Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətlə əlaqələndirilir.
Bəs, mal ətinin qiymətinin bahalaşmasına əsasən hansı amillər təsir edir və yem, heyvandarlıq və digər istehsal xərclərinin artması ilə yanaşı, bazarda tələbat və idxalın həcmi qiymətlərin formalaşmasına necə təsir göstərir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ət bazarında qiymət artımı davam edir. Bunun əsas səbəbləri arasında saxlanılan heyvanların sayının azalması və qiymət artımına baxmayaraq tələbatın yüksəlməsi dayanır.
"Son 10 ildə xırdabuynuzlu heyvanların sayında təqribən 20 faiz, iribuynuzlu heyvanların sayında isə 5-6 faiz azalma müşahidə olunur. Eyni dövrdə əhalinin ət tələbatı 25 faizə qədər, kəsilən ətin həcmi isə 25 faiz artıb. Heyvandarlığın əvvəlki səviyyədə inkişaf etməməsinin səbəbləri arasında otlaq sahələrinin azalması və heyvan saxlama xərclərinin artması da var. Bu amillər həm ev təsərrüfatlarının, həm də intensiv təsərrüfatların fəaliyyətinə təsir göstərir".
Ekspert bildirib ki, ətin bahalaşmasının qarşısını alan əsas amillərdən biri idxal idi. Lakin idxal olunan ölkələrdə də qiymətlərin artması və logistika xərclərinin yüksəlməsi ucuz idxal imkanlarını məhdudlaşdırıb:
"Əvvəllər Ukraynadan gətirilən ucuz ətlər bazarda müəyyən rol oynayırdı. Rusiya-Ukrayna müharibəsi fonunda həm Rusiyada, həm də Ukraynada ət qiymətlərinin və logistika xərclərinin artması da bazara təsir göstərir. Beləliklə, ucuz idxalın azalması, idxal xərclərinin artması, yerli heyvandarlıqda heyvan sayının azalması və tələbatın yüksəlməsi ət qiymətlərinin artmasına səbəb olur. Bu amillər qiymət artımının yaxın gələcəkdə də davam edə biləcəyini göstərir. Digər tərəfdən, qiymətlərin yüksəlməsi və sahənin rentabelliliyinin artması sahibkarların heyvandarlığa marağını artıra bilər. Xəstəliklər də bazara çıxarılan ət təklifinə ciddi təsir göstərə bilər. Ölkədə yayılan dabaq xəstəliyinin miqyası və bazara çıxarılan ət həcminə təsiri qiymətlərin sonrakı dinamikasında rol oynayacaq. Xəstə heyvanlardan əldə olunan ətin bazara çıxarılmaması təklifin azalmasına və nəticədə qiymət artımının sürətlənməsinə səbəb ola bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili
17 sentyabrÖlkədən nə qədər mis məmulatları ixrac edilib?
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 24,59 milyon dollar dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac olunub. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki bu, 2025-ci ilin müvafiq dövrünün göstəricis
9 sentyabrBakıda ətin qiyməti 19 manat oldu
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin
22 sentyabrAzərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 19 %-ə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 114,7 milyon manat vəsait daxil olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 % çoxdur. 8 ay ərzində quru
23 sentyabrAzərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Ema
11 sentyabrÜzüm şərabı ehtiyatı artıb
Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki
14 sentyabrAzərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb
Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus
16 sentyabrAzərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 185 milyon 174 min ABŞ dolları dəyərində 841 min 677,9 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 21,6 milyon ABŞ dolları və ya 13,2 %, həcm
24 sentyabr