Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
"Soyuqdəymə və qrip zamanı düzgün seçilmiş qidalar orqanizmin bərpasını sürətləndirir".
Milli.Az xəbər verir ki, bu sözləri amerikalı dietoloq Bet Çervoni deyib.
Mütəxəssis xəstəlik dövründə maye, kalori və bəsləyici maddələrlə zəngin olan bulyon və şorbalara üstünlük verməyi tövsiyə edib:
"Şorbanın temperaturu və buxarı burun tutulmasını da yüngülləşdirir. Həmçinin bu dövrdə düyü, kartof, tərəvəzlər və yumurta kimi yüngül qidalar orqanizm üçün xüsusilə faydalıdır".
Dietoloq kəskin respirator virus infeksiyaları zamanı rasiona yulaf sıyığı, banan, kreker, alma püresi və yoqurt əlavə etməyi məsləhət görür.
"Tez sağalmaq üçün zəruri olan C vitaminini isə apelsin, kivi, çiyələk, yemiş, pomidor, brokkoli, gül kələmi və şirin bibərdən almaq mümkündür", - deyə o, əlavə edib.
Mütəxəssisin sözlərinə görə, xəstəlik müddətində energetik içkilər, qəhvə, tünd qara çay, spirtli və qazlı içkilərdən uzaq durmaq lazımdır. Şirniyyat və acı yeməklərin də qəbulu məhdudlaşdırılmalıdır.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 139 Tarix: 26 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə ciddi olduğ
20 sentyabrDişlərinizi bir ayaq üstə təmizləyin - Yaşlanmaya qarşı maraqlı TÖVSİYƏ
Dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq qəribə görünsə də, bu sadə vərdiş yaşlılıq dövründə yıxılma və travma riskinin azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, ortoped-cərrah Coselin Vittsteyn dişlərini hər gün bir ayaq üstə dayanaraq təmizlədiyini bildirib. Onun sözlərin
20 sentyabrÜrək üçün faydalı olan 6 dəniz məhsulu
Ürək sağlamlığından narahat olan şəxslər qida rasionuna bəzi dəniz məhsullarını əlavə edə bilərlər. Dəniz məhsulları omeqa-3 yağ turşuları ilə zəngindir. Lakin bəzi növlər ürək sağlamlığı baxımından digərlərindən daha faydalı hesab olunur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" kardioloql
14 sentyabrKirpik qaynağı ilə bağlı araşdırma: 25 qadından 24-də gənə aşkarlanıb
Gözəllik məqsədilə geniş istifadə olunan kirpik uzatma proseduru ilə bağlı yeni araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. Alimlər uzun müddət və müntəzəm şəkildə kirpik uzatdıran şəxslərdə göz ətrafında parazitlərin və digər qalıqların toplanması riskinə diqqət çəkiblər. Qaynarinfo xəbər verir ki
16 sentyabrPayızda immuniteti gücləndirmək üçün nə yemək lazımdır?
Havaların soyuması ilə bir çox insan orqanizmi və immun sistemini dəstəkləyə biləcək əlçatan məhsullar axtarır. Belə məhsullar arasında tez-tez sarımsaq, soğan, kələm və çuğundur qeyd olunur. Xüsusilə sarımsağa ənənəvi olaraq böyük diqqət yetirilir. Mütəxəssislərin sözlərinə görə, onun tərkibində antimikro
22 sentyabrHansı bel ağrısı xərçəngə işarə edə bilər?
Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel
20 sentyabrEnerjini bərpa etmək üçün gündüz nə qədər yatmaq lazımdır?
Bəzən günün ortasında gözləriniz öz-özünə yumulur və o qədər yuxunuz gəlir ki, işləmək çətinləşir. Yuxu üzrə mütəxəssislər belə hallarda enerji toplamaq üçün qısa müddətə mürgüləməyə icazə verməyin faydalı olduğunu bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" yazıb. Laki
21 sentyabr