İctimai nəqliyyatda yeni tariflər - Cədvəl
Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov qərar imzalayıb.
Qərara əsasən, tariflər aşağıdakı kimidir:
1. Müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri təsdiq edilsin .
2. Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik təsdiq edilsin.
3. Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik təsdiq edilsin.
4. Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq olunan tarif əlavə edilsin.
5. Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 30 qəpik təsdiq edilsin.
6. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə" 2018-ci il 30 iyul tarixli 7 nömrəli Qərarı ləğv edilsin.
7. Bu Qərar 2023-cü il 3 fevral tarixindən qüvvəyə minir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1840 Tarix: 31 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12 oktyabrZəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb
2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind
11 oktyabrSabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib. Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında
11 oktyabrAzərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA
"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard
12 oktyabrUşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın
11 oktyabr