Azərbaycan Ombudsmanı İranın Ümumi Təftiş Təşkilatının rəhbərinə məktub ünvanlayıb
Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İran İslam Respublikasının insan hüquqları qurumu olan Ümumi Təftiş Təşkilatının rəhbəri Zabihullah Xodayana rəsmi məktub ünvanlayıb.
Bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Məktubda Ombudsman Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə 27 yanvar 2023-cü il tarixdə edilmiş terror aktını qətiyyətlə pisləyib və 1961-ci il diplomatik əlaqələrə dair Vyana və 1973-cü il "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyalarının tələblərinin kobud şəkildə pozulduğunu diqqətə çatdırıb.
Azərbaycan Ombudsmanı İranın sözügedən insan hüquqları təşkilatını bu cür xain hücumu təşkil edən və törədilməsində iştirak edən şəxslərin tez bir zamanda ədalət mühakiməsinə təhvil verilməsi üçün səlahiyyətləri çərçivəsində lazımi və təxirəsalınmaz tədbirlər görməyə dəvət edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb