Daha bir ölkə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücumu pisləyib
Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyir.
"Report" xəbər verir ki, bu barədə Paraqvayın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir, bu hərəkətlərin qəbuledilməz olduğunu bildirir, qurbanın ailəsinə başsağlığı verir, yaralıların tezliklə sağalmasına ümid edir və faktların operativ şəkildə aydınlaşdırılmasını tələb edir", - bəyanatda qeyd olunur.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. "Kalaşnikov" markalı avtomatla silahlanmış şəxs səfirliyin binasına zorla daxil olub, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.
Terror aktı ilə əlaqədar Azərbaycanın Tehrandakı səfirliyi fəliyyətini tamamilə dayandırıb, diplomatik korpusun əməkdaşları və onların ailə üzvləri Bakıya təxliyə edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb