Tahir Rzayev: "İranda səfirliyimizin təhlükəsizliyi təmin edilmirsə, orada fəaliyyətin anlamı da yoxdur"

Tahir Rzayev: "İranda səfirliyimizin təhlükəsizliyi təmin edilmirsə, orada fəaliyyətin anlamı da yoxdur""Azərbaycanın İranla bağlı mövqeyi dəyişməyəcək. Biz haqsızlıqla, cənub qonşumuzun düşmənçiliyi ilə barışmayacağıq və tələblərimizdə qətiyyətliyik. Rəsmi Tehran öz siyasi gedişlərinə düzəliş etməsə, gələcəkdə gərginlik dərinləşə, diplomatik əlaqələr tamamilə qırıla bilər".

Bu sözləri Oxu.Az-a şərhində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktının nəticələri haqqında danışarkən Milli Məclisin deputatı Tahir Rzayev deyib. O qeyd edib ki, uzun müddətdir anti-Azərbaycan siyasəti yeridən, düşmənlərimizi dəstəkləyən İran bundan sonrakı addımlarına diqqət etməli olacaq:

"İran tərəfi hər zaman Azərbaycan haqqında hüquq normalarına uyğun olmayan, yalan, böhtan xarakterli bəyanatlar səsləndirir. Son hadisə - Tehrandakı səfirliyimizə qarşı terror aktı - göstərdi ki, İran Azərbaycana düşməndir və bu addımları planlı şəkildə həyata keçirir. Bu, qonşu ölkə ilə münasibətlərdə yaxşı nəticələr vəd etmir. Azərbaycan Prezidenti İlham Əliyev də qətiyyətli mövqeyini bildirdi, baş vermiş hadisəni terror aktı adlandırdı. Xarici İşlər Nazirliyi, digər dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatlar hücuma mənfi münasibətlərini bildirdilər. Artıq İrandakı səfirliyimizin nümayəndələri ölkəyə gətiriliblər. Bu düzgün və yerində verilmiş qərar idi. İranda səfirliyimizin təhlükəsizliyi təmin edilmirsə, orada fəaliyyətin anlamı da yoxdur.

İran hakimiyyəti bu barədə ciddi mövqe sərgiləmədi, ancaq gecikmiş başsağlığı ilə kifayətləndi. Halbuki terror aktı ciddi araşdırılmalı, cinayətkar ağır cəza almalıdır. İran Azərbaycandan üzr istəyərək, öz səhvini etiraf etməlidir. Bundan sonra təhlükəsizlik məsələsinə ciddi yanaşılmazsa, diplomatik əlaqələrin bərpası da mümkün olmayacaq".

Səfirliyin fəaliyyətinin dayandırılması barədə qərarın asan verilmədiyini vurğulayan deputatın sözlərinə görə, İranda yaşayan milyonlarla azərbaycanlının taleyi, problemləri ilə daim maraqlanmaq lazım gəlir:

"Onların təhlükəsizliyi, müraciətlərinə diqqət yetirilməsi, problemlərinin həlli Azərbaycanı hər zaman düşündürüb. Bundan sonra da soydaşlarımızın taleyi bizim üçün önəmli olacaq. Lakin İran dövləti faktiki olaraq Azərbaycana qarşı düşmənçilik nümayiş etdirir və bu münasibətin nəticələrini uzun illərdir, görürük. 1988-ci ildə Ermənistanın Azərbaycana təcavüzü başlayanda, 30 ilə yaxın dövrdə Azərbaycan torpaqları işğal altında qaldıqda, İkinci Qarabağ müharibəsi dövründə, eləcə də bu gün İran bizim qəddar düşmənlərimizin yanındadır, onları silahlandırır, yanacaqla təmin edir, hətta dəstəyini açıq-aşkar nümayiş etdirir. Bu, yolverilməzdir və özünü İslam Respublikası adlandıran dövlətə yaraşmayan addımlardır. İran bizimlə özünü din qardaşı hesab edirsə, düşmənçiliyi dayandırmalıdır.

Azərbaycanın öz planları və mövqeyi var. Prezident İlham Əliyev həmişə sülhün, regionda sabitliyin və mehriban qonşuluq siyasətinin tərəfdarı olduğunu bildirir. İran bu şansını dəyərləndirməli, Azərbaycan kimi qonşunu itirməmək üçün münasibətlərin yaxşılaşdırılmasına çalışmalıdır. Əks halda diplomatik əlaqələr tamamilə dayandırıla bilər və bu da İranın özü üçün xoş nəticələr vəd etmir".

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Həmin terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri, baş leytenant Orxan Əsgərov şəhid olub. Onun nəşi ötən gecə Bakıya gətirilib və bu gün İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Hadisədən sonra səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə diplomatik nümayəndəliyin fəaliyyəti dayandırılıb, əməkdaşlar Azərbaycana gətiriliblər. Diplomatik münasibətlərin əvvəlki səviyyəyə qaldırılıb-qaldırılmayacağı hazırda sual altındadır.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1032   Tarix: 30 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr