tələb etməsi və qapalı sahədə icra olunmasıdır. Ona görə də klaustrafobik xəstələr (qapalı sahə qorxusu olan xəstələr) MRT-ni rahat keçə bilmir.

həkimlər ağciyər və mədə-bağırsaq sistemini müayinə edən zaman MRT-dən istifadə etməməlidirlər.

KT-də isə müayinə müddəti qısadır və bu tip xəstələr rahat müayinədən keçə bilirlər. KT-nin digər bir üstünlüyü ağciyərləri MRT-dən fərqli olaraq millimetrik dəqiqliyi ilə göstərməsidir. Bundan əlavə, kompüter tomoqrafiyası incə sümük sınıqları haqqında daha dəqiq məlumat verir.

İldə say məhdudiyyətinə gəldikdə, xəstəliyi müəyyənləşdirmək lazımdır. Məsələn, əgər bir xəstə xərçəngdirsə və onun kimyəvi müalicə müddəti şiş toxumasının ölçülərindən aslıdırsa, bu təqdirdə hər üç aydan bir KT-dən keçə bilər. Eləcə də, əgər xəstə ağır beyin əməliyyatı keçirib və onun vəziyyəti daha da ağırlaşıbsa, bu zaman beynində baş verən prosesləri dəyərləndirmək üçün ard-arda KT müayinəsi təyin oluna bilər. Sadəcə profilaktik yoxlamaq məqsədilə KT müayinəsi aparılmamalıdır.

Ümumiyyətlə, müayinə metodunun hansı aralıqda istifadə olunması xəstəliyin növündən asılıdır. Burada insan orqanizminə olan zərərdən danışırıqsa, ultrasəs və MRT-nin zərəri olmadığı üçün məhdudiyyət yoxdur.

Tomoqrafiyada şüa olduğu üçün tez-tez müayinə metodu kimi istifadə olunmur. Bu yenə də xəstəliyin növündən asılıdır. Məsələn, yeni neyrocərahiyyə əməliyyatı olan şəxsdə hansısa fəsad yaranıbsa, cərrah bir həftə ərzində davamlı tomoqrafiya müayinəsini təyin edə bilər. Onkoloji xəstələrdə ilk üç ay, sonra altı aydan və bir ildən bir tomoqrafiya tələb oluna bilər.

Təkrar müayinələrin tələbi xəstəlikdən və ilk ultrasəs müayinəsi zamanı tapılmış əlamətlərdən asılı olur. Ultrasəs müayinə başlanğıc müayinə metodudur. Başlanğıcda əgər yüngül dəyişikliklər tapılıbsa (məsələn, qaraciyərin yağlanması, öd kisəsində və böyrəkdə daş), bu zaman ultrasəs müayinəsinin nəticəsi bizi qane edir. Əgər xəstənin şikayətləri ilə təmiz çıxan ultrasəs müayinəsi üst-üstə düşmürsə, yaxud da ultrasəsdə şübhəli bir məqam varsa, o zaman həkim xəstənin digər radioloji müayinələrdən keçməsini zəruri hesab edə bilər. Xəstəliyin gedişatından asılı olaraq, müayinənin hansı ardıcıllıqla aparılacağına həkim qərar verir./Milli


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2577   Tarix: 29 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Spirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB

"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca

9 oktyabr
.

Gözləriniz əsl yaşınızı göstərə bilər

Yeni araşdırma süni intellektlə aparılan göz müayinələrinin insanların bioloji yaşlanma sürətini və bəzi gizli sistem xəstəlikləri erkən mərhələdə müəyyən edə biləcəyini ortaya qoyub. xəbər verir ki, Cənubi Koreyanın Seul milli universitetinin alimləri gözün arxa hissəsində yerləşən tor qişanı (retinanı

30 sentyabr
.

100 yaşdan çox yaşayanların ortaq 5 sirri

Amerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib. xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanlar

4 oktyabr
.

Yeməkdən sonra şişkinliyin səbəbi bu xəstəliklər ola bilər - XƏBƏRDARLIQ

Yeməkdən sonra qarında şişkinlik bir çox insanda müşahidə olunan və qidalanma vərdişləri, həzm prosesi və qəbul edilən qidalarla bağlı yarana bilən haldır. Lakin şişkinliyin tez-tez təkrarlanması, uzun müddət davam etməsi və digər əlamətlərlə müşayiət olunması həzm sistemi ilə bağlı hər hansı problemi

5 oktyabr
.

Qan təzyiqini və qan laxtalanması riskini azaldan içkinin adı açıqlandı

Zəncəfil çayı qan təzyiqini və qan laxtalanma riskini azaldır. " "ya istinadən xəbər verir ki, Akademik Roytberq Klinikasının qastroenteroloqu Yevgeni Belousov bu barədə məlumat paylaşıb. Onun sözlərinə görə, içki qan təzyiqini aşağı salmağa, qan laxtalarını azaltmağa və qan dövranını yaxşılaşdırmağ

29 sentyabr
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr
.

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlər üzrə kordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbər

24 sentyabr
.

Rusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA

Rusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyy

7 oktyabr
.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl

27 sentyabr