100 yaşdan çox yaşayanların ortaq 5 sirri

100 yaşdan çox yaşayanların ortaq 5 sirriAmerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanları haqqında sənədli film hazırlamaq üçün 2015-ci ildən etibarən müxtəlif ölkələrə səfər edib və Ginnesin Rekordlar Kitabında "dünyanın ən yaşlı yaşayan insanı" titulunu daşıyan şəxslərlə görüşüb.

Onun bu mövzuya marağı 116 yaşında dünyanın ən yaşlı insanı elan edilən amerikalı Süzanna Muşatt Consla görüşdən sonra başlayıb. Rejissor insanın 100, hətta 110 ildən çox yaşamasına hansı amillərin təsir etdiyini anlamağa çalışıb.

Qrin bildirib ki, uzunömürlülüyün hamıya uyğun vahid "sirri" yoxdur. Genetika, həyat tərzi və təsadüfi amillər burada mühüm rol oynayır. Bununla belə, onun görüşdüyü uzunömürlü insanların həyatında beş əsas ortaq xüsusiyyət diqqət çəkib.

Əksəriyyəti qadınlardır

2015-2025-ci illər ərzində dünyanın ən yaşlı yaşayan insanı titulunu daşıyan şəxslərin hamısı qadın olub. Rejissorun sözlərinə görə, dünyanın ən yaşlı insanının kişi olması olduqca nadir haldır.

İngiltərədə aparılan uzunömürlülük araşdırmalarına əsasən, dünyadakı 100 yaşdan yuxarı insanların 85 faizindən çoxunu, 110 yaşdan yuxarı yaşayanların isə 90 faizdən çoxunu qadınlar təşkil edir. Tarixdə yaşı rəsmi şəkildə təsdiqlənmiş ən uzunömürlü insan da qadın olub. Fransalı Janna Kalman 1997-ci ildə 122 yaşında vəfat edib.

Həyata pozitiv yanaşırlar

Rejissorun diqqətini çəkən digər xüsusiyyət uzunömürlü insanların həyata münasibəti olub. Onların əksəriyyəti çoxsaylı çətinliklər yaşasa da, pessimist olmayıb. Məsələn, yaponiyalı Kane Tanaka İkinci dünya müharibəsini görüb, həyat yoldaşı müharibəyə gedib, oğlu əsir düşüb, özü isə iki dəfə xərçəng xəstəliyinə qalib gəlib. Buna baxmayaraq, Tanaka insanlara çox narahat olmamağı və hər şeyi həddindən artıq düşünməməyi məsləhət görüb. 117 yaşına qədər yaşayan Mariya Branyas da həyatında müharibələr və pandemiyalar görsə də, keçmişindən danışarkən daha çox xoş xatirələrini yada salıb.

Tək qalmırlar

Uzunömürlü insanlarda müşahidə edilən digər mühüm məqam güclü sosial əlaqələrinin olmasıdır. Sem Qrinin sözlərinə görə, onun görüşdüyü insanların ətrafında həmişə qayğı göstərən ailə üzvləri, dostları və ya baxıcıları olub. Rejissor hesab edir ki, sevilmək, sosial münasibətləri qorumaq və başqa insanlarla ünsiyyətdə olmaq uzun və sağlam həyat üçün əhəmiyyətli amillərdən biridir.

Gündəlik rejimə əməl edirlər

110 yaşdan çox yaşayan insanların əksəriyyətinin müəyyən gündəlik rejimi olub. Onlar yatmaq, yemək, fiziki hərəkət və digər gündəlik fəaliyyətlərini mümkün qədər eyni qaydada davam etdiriblər. Uzunömürlülərin bir çoxu hətta yaşlı dövrlərində də fəaliyyətlərini dayandırmayıb.

Yamaykalı Vayolet Braun 80 ildən artıq musiqi müəllimi işləyib. Andre bacı kimi tanınan fransız rahibə isə 100 yaşından sonra belə könüllü fəaliyyətini davam etdirib. Qrin qeyd edib ki, bu insanlar xüsusi pəhrizlərə əməl etməyiblər. Əsas xüsusiyyət onların uzun illər ərzində eyni vərdişləri və müəyyən tarazlığı qoruması olub.

Həyatdan zövq alırlar

Rejissorun sözlərinə görə, dünyanın ən yaşlı insanlarının hamısı son dərəcə sərt həyat tərzi sürməyib. Bəziləri şirniyyat, ət və süd məhsullarını sevib, bəziləri isə müəyyən dövrlərdə spirtli içki və ya siqaretdən istifadə edib.

Məsələn, 116 yaşına qədər yaşayan Süzanna Muşatt Cons hər səhər bekon yeyib. Dünyanın ən uzunömürlü insanı hesab edilən Janna Kalmanın isə 100 yaşını keçdikdən sonra belə siqaret çəkdiyi məlumdur.

Bununla belə, Sem Qrin onların əksəriyyətinin hər şeydə ölçülü davranmağa çalışdığını vurğulayıb. Rejissorun fikrincə, uzunömürlüləri birləşdirən əsas xüsusiyyətlər həyatı həddindən artıq ciddiyə almamaq, insanlarla əlaqəni qorumaq, gündəlik rejimə sahib olmaq, pozitiv düşünmək və həyatın zövqlərindən müəyyən ölçüdə yararlanmaqdır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 151   Tarix: 04 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsan beyninin sirri açıldı

Stanford Universitetinin alimlərinin apardığı araşdırma insan beyninin inkişafı ilə bağlı yeni nəticə ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar beynin ön və arxa hissələrinin embrional inkişafın çox erkən mərhələsində fərqli progenitor hüceyrə qruplarından əmələ gəldiyini müəyyə

22 sentyabr
.

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlər üzrə kordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbər

24 sentyabr
.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütün xərçəng xəstəliklərinin 12 faizi infeksiyalarla əlaqəli olub. Bu, təxminən 2,

4 oktyabr
.

Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər

Cənubi Koreyalı alimlər müəyyən ediblər ki, gözün tor qişasının adi skanı insanın bioloji yaşını qiymətləndirməyə kömək edə bilər. Tədqiqatçılar təxminən 30 min görüntünü analiz edərək tor qişanın "yaşı", həyat tərzi və bəzi xəstəliklər arasında əlaqə aşkarlayıblar. xəbər verir ki, söhbət bioloj

27 sentyabr
.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə ciddi olduğ

20 sentyabr
.

Dişlərinizi bir ayaq üstə təmizləyin - Yaşlanmaya qarşı maraqlı TÖVSİYƏ

Dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq qəribə görünsə də, bu sadə vərdiş yaşlılıq dövründə yıxılma və travma riskinin azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, ortoped-cərrah Coselin Vittsteyn dişlərini hər gün bir ayaq üstə dayanaraq təmizlədiyini bildirib. Onun sözlərin

20 sentyabr
.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyən 5 yanlış davranışı açıqlayıb. Mütəxəssis bildirib ki, son illərdə boyun ağrıs

26 sentyabr
.

Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar

"Soyuqdəymə və qrip zamanı düzgün seçilmiş qidalar orqanizmin bərpasını sürətləndirir". xəbər verir ki, bu sözləri amerikalı dietoloq Bet Çervoni deyib. Mütəxəssis xəstəlik dövründə maye, kalori və bəsləyici maddələrlə zəngin olan bulyon və şorbalara üstünlük verməyi tövsiyə edib:. "Şorbanı

26 sentyabr
.

Alimlər beş saniyə qaydasını yoxladı: Hansı qida ən çox bakteriya topladı?

Bir çox insan yerə düşən qidanı məşhur "beş saniyə qaydası"na güvənərək götürüb yeməyə davam edir. Bəs bu qayda həqiqətən işləyirmi? Alimlər bunu eksperiment yolu ilə yoxlamağa qərar veriblər və nəticələr sadəcə "bəli" və ya "xeyr" cavabından daha maraqlı olub. Qaynarinf

29 sentyabr