Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər
Fərdi yaşayış evlərinin tikintisi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması həm tikinti prosesində işçilərin həyat və sağlamlığı üçün, həm də sonradan evdə yaşayan insanların təhlükəsizliyi üçün ciddi risklər yarada bilər. Xüsusilə bünövrə və daşıyıcı konstruksiyaların düzgün qurulmaması, elektrik və qaz xətlərinin normativlərə uyğun çəkilməməsi qəza və digər təhlükəli hallara səbəb ola bilər. Bu baxımdan, tikinti zamanı texniki və təhlükəsizlik tələblərinə əməl olunması mühüm əhəmiyyət daşıyır.
Bəs, fərdi yaşayış evlərinin tikintisi zamanı ən çox hansı təhlükəsizlik qaydaları pozulur, işçilərin təhlükəsizliyinin təmin edilməsi, bünövrə və konstruksiyaların düzgün qurulması, elektrik və qaz xətlərinin çəkilməsi zamanı hansı tələblərə xüsusi diqqət yetirilməlidir və ev sahibi gələcəkdə yarana biləcək qəza risklərinin qarşısını almaq üçün hansı əsas qaydalara əməl etməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev bildirib ki, fərdi ev tikintisində əsas təhlükəli pozuntular hündürlükdə qorunmadan işləmək, dayanıqsız iskelelərdən istifadə etmək, qazıntıları uçqundan qorumamaq və açıq elektrik birləşmələrinə yol verməkdir.
"İşçilər təhlükəsizlik üzrə təlimatlandırılmalı, sahə hasarlanmalı, təhlükəsiz iş platformaları və qoruyucu məhəccərlər qurulmalı, işə uyğun fərdi mühafizə vasitələri təmin edilməlidir. Qazıntıdan əvvəl yeraltı kommunikasiya xətlərinin yeri dəqiqləşdirilməlidir. Bu tədbirlər yıxılma, torpaq altında qalma və elektrik vurması riskini azaldır. Bünövrə və daşıyıcı konstruksiyalar mühəndis hesablamasına əsaslanmalıdır. Torpağın daşıma qabiliyyəti, yeraltı sular və ərazinin seysmik şəraiti araşdırılmalıdır. Armatur, beton və daşıyıcı elementlər layihəyə uyğun seçilməli, hesablamasız əlavə mərtəbə tikilməməli və konstruksiya dəyişdirilməməlidir. Bu məsələlərdə səhv sonradan qeyri-bərabər çökməyə, çatlara və dayanıqlığın itirilməsinə səbəb ola bilər".
Ekspert bildirib ki, elektrik işləri ixtisaslı mütəxəssis tərəfindən görülməli, kabel və avtomatik açarlar yükə uyğun seçilməli, torpaqlama və sızma cərəyanından mühafizə təmin olunmalıdır:
"Quraşdırma istifadəyə verilməzdən əvvəl yoxlanılmalıdır: yanlış birləşmə həm elektrik vurması, həm də yanğın təhlükəsi yaradır. Qaz xətləri layihəyə uyğun, mütəxəssis tərəfindən çəkilməli, qaz verilməzdən əvvəl sızdırmazlıq yoxlanılmalıdır. Havalandırma və yanma məhsullarının düzgün xaric edilməsi də vacibdir - burada nöqsan partlayışla yanaşı, dəm qazından zəhərlənmə riski yaradır. Ev sahibi tikintiyə başlamazdan əvvəl evin göstəricilərinə uyğun məlumatlandırma və ya icazə proseduruna əməl etməlidir. Tövsiyəm budur: ixtisaslı layihəçi və podratçı seçilsin, mərhələli mühəndis nəzarəti təşkil olunsun. Xüsusən armatur betonlanmadan, elektrik xətləri örtülmədən yoxlanılsın və nəticələr sənədləşdirilsin. Gizli qüsuru sonradan tapmaq və düzəltmək daha çətin və baha başa gəlir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olan Məhəmmədin fotosu
Azərbaycanda qızıl kəskin bahalaşdı
Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Xalq artisti evdə yıxılıb xəsarət aldı
"WhatsApp"da yeni funksiya
Pensiyalar bu tarixdə ödəniləcək
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir
İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?
Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq
İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü