Rusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA

Rusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMARusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təhlükəsiz su, sanitariya və gigiyena qaydalarına əməl olunması xəstəliyin qarşısının alınmasında əsas tədbirlərdəndir.

Bəs, vəba nə dərəcədə təhlükəli xəstəlikdir, onun yayılmasına əsasən hansı amillər səbəb olur, Azərbaycana yoluxma riskinin qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülməlidir və insanlar vəbanın hansı əlamətlərinə diqqət etməlidirlər?
Rusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, vəba və taun təhlükəli infeksion xəstəliklərdir:

"Hazırda Rusiyanın bir neçə bölgəsində, o cümlədən İrkutsk vilayətində xəstəliyin yayılması ilə bağlı məlumatlar var. Azərbaycanda isə əks-epidemik tədbirlər həyata keçirilir və bu istiqamətdə Respublika Epidemioloji Mərkəzi tərəfindən müvafiq işlər görülür. Xaricdən, o cümlədən Rusiyadan gələn vətəndaşlarla bağlı əks-epidemik tədbirlər həyata keçirilir və onların ölkəyə girişinə nəzarət olunur. Düşünürəm ki, hazırda Azərbaycanda karantin rejiminin qüvvədə olması da müəyyən mənada müsbət rol oynayır. Quru sərhədlərin bağlı olması ölkəyə kütləvi insan axınının azalmasına təsir edir. Əsas giriş isə hava nəqliyyatı vasitəsilədir. Bu baxımdan, hazırda Azərbaycan üçün ciddi yoluxma təhlükəsinin olduğunu düşünmürəm. Respublikanın baş epidemioloqu Təyyar müəllim də öz çıxışında yoluxma riskinin aşağı olduğunu qeyd edib. Əks-epidemik tədbirlər yerində görülür və bu barədə bütün respublika və rayon epidemiologiya mərkəzlərinə xüsusi göstərişlər verilib".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 457   Tarix: 07 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alimlər beş saniyə qaydasını yoxladı: Hansı qida ən çox bakteriya topladı?

Bir çox insan yerə düşən qidanı məşhur "beş saniyə qaydası"na güvənərək götürüb yeməyə davam edir. Bəs bu qayda həqiqətən işləyirmi? Alimlər bunu eksperiment yolu ilə yoxlamağa qərar veriblər və nəticələr sadəcə "bəli" və ya "xeyr" cavabından daha maraqlı olub. Qaynarinf

29 sentyabr
.

Rusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA

Rusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyy

7 oktyabr
.

D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu

D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə

23 sentyabr
.

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlər üzrə kordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbər

24 sentyabr
.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin: Nəticəni dəyişdirir

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəyə təsir edə biləcək, tez-tez rast gəlinən, lakin o qədər də nəzərə çarpmayan səhvlər

27 sentyabr
.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd

26 sentyabr
.

İnsan beyninin sirri açıldı

Stanford Universitetinin alimlərinin apardığı araşdırma insan beyninin inkişafı ilə bağlı yeni nəticə ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar beynin ön və arxa hissələrinin embrional inkişafın çox erkən mərhələsində fərqli progenitor hüceyrə qruplarından əmələ gəldiyini müəyyə

22 sentyabr
.

Qlobal istiləşmə insanları sağlam dəridən məhrum edir

İqlim dəyişikliyi bütün dünyada insanların dərisinə ciddi zərər vurur və yeni xəstəlik dalğalarının yaranmasına səbəb olur. Qaynarinfo xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun gəldiyi bu nəticələr Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Dermatologiya və Venerologiya Akademiyasının (EADV

30 sentyabr
.

Yuxusuzluq insult riskini 26 faiz artıra bilər - Alimlərdən yeni araşdırma

Yuxu pozğunluğu ilə insult riski arasında əlaqə olduğu müəyyənləşib. Alimlərin apardığı araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult ehtimalı daha yüksəkdir. xəbər verir ki, Bolonya Neyroloji Elmlər İnstitutunun mütəxəssisləri müxtəlif tədqiqatların nəticələrini təhlil ediblər. İnsultl

29 sentyabr